Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq miqyasda tanınmasının göstəricisi » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq miqyasda tanınmasının göstəricisi

    Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq miqyasda tanınmasının göstəricisi


     

    Beynəlxalq İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşünün  Qarabağda – Xankəndidə keçirilməsinin böyük və xüsusi mənası var. Yüksək səviyyədə keçirilən bu görüş Azərbaycan dövlətinin suverenlik siyasətini, gücünü və nüfuzunu göstərir. Xankəndidə bu səviyyədə ilk beynəlxalq tədbirin təşkili Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq miqyasda tanınmasının göstəricisidir. Şəhərin işğaldan azad olunmasından sonra burada keçirilən Zirvə görüşü Azərbaycanın Qarabağda sülh və sabitliyi bərpa etdiyini nümayiş etdirdi. Prezident İlham Əliyev çıxışında Xankəndinin  “qədim Azərbaycan torpağı”  olduğunu vurğulayaraq, bu tədbirin ideoloji və mənəvi qələbə olduğunu bildirdi.

              İşğaldan azad olunduqdan sonra Şuşada, Ağdamda, Laçında böyük toplantılar, konfranslar keçirilmiş və Şuşa Türk dünyasının  “mədəniyyət paytaxtı”  seçilmişdir.  İndi Qarabağda böyük quruculuq işləri aparılır, şəhərlər, kəndlər salınır, məktəblər, xəstəxanalar tikilir. Qarabağın 16 şəhərinə “Böyük qayıdış” başlayıb. 50.mindən artıq vətəndaş doğma dədə-baba yurdlarına dönmüşlər.

              Azərbaycan böyük konforanslara, toplantılara ev sahibliyi edir. ECO məkanında ilk dəfə COP-29 konforansının Bakıda keçirilməsi buna əyani göstəricidir. Bu konfransda 197 ölkədən 70 dövlət və hökumət başçısı, 77 min nümayəndə qeydiyyatdan  keçərək iştirak etmişdir. Konfransda inkişaf etməkdə olan ölkələrə maliyyə yardımı məbləğinin artırılması, itki və zərər fondunun işlək vəziyyətə gətirilməsi və karbon bazarları barədə razılaşmalar olmuşdur. Qarabağın böyük şəhərlərində ECO toplantılarının keçirilməsi qürurvericidir . 2026-cı ildə Şuşa şəhərinin ECO-nun “Turizm Paytaxtı” seçilməsi də təqdirəlayiqdir.

              Onu da qeyd edək ki, 2020-ci ilin sentyabrında 44 günlük müharibədən sonra böyük qələbə qazanan Azərbaycan Qarabağı düşmən tapdağından azad etdi. Xaricdən dəvət olunan ekspertlərin iştirakı ilə Qarabağa vurulan ziyan 150 milyard ABŞ dolları civarında hesablanmışdır. Mədəniyyət abidələrimiz dağıdılmış, şəhərlər viran qalmış, təbiətə böyük ziyan vurulmuşdur. Amma bütün bunlara baxmayaraq Qarabağ bu gün öz inkişafını sürətlə davam etdirir. Azərbaycan xalqının sevimli Prezidenti İlham Əliyev cənablarının uzaqgörən siyasəti nəticəsində Qarabağ torpaqları yenidən canlanır, yollar çəkilir, şəhərlər salınır, insanlar dədə -baba  yurdlarına dönürlər. Yaxın gələcəkdə bütün qarabağlıların və Şərqi -Zəngəzur vətəndaşlarının doğma yurd yerlərinə qayıtmaq arzuları da gerçəkləşəcəkdir. Bu bir vətəndaş kimi onların haqqıdır. Orada həyat yenə də əvvəlkitək davam edəcəkdir. Prezidentimizin ağıllı və uzaqgörən  siyasəti nəticəsində bütün xəyallarımız gerçəkləşəcək və həqiqət olacaqdır.

              Qarabağda ECO həftəsinin keçirilməsi-Gənclər forumunun, Qadınlar forumunun keçirilməsi ənənə şəklini almışdır. Bu həm də dünyanın diqqətini Qarabağa yönəldir,  orada aparılan genişmiqyaslı bərpa ,quruculuq işləri ilə tanış edir. Az bir vaxtda Qarabağda, onun şəhər və kəndlərində misli görünməmiş işlər görülmüşdür. Bir neçə şəhərlərdə hava limanları açılmışdır. Dünyanın bir çox liderləri indi heyranlıqla Qarabağda gedən  böyük dirçəlişi seyr edir və alqışlayırlar. Türkiyə, Özbəkistan, Qırğızıstan, Pakistan və başqa ölkələr buna gözəl nümunədir. Az əvvəl Türkiyədə 57 ölkənin iştirakı ilə İslam Əməkdaşlıq Təşkilatının toplantısı keçirildi. Orada olan nümayəndələr Azərbaycanın haqq işini yekdilliklə dəstəklədilər. “İstanbul bəyannaməsi “ni qəbul etdilər.

              Azərbaycan dövləti bütün qonşu dövlətlərlə sülh şəraitində yaşamağa üstünlük verir. ECO -ya üzv ölkələrlə əlaqələrimiz çox yaxşıdır. Şərq-Qərb və Şimal-Cənub dəhlizləri Azərbaycandan keçir və ECO -ya üzv ölkələrin çoxu enerji ilə təmin olunub. Qaz və neftimizlə neçə-neçə ölkələrə yardım edir və fayda veririk. Zirvə görüşündə Azərbaycanın təşəbüssü ilə  ECO Tədqiqat Mərkəzi və Təmiz Enerji Mərkəzinin yaradılması da qərara alındı.

              Xankəndidə keçirlən ECO -nun 17-ci Zirvə görüşü Azərbaycanın təşəbbüskar mövqeyini , beynəlxalq nüfuzunun artdığnı, Qarabağın regional əməkdaşlıq mərkəzinə çevrildiyini və ölkənin strateji təşəbbüslərlə regionda liderliyini möhkəmləndirdiyini nümayiş etdirdi.  Bu görüşün bu gün Xankəndində keçirilməsi ilə fəxr edirik.

     İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşünün nümayəndələri böyük maraqla Xankəndini gəzir, şəhərlərin salınmasını , torpaqların çiçəklənməsini, yolların abadlaşmasını, ən əsas Qarabağda yaşayan insanların üzlərindəki sevinc hisslərini gözləri ilə görürlər. Hər şeyə görə xalqımızın böyük oğlu , Ulu Öndərimiz Heydər Əliyevin siyasi davamçısı, sevimli prezidentimiz İlham Əliyevə minnətdarıq. Yenilməz ordumuz, vətənpərvər insanlarımız daim var olsun.Şəhidlərimiz əbədiyaşardır və heç vaxt unudulmayacaq. Biz müharibə istəmirik və onu törədənlərə lənət edirik. Sülh şəraitində yaşamaq, yaratmaq istəyirik. Böyük Azərbaycan dramaturqu, şair H.Cavid demişkən:

                                          
    Kəssə Hər kəs tökülən qan izini, 

                                            
    Qurtaran dahi odur, yer üzünü.

    Eşq olsun Azərbaycan xalqına və onun əzəmətli Liderinə...

     

    İmruzə Allahverdiyeva,
    Masallı rayonu Ərkivan qəsəbəsi 4 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru 

     


    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 08:36 Zəngilan şəhəri – 20 oktyabr
    2. 08:34 Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev – Böyük Qayıdışın Memarı: Füzuli və Zəngilan Zəfəri
    3. 19:31 Şəhid Elvin Əzizovun şəhadətinin 5-ci ildönümü anıldı
    4. 19:29 Şəhid Elgün Mikayıllının şəhadətinin 5-ci ildönümü anıldı
    5. 18:21 “Füzuli Şəhəri Günü” münasibətilə  “Azad elim, abad yurdum” adlı tədbir
    6. 18:18 Rayon rəhbəri Mahmudavar kəndində asfalt örtüyü döşənmiş küçəyə baxış keçirmişdir
    7. 18:04 Kanstitusiya və Suverenlik ili” ilə əlaqədar ağacəkmə aksiyası 16.10.2025
    8. 17:53 Rayon rəhbəri şəhid İlqar Əliyevin ailəsini ziyarət etdi
    9. 17:50 Masallının Tüklə ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 16.10.2025
    10. 17:26 Masallının Tüklə kəndində 16 oktyabr 2025-ci il tarixdə səyyar qəbul
    11. 17:19 Masallıda rayon rəhbərinin 16 oktyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    12. 13:46 Azərbaycan Prezidentinə yazırlar
    13. 12:59 Azad Zəngilanda abadlıq-quruculuq işləri sürətlə davam etdirilir
    14. 19:18 Masallı şəhər Rafiq Əlihəsənov adına 1 saylı tam orta məktəbdə yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    15. 19:15 Masallıda 01-15 oktyabr 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    16. 19:12 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 oktyabr 2025-ci il
    17. 19:11 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 oktyabr 2025
    18. 19:09 Masallıda abadlıq və xeyriyyə işləri 01-15 oktyabr 2025
    19. 12:55 Müstəqilliyimizin bərpası: tariximizin şanlı dönüş nöqtəsi
    20. 11:52 Rayon rəhbəri Sığdaş ərazisində asfalt örtüyü döşənmiş küçələrə baxış keçirmişdir
    21. 10:58 Şəhid Sənan Səlimovun şəhadətinin 5-ci ildönümü anıldı
    22. 10:51 Milli Qəhrəman Səfəralı Məmmədovun doğum günü ilə əlaqədar anım tədbiri
    23. 17:21 Rayon rəhbəri Viləş kəndində yeni polis bölməsinin tikintisinə baxış keçirib
    24. 17:19 Rayon rəhbəri Viləş kəndində vətəndaşlarla görüşmüşdür
    25. 17:16 Rayon rəhbəri Viləş kəndində şəhidləri yad etdi
    26. 17:12 Masallının İkinci Yeddioymaq ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    27. 17:02 Masallının İkinci Yeddioymaq kəndində 14 oktyabr 2025-ci il tarixdə səyyar qəbul
    28. 11:48 Prezident İlham Əliyev oktyabrın 10-da Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış etmişdir
    29. 17:31 Azərbaycan Prezidentinə yazırlar
    30. 17:29 Azərbaycan Prezidentinə yazırlar
    31. 17:28 Azərbaycan Prezidentinə yazırlar
    32. 17:24 Şəhid Ülvi Nüsrətbəylinin şəhadətinin 5-ci ildönümü anıldı
    33. 17:22 Şəhid İbrahim Lələyevin şəhadətinin 5-ci ildönümü anıldı
    34. 09:13 Azərbaycana olan yüksək ehtiramın nümunəsi.  
    35. 06:42 Ərkivanlı atletin Budapeşt uğuru 
    36. 11:05 Masallıda 2 saylı Mediasiya Təşkilatının açılışı
    37. 18:08 Şəhid Elmir Akifzadənin şəhadətinin 5-ci ildönümü anıldı
    38. 18:00 Masallıda “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin əməkdaşları tərəfindən rayonunun fəal nümayəndələri ilə görüş
    39. 18:23 Masallıda “Ümumdünya statistika günü” ilə əlaqədar tədbir
    40. 18:15 Şəhid Cəbrayıl Qasımovun şəhadətinin 5-ci ildönümü anıldı
    «    Oktyabr 2025    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    DÜNYA XƏBƏRLƏRİ