Qarabağ və Şərqi Zəngəzurun iqtisadi dirçəlişini nümayiş etdirdi » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Qarabağ və Şərqi Zəngəzurun iqtisadi dirçəlişini nümayiş etdirdi

    Qarabağ və Şərqi Zəngəzurun iqtisadi dirçəlişini nümayiş etdirdi


           

                  
     Azərbaycanın tarixi-dini köklər və qardaşlıq münasibətləri ilə sıx bağlı olduğu Türkiyə və Pakistanla əlaqələri bu gün ən yüksək zirvəyə yüksəlib. Gerçəklikdir ki, qardaş ölkə liderləri arasında olan səmimi dostluq, qardaşlıq münasibətləri ölkələrimiz arasında əvvəldən var olan əlaqələri daha da möhkəmləndirib. Xoş gündə də, dar gündə də həmrəylik nümayiş etdirən, problemlərə qarşı birgə mübarizə aparan bu üç ölkənin birliyinin gücünə hələ Vətən müharibəsi zamanı hər kəs şahid oldu. 

    Vətən müharibəsindən ötən beşillik zaman kəsiyində həm də Müstəqillik Gününü bir ayrı əhvali-ruhiyyədə, təntənədə, coşquda qeyd edirik. Qarabağı azadlığına qovuşduraraq Azərbaycanı bütövləşdirən qalib sərkərdə İlham Əliyev hər il 28 May - Müstəqillik Günündə xalqımıza möhtəşəm ərmağanlar etməyi, həmin günü tarixə, ikiqat bayrama çevirməyi sözün əsl mənasında ənənəyə çevirib. 

     O, zaman Azərbaycan qardaş ölkələr olan Türkiyə və Pakistanın böyük siyasi və mənəvi dəstəyini hiss etdi, ərazi bütövlüyü uğrunda apardığı haqq mübarizəsində onlar tərəfindən açıq siyasi və mənəvi kömək gördü. Vətən müharibəsinin başladığı ilk günlərdən Türkiyə də, Pakistan da Azərbaycana böyük siyasi və mənəvi dəstəyini ifadə etdi, hər iki ölkənin ali şəxsləri respublikamızın ərazi bütövlyünü dəstəkləyən bəyanatlar verdilər və bütün bunlar Azərbaycanın mübarizə meydanında tək olmadığını dünyaya göstərdi. 

    Laçında keçirilən sözügedən Zirvə görüşündəki çıxışı zamanı Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan, Türkiyə və Pakistan hər zaman suverenlik, ərazi bütövlüyü və ədalətin tərəfində olublar: "2020-ci ildə 44 günlük Vətən müharibəsinin ilk günlərindən etibarən Türkiyənin və Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyə görə bir daha minnətdarlığımızı bildiririk. Azərbaycan da öz növbəsində daim Türkiyənin və Pakistanın yanında olub. Bu gün biz bir daha xalqlarımızın birliyini təsdiqləyirik".

    Qarabağın baş memarı İlham Əliyevin quruculuğun ilk təməl daşını 28 may 2021-ci ildə Ağdamda qoyması, 2022-ci ildə Müstəqillik Günü ərəfəsində - mayın 27-də Ağalı sakinləri ilə görüşməsi, 2023-cü ilin Müstəqillik Günündə Laçın şəhərində laçınlılara evlərinin açarlarını təqdim etməsi, 28 may 2024-cü ildə xocalılıları yurdlarına qaytarması müstəqillik tariximizin qızıl səhifələridir. 

    2025-ci il 28 May - Müstəqillik Gününün əlamətdar hadisələrindən biri strateji baxımdan mühüm əhəmiyyət kəsb edən Laçın Beynəlxalq Hava Limanının açılışının həyata keçirilməsi oldu. Prezident İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəmzi olaraq yaşıl lentini kəsdikləri bu beynəlxalq hava limanı ümumilikdə Qarabağ və Şərqi Zəngəzurun iqtisadi dirçəlişini nümayiş etdirdi. 

    Həmçinin qardaş ölkələr - Azərbaycan, Türkiyə və Pakistanın liderlərinin Laçında Zirvə görüşü keçirmələri sözügedən tarixin mühüm hadisəsi oldu. Laçının artıq bu kimi beynəlxalq görüşlərə, tədbirlərə evsahibliyi etməsinin fonunda dövlətimizin Qarabağ və Şərqi Zəngəzurda gördüyü genişmiqyaslı quruculuq işləri də gözlər önünə sərildi. Laçında -  azad Azərbaycan torpağında Prezident İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərifin  Zirvə görüşü dünyaya üç qardaş ölkə - Azərbaycan, Türkiyə və Pakistanın sarsılmaz birliyini, həmrəyliyini nümayiş etdirdi. Qardaş ölkələrin liderləri 44 günlük müharibə sayəsində beynəlxalq hüququn tələblərinə uyğun şəkildə azadlığına qovuşdurulan Şərqi Zəngəzur bölgəsindən sülh mesajları verdilər, yeni dünya nizamında daim haqqın tərəfində olduqlarının, eyni zamanda xalqlarının, ölkələrinin milli maraqlarına istənilən təhdidə qarşı birlikdə mübarizə aparacaqlarının qətiyyətli bəyanını etdilər. 


     

    Ceyhun Hüseynov,
    Masallı RMX İƏ üzrə mütəxəssis

     


    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 12:18 Rayonun Böyük Kolatan şəhid Əli Quliyevin şəhadətinin 6-cı ildönümü anıldı
    2. 12:17 Masallıda kənd təsərrüfatı, balıqçılıq, akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafı mövzusunda tədbir
    3. 12:16 Masallı Rayon İcra Hakimiyyəti başçsının 29.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    4. 10:54 Masallıda 2026-cı ilin noyabr ayına olan səyyar-görüş qəbulları
    5. 19:35 “MASALLI MARAFONU – 2026” YARIMARAFON YARIŞINA DƏVƏTLİSİNİZ!
    6. 19:30 Rayonun Ərkivan qəsəbəsində Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası
    7. 19:48 Masallıda heyvan sağlamlığının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olundu
    8. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    9. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    10. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    11. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    12. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    13. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    14. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    15. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    16. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    17. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    18. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    19. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    20. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    21. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    22. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    23. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    24. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    25. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    26. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    27. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    28. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    29. 10:08 UNUDULMUR...
    30. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    31. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    32. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    33. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    34. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:46 “PeşəFest-2026” - Masallıda
    37. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    38. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    39. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    40. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    «    Noyabr 2026    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    DÜNYA XƏBƏRLƏRİ