Gürcüstan Prezidentinin Azərbaycana rəsmi səfəri çox məhsuldar keçdi » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Gürcüstan Prezidentinin Azərbaycana rəsmi səfəri çox məhsuldar keçdi

    Gürcüstan Prezidentinin Azərbaycana rəsmi səfəri çox məhsuldar keçdi


    Dostluğa, mehriban qonşuluğa və strateji tərəfdaşlığa söykənən Azərbaycan - Gürcüstan münasibətləri bu gün özünün ən yüksək zirvəsinə çatıb. Tarixin sınaqlarından keçən bu münasibətlər həm də sıx regional əməkdaşlığın parlaq nümunəsidir. Gürcüstanın yeni Prezidenti Mixeil Kavelaşvilinin ilk rəsmi səfərini məhz Azərbaycana etməsi də dostluğun və tərəfdaşlığın növbəti təzahürü olmaqla, Cənubi Qafqazın bu iki dövləti arasındakı əlaqələrin  yüksək səviyyədə olmasından xəbər verdi.

    Qeyd etmək lazımdır ki, Azərbaycan və gürcü xalqları arasındakı əlaqələrin tarixi qədim və zəngindir. Hələ 1918-ci ildə hər iki xalq müstəqil dövlətlərini yaratmış və onlar arasında siyasi-diplomatik münasibətlər qurulmuşdu. Eləcə də sovet illərində Azərbaycanla Gürcüstan arasında dərin iqtisadi və mədəni əlaqələr mövcud olmuş, hər iki xalq mehriban qonşuluq şəraitində yaşamışdır.

            Müstəqillik illərində isə əlaqələr tarixi təməllərə, o cümlədən iki xalq arasındakı dostluğa əsaslanaraq tamamilə yenidən formalaşmışdır. Xüsusilə qeyd edilməlidir ki, Ulu Öndər Heydər Əliyevin 1996-cı ildə Gürcüstana rəsmi səfərindən sonra münasibətlər yeni inkişaf dövrünə qədəm qoymuşdur. Həmin səfər zamanı Azərbaycanla Gürcüstan arasında "Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik" və "Qafqaz regionunda sülh, təhlükəsizlik və əməkdaşlıq" haqda qarşılıqlı bəyannamələr imzalanmışdır. 1997-ci ildə isə Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadzenin Bakıya səfəri zamanı strateji əməkdaşlığın inkişafına dair yeni bir sənədə imza atılmışdır. GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlar daxilində əməkdaşlıqlar isə əlaqələri daha da möhkəmləndirmişdir.

    Heydər Əliyevin və Eduard Şevardnadzenin yeni mərhələyə yüksəltdikləri Azərbaycan-Gürcüstan münasibətləri sonrakı dövrdə bütün istiqamətlər üzrə dinamik şəkildə davam etdirilərək dövlətlərarası əlaqələrdə nümunə göstəriləcək səviyyəyə çatmış və həm də strateji məzmun almışdır. Xüsusilə qeyd etməliyik ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin qətiyyəti və siyasi iradəsi ilə həyata keçirilən enerji və nəqliyyat layihələri həm də Azərbaycan-Gürcüstan əlaqələrini tamamilə yeni mərhələyə yüksəltmişdir. Bu mənada Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmi yolu xətti kimi  polad infrastrukturlar Azərbaycanla Gürcüstanı eyni siyasi və iqtisadi maraqlar ətrafında birləşdirir. Prezident İlham Əliyevin ötən gün mətbuata bəyanatında qeyd etdiyi kimi Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz və nəqliyyat layihələri nəinki Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələrdir. 

    Dövlətimizin başçısı çox doğru və haqlı olaraq qeyd etdi ki, əgər biz bu gün Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız və Gürcüstansız təsəvvür etmək mümkün deyil.  Eyni zamanda Azərbaycanın və Gürcüstanın həyata keçirdiyi nəqliyyat layihələri, yaradılan infrastrukturlar cənab Prezidentin bildirdiyi kimi böyük sinerji yaratmış və Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilmişdir.Azərbaycanla Gürcüstanı ortaq maraqlar ətrafında birləşdirən digər amil sülh və təhlükəsizliklə bağlıdır. Belə ki, Cənubi Qafqaz regionunda sülhün və əmin-amanlığın bərqərar edilməsi daim iki dövlətin maraq dairəsində olan məsələ kimi özünü göstərir. Həm Gürcüstan, həm də Azərbaycan bölgədə dayanıqlı təhlükəsizliyin təmin olunmasına çalışır, bu istiqamətdə bütün imkanlarını səfərbər edirlər. Əvvəldə qeyd etdiyim enerji və nəqliyyat layihələrinin həyata vəsiqə alması da bir növ Azərbaycan və Gürcüstanın regionda təhlükəsizliyi daha da möhkəmləndirmək niyyətlərindən irəli gəlir.

    Elə bu istiqamətdə maraqların üst-üstə düşməsinin nəticəsidir ki, torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən 44 günlük Vətən müharibəsi günlərində Gürcüstan dövləti Azərbaycanın milli maraqlarına toxuna biləcək addım atmadı. Mixeil Kavelaşvilinin Bakıda Gürcüstanın həmişə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin güclü tərəfdarı olduğunu bəyan etməsi isə iki dövlət arasındakı strateji tərəfdaşlığın növbəti təcəssümü oldu və bir daha təsdiq etdi ki, rəsmi Tbilisi Azərbaycanın yaratdığı reallıqları dəstəkləyir.Cənubi Qafqazın bu iki dövlətini ortaq maraqlar ətrafında birləşdirən məsələlərdən biri də Qərbin regionumuzla bağlı məkrli planlarıdır. Gürcüstan Prezidenti mətbuata bəyanatında bu məqama vurğu edərək bildirdi ki, bizim ümumi gələcəyimizə uğurlu, iqtisadi cəhətdən güclü və firavan Cənubi Qafqaz regionu daxildir ki, burada xalqlarımız öz adət və ənənələri ilə birgə yaşaya biləcəklər, dırnaqarası liberal dəyərlərlə yox.

     Eyni zamanda Azərbaycanla Gürcüstan arasında ümumi maraqların müdafiəsi sahəsində əməkdaşlığın intensivləşdiyini deyən Mixeil Kavelaşvilinin buna görə Prezident İlham Əliyevə təşəkkür etməsi isə bir daha göstərdi ki, dövlətimizin başçısı öz qətiyyətli siyasəti ilə hər iki dövlətin ümumi maraqlarını təmin edir.Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin Azərbaycana rəsmi səfəri çox məhsuldar keçdi, keçirilən görüşlərdə münasibətlərin hazırki vəziyyəti və inkişaf perspektivləri ilə bağlı müzakirələr aparıldı. Xüsusən dövlət başçılarının mətbuata bəyanatla çıxışlarında mühüm məsələlərə toxunuldu. Bütün bunlar göstərir ki, Azərbaycan-Gürcüstan münasibətləri yeni mərhələyə qədəm qoyur və əlaqələr bundan sonra da yüksələn xətlə inkişaf edəcək.

     

     

    Akif Həmidov ,
    Masallı Su Meliorasiya Sistemləri İstismarı İdarəsinin rəisi


    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 23:30 Masallı RİH başçısı 29 yanvar 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    2. 23:30 Masallıda aztəminatlı ailə üçün yeni yaşayış evi inşa edilib
    3. 23:30 Masallıda millət vəkili, tarix elmləri doktoru, professor Anar Camal oğlu İsgəndərovun 70 illik yubileyi qeyd olundu
    4. 16:22 Azərbaycan Prezidentinə yazırlar
    5. 14:35 Yeni şeirlər
    6. 10:59 Perspektivli idmançıların aşkarlanması
    7. 10:49 Masallıda 2026-cü ilin fevral ayına olan səyyar-görüş qəbulları barədə
    8. 15:56 100 illik ömrün işığı
    9. 18:33 Rayon rəhbəri Boradigah ərazisində şəhid məzarlarını ziyarət etdi 23.01.2026
    10. 18:31 Masallının Boradigah ərazisinin Mollaoba kəndində səyyar qəbul keçirilib
    11. 15:18 Azərbaycan Prezidentinə yazırlar
    12. 10:02 Masallı rayonunda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı
    13. 18:16 Akademik Həsən Əliyev haqqında kitab nəşr edilib
    14. 14:59 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.01.2026
    15. 14:56 Masallıda rayon rəhbərinin Meşəkənarı kəndində 21.01.2026-cı il tarixli səyyar görüş-qəbulu
    16. 10:46 Azərbaycan Prezidentinə yazırlar
    17. 11:40 Masallıda 20 Yanvar faciəsinin 36-cı ildönümü anılıb
    18. 14:19 QANLI YANVAR
    19. 10:42 Masallı RİH başçısı 15 yanvar 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    20. 20:59 Masallıda şəhid ailələrinə dövlət qayğısı davam etdirilir-14.01.2026
    21. 20:55 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.01.2026
    22. 20:47 Masallıda rayon rəhbərinin Köçəkli kəndində 14.01.2026-cı il tarixli səyyar görüş-qəbulu
    23. 16:05 Su təhlükəsizliyi Azərbaycan hökumətinin gündəliyində: Azərbaycan Prezidenti İlham Əliyevin 12 yanvar müşavirəsindəki çıxışı
    24. 16:24 A.C.İsgəndərovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
    25. 16:21 “Veteranlarımız” layihəsi ...   MASALLIDA...                       
    26. 23:00 “Embawood”un Müşahidə Şurasının sədri Elşad Abbasov dövlət və dövlətçiliyə sadiq insandır.
    27. 10:19 Masallı RİH başçısı 08 yanvar 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    28. 19:01 Masallının Ərkivan ərazisinin Allahyarlı kəndində 07 yanvar 2026-cı il tarixdə səyyar qəbul
    29. 18:54 Rayon rəhbəri Ərkivan ərazisində şəhid məzarlarını ziyarət etdi 07.01.2026
    30. 18:47 Rayon rəhbəri Ərkivan ərazisində şəhid məzarlarını ziyarət etdi 07.01.2026
    31. 18:20 Azərbaycan Prezidentinə yazırlar
    32. 17:51 Rayon rəhbəri Lürən ərazisinin Pircana kəndində Birinci Qarabağ Müharibəsi şəhidi Faiq Şükürov adını daşıyan küçədə aparılan asfaltlanma işləri ilə yerində tanış olub
    33. 17:48 Masallıda “Milli dəyərlər və həmrəylik-milli birlikdən gələcəyə” adlı konsert proqramı
    34. 15:37 Masallıda 15-30 dekabr 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    35. 15:36 Masallının yollarında təmir işləri davam etdirilir 15-30 dekabr 2025
    36. 15:35 Masallıda abadlıq və xeyriyyə işləri 15-30 dekabr 2025
    37. 14:25 Şəhid Rəşid Lətifovun şəhadətinin 5-ci ildönümü anıldı
    38. 17:29 Masallıda rayon rəhbərinin şəhid ailələri ilə növbəti görüşü - 29.12.2025
    39. 11:02 Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı
    40. 10:59 Bu tarix milli birliyin yaradılmasının başlanğıc nöqtəsidir
    «    Fevral 2026    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    232425262728 
    DÜNYA XƏBƏRLƏRİ