İnsanlara nur bəxş edən böyük alim » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » İnsanlara nur bəxş edən böyük alim

    İnsanlara nur bəxş edən böyük alim

    15 aprel  2025-ci il tarixdə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı aparatında Akademik Zərifə xanım Əliyevanın anım günü ilə əlaqədar “İnsanlara nur bəxş edən Böyük alim” adlı tədbir keçirilib. 

    Tədbirdə əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin, görkəmli oftalmoloq, alim Zərifə xanım Əliyevanın və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

    Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının əməkdaşı Səbinə Səlimova açaraq Zərifə xanım Əliyevanın qədirbilən xalqımızın, qohum və doğmalarının yaddaşında görkəmli ziyalı, elm xadimi, gözəl insan, vəfalı ömür-gün yoldaşı, qayğıkeş ana, bənzərsiz vətəndaş kimi qaldığını qeyd etdi. “Ömrünü insanların sağlamlığının qorunmasına həsr etmiş bu nəcib xanım, həm də körpələri, balacaları sonsuz məhəbbətlə sevir, onları Tanrının ən müqəddəs payı hesab edirdi. Məhz bütün bu keyfiyyətlərinə görədir ki, Zərifə xanım hər zaman hamı tərəfindən sevilir, əziz xatirəsi ehtiramla yad olunur.”

    Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Masallı rayon şöbəsinin oftalmoloq-həkimi Gülnarə Məmmədova  geniş məruzə ilə çıxış edərək 1968-ci ildən başlayaraq Zərifə xanım Əliyevanın professional oftalmologiyanın problemləri ilə ciddi məşğul olduğunu qeyd etdi. “Dahi oftalmoloq, akademik Zərifə xanım Əliyeva özünün xeyirxahlığı və humanistliyi,  insanlara  nur  paylayan, onları  işığa çıxaran  , yol göstərən ziyalı olmuşdur. Əsil Azərbaycan ziyalısının canlı rəmzi olan Zərifə xanım Əliyevanın işıqlı xatirəsi insanların qəlbində əbədi yaşayır. Onun bütün varlığı ilə cəmiyyətimizin yüksəlişinə daima can atması , bütün insanlara böyük qayğı və diqqətlə yanaşması bir tərəfdən hər bir qadına xas olan analıq yanğısından irəli gəlir, digər tərəfdən isə onun mənəvi ucalığından xəbər verirdi. Dünya şöhrətli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın taleyinə yazılmış ömür payı, tərcümeyi-halı çox sadə, başqalarından fərqlənməsə də, neçə-neçə insanın dünyaya nurlu baxışında yaşayan əməllərinin dəyəri ölçüyəgəlməz dərəcədə qiymətlidir”.

    Tədbirdə iştirak edən Aynur Məmmədova, Könül Səlimova və başqaları çıxış edərək Akademik Zərifə xanım Əliyevanın adı həm alim, pedaqoq, həkim, ictimai xadim, həm də bənzərsiz ürək saflığının təcəssümü olan bir insan kimi hər bir adamın qəlbində əbədi yaşacaqdır deyə qeyd etdilər.





    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:40 Masallıda “Halay” Xalq Folklor Kollektivi ilə görüş keçirilib
    2. 12:10 YENİ KİTABLAR         
    3. 10:25 ZƏFƏR GÜNÜMÜZ – QURUR MƏNBƏYİMİZDİR
    4. 09:54 Azərbaycan Prezidentinə yazırlar
    5. 09:33 8 noyabr 2020-ci il Qarabağa qovuşduğumuz tarix gün
    6. 23:00 Mahmudavar kənd ümumi orta məktəbdə yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    7. 16:00 YENİ KİTAB SAYCA İYİRMİ BEŞİNCİDİR...                                                                          
    8. 11:59 Şanlı Qələbə, Zəfər Günü...
    9. 11:52 3 noyabr 2025-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə təntənəli mərasim keçirilmişdir
    10. 09:19 8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının yaddaşına əbədi həkk olunub
    11. 16:25 MASALLIDA KƏND TƏSƏRRÜFATININ ÜMUMİ MƏHSULU ARTMIŞDIR – STATİSTİKA
    12. 16:23 MASALLIDA TİKİNTİ İŞLƏRİNİN DƏYƏRİ ARTMIŞDIR – STATİSTİKA
    13. 14:56 Masallıda 2025-cü ilin noyabr ayına olan səyyar-görüş qəbulları barədə
    14. 14:53 Tanış olun, həmyerlimizdir. Söz adamı
    15. 20:23 Masallıda “Əmək münasibətlərində gender bərabərliyi – bərabər hüquqlar və bərabər imkanlar” mövzusunda maarifləndirici tədbir
    16. 20:16 Böyük Xocavar kəndində Zəfər Günü ilə əlaqədar ağacəkmə aksiyası
    17. 20:11 Masallıda “Konstitusiya və Suverenlik ili” ilə əlaqədar ağacəkmə aksiyası 31.10.2025
    18. 20:08 Masallıda şəhid ailələri və məzarlarını ziyarət  15-31 oktyabr 2025-ci il
    19. 20:07 Masallıda 15-31 oktyabr 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    20. 20:05 Masallının yollarında təmir işləri davam etdirilir 15-31 oktyabr 2025
    21. 20:04 Masallıda abadlıq və xeyriyyə işləri 15-31 oktyabr 2025
    22. 20:03 Masallıda abadlıq və xeyriyyə işləri 15-31 oktyabr 2025
    23. 20:35 Masallı şəhər Sakit Tağıyev adına 4 saylı tam orta məktəbdə yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    24. 20:27 Masallıda 30 oktyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    25. 09:32 Nadir Ağayevin xatirə turnirində
    26. 19:46 Masallıda “Gənclik və Hüquq” mövzusunda tədbir
    27. 19:43 Şəhid Əli Quliyev şəhadətinin 5-ci ildönümü anıldı
    28. 18:06 Masallıda görmə məhdudiyyətli insanlar üçün “Soyuq Günəş” filmi səsləndirildi
    29. 22:15 Akif Ağayev AJB Masallı təşkilatının sədri seçilib
    30. 13:07 Azərbaycan - Qazaxıstan Ali Dövlətlərarası Şurası Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kassym Jomat Tokayev iştirak etdilər
    31. 12:51 Prezident İlham Əliyev iki ölkə arasında strateji tərəfdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb
    32. 16:46 Masallı şəhərində yeni asfaltlanmış yollarda hərəkət xətləri çəkilib
    33. 12:18 Azərbaycan Prezidentinə yazırlar
    34. 19:16 Masallıda “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir
    35. 19:11 Şəhid İbrahim Rükabzadənin şəhadətinin 5-ci ildönümü anıldı
    36. 19:09 Şəhid Məhəmməd Vəliyevin şəhadətinin 5-ci ildönümü anıldı
    37. 11:30 Azərbaycan Prezidentinə yazırlar
    38. 11:19 Azərbaycan Qazaxistan münasibətləri daha da genişlənir.
    39. 11:11 Masallıda 23 oktyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    40. 17:30 Şəhid Əli Nəcəfovun şəhadətinin 5-ci ildönümü anıldı
    «    Noyabr 2025    »
    BeÇaÇCaCŞB
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    DÜNYA XƏBƏRLƏRİ