Главная > Maraqlı > Masallıda çaydan XIX əsrə aid kitablar tapılıb
Masallıda çaydan XIX əsrə aid kitablar tapılıb16-04-2025, 23:30. Разместил: admin44 |
![]() 15 aprel 2025-ci il tarixdə Məmmədoba–Tuado yolu boyunca axan Çaykəş çayının səthində su axını ilə hərəkət edən bir neçə bağlama görünüb, onlardan biri Masallı rayon sakini “Masallı Xəbərləri MİP”-in baş redaktoru Rauf Cəbiyev tərəfindən sudan çıxarılıb. Bağlama açıldıqdan sonra içərisindən 9 qədim kitab çıxıb. Kitablar nəm çəksə də, diqqətlə nəzərdən keçirildikdə məlum olub ki, onlar ərəb dilində yazılıb və qədim "şikəstə" xətti ilə qələmə alınıb. İlkin baxış və araşdırma aparan yerli din xadimlərinin sözlərinə görə, bu kitablar dini ədəbiyyat nümunələridir və ehtimal ki, XIX əsrin əvvəllərində və ya ortalarında çap olunub. 16 aprel 2025-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov kitablarla tanış olmaq məqsədi ilə “Masallı Xəbərləri MİP”-in redaksiyasında olmuş və kitablarla yaxından tanış olaraq müvafiq tapşırıqlarını vermişdir. Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti orqanlar tərəfindən araşdırmalara başlanılmışdır. ![]() ![]() ![]() Вернуться назад |