Главная > Maraqlı > Türkiyə və İsrailin Azərbaycana yaxın dost ölkələr olması
Türkiyə və İsrailin Azərbaycana yaxın dost ölkələr olması10-04-2025, 23:30. Разместил: admin44 |
![]() Azərbaycan Prezidenti İlham Əliyevin ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda çıxışı, həmin tədbir də aparılan müzakirələr regionun və bütün dünyanın, qloballaşan və hər gün yeni-yeni təhdidlərlə üzləşən planetimizin gələcəyi üçün çox böyük əhəmiyyət daşıyır. Beyin mərkəzlərinin iştirakı ilə keçiriən diskusiyalar, Azərbaycan Prezidentinin də haqqında danışdığı məsələlər ictimaiyyətin böyük marağına səbəb olub. ADA Universitetində keçirilən beynəlxalq forumda çıxışı zamanı Prezident İlham Əliyev regionumuz üçün mühüm əhəmiyyət daşıyan məsələlərlə yanaşı qardaş Türkiyə ilə dost İsrail arasında münasibətlərə toxunub. Qeyd edilib ki, Türkiyə ilə İsrailin ilk dəfə barışmasında Azərbaycan vasitəçilik edib. Bu zaman ölkəmizin fəal rolu bu iki ölkənin mövqeyini bir-birinə yaxınlaşdırmağa yardımçı olub. Hər iki ölkənin Azərbaycanın yaxın dostu olduğunu diqqətə çatdıran dövlətimizin başçısı əlavə edib: Türkiyə ilə müttəfiq ölkəyik. Biz 2021-ci ildə Şuşa Bəyannaməsini imzalamışıq və rəsmi olaraq müttəfiqik. İsrailin də Azərbaycan üçün dost ölkə olduğunu vurğulayan Prezident deyib ki, bu qarşılıqlı dostluq müxtəlif çətin vəziyyətlərdə uzun illərdir özünü büruzə verib. Ona görə də bu iki ölkə arasında olan hər hansı bir anlaşılmazlıq bizi narahat edir. Eyni zamanda Azərbaycanın ABŞ ilə əlaqələrə toxunan ölkə başçısı bildirib ki, Bayden-Blinken administrasiyası dövründə ABŞ-la Azərbaycan arasında münasibətlər böhrana uğramış əlaqələr kimi səciyyələndirilə bilər. bu halın yaranmasında isə bizim heç bir günahımız yoxdur. Ölkəmiz hər zaman Birləşmiş Ştatlarla yaxşı münasibətlərin tərəfdarı olub. Çünki ABŞ dünyanın ən güclü dövlətidir. Bu gün Prezident Trempın siyasəti daha çox Amerikanın milli maraqlarına əsaslanacaq və hazırda onlarla çox güclü münasibətlər bizim bölgə üçün vacibdir. Azərbaycanın Cənubi Qafqazın aparıcı ölkəsi, Qlobal Cənubun bir hissəsi olduğunu xatırladan dövlətimizin başçısı qeyd edib ki, bizim Qoşulmama Hərəkatında güclü mövqeyimiz, Mərkəzi Asiya ilə yaxşı əlaqələrimiz var. İqtisadi baxımdan güclü, enerji resurslarına, ordusunun döyüş meydanında sübuta yetirilmiş gücə malik olan ölkə olduğumuzu vurğulayan Prezident əlavə edib: "Buna görə biz Birləşmiş Ştatlar üçün çox mühüm tərəfdaş ola bilərik". Kərimova Əfsanə, Masallı Gənclər Evi Вернуться назад |