30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » 30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU

    30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU

    Ağdərə rayonu 1930-cu ildə yaradılıb. Sahəsi 1705 kvadrat kilometr, əhalisi 44.4 min nəfər təşkil edib. 1977-ci ilin məlumatlarına əsasən, rayonun tərkibində iki şəhər tipli qəsəbə, 60 kənd olub. 10 sentyabr 1939-cu ilədək Çiləbürt, 1991-ci ildə qədər Mardakert, həmin tarixdən ləğv olunana kimi Ağdərə adlanıb. İnzibati mərkəzi Ağdərə şəhəri olub. 1 yanvar 1977-ci il tarixinə rayon ərazisində 24 Sovetlikdə (2 qəsəbə Sovetliyi, 22 kənd Sovetliyi) 3-ü qəsəbə və 57-i kənd olmaqla 60 yaşayış məntəqəsi mövcud olmuşdur. Ağdərə rayonu dağlıq və meşəlik ərazidə yerləşir, bu da onun təbiətini və iqlimini müəyyənləşdirir. Rayonun ərazisi məhsuldar torpaqlara və zəngin su ehtiyatlarına malikdir. Bu coğrafi xüsusiyyətlər kənd təsərrüfatı üçün əlverişli şərait yaradır.

     SSRİ dövründə yaradılmış və Azərbaycan müstəqillik əldə etdikdən sonra ləğv edilmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) tərkibinə daxil idi. Rayon Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibində əvvəl Cerabert rayonu, 1939-cu ildənDağlıq Qarabağ Muxtar Vilayətinin 26 noyabr 1991-ci ildə ləğv edilənə qədər Mardakert rayonu adını daşıyırdı. Rayon 13 oktyabr 1992-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin 327 saylı qərarı ilə ləğv edilmişdi. 2023-cü ildə rayonun yenidən yaradılması ilə bağlı qanun layihəsi Milli Məclisin müzakirəsinə təklif edilmişdir.   5 dekabr 2023-cüil tarixli qanun ilə Ağdam, Kəlbəcər və Tərtər rayonlarından ayrılaraq yenidən müstəqil rayon olmuşdur. 

    Birinci Qarabağ müharibəsi zamanı rayon müharibənin baş verdiyi əsas ərazilərdən biri idi. 1991-ci il noyabrın 26-da Azərbaycan Respublikası Ali Sovetinin qanunu ilə Dağlıq Qarabağ Muxtar Vilayəti inzibati ərazi vahidi ləğv olunmuşdur. Qanuna əsasən Mardakert rayonunun adı dəyişdirilərək Ağdərə rayonu adlandırılmış və respublika tabeli rayonların sırasına daxil edilmişdi. 

    Erməni işğalına qədər Ağdərənin 14 kəndində 14 mindən çox azərbaycanlı yaşayıb. Ağdərə rayonu Dağlıq Qarabağdakı bir çox ərazilər kimi Qarabağ müharibəsinin başlanğıcında erməni silahli qüvvələrinin nəzarəti altına keçir. 1992-ci ildə Azərbaycan ordusunun hücumu nəticəsində Ağdərə rayonu ərazisinin bir çox hissəsi erməni işğalçılarından azad edilir. 1 il boyunca Ağdərə şəhəri ətrafındakı kəndlərdə və yüksəkliklərdə aramsız döyüşlər gedir. Lakin 1993-cü ildə Azərbaycanda 4 iyun Gəncə qiyamı baş verir. Qarabağ cəbhəsində döyüşən orduya rəhbərlik edən Surət Hüseynov mərkəzi hakimiyyətə qarşı qiyam edərək Bakıya doğru hücuma keçir. Onun rəhbərlik etdiyi ordu bölmələri öz mövqelərini qoyaraq Bakıya doğru hücuma qoşuldular. Bundan məharətlə istifadə edən erməni ordusu 7 iyul 1993-cü ildə Ağdərə şəhərini və rayonun bir çox kəndlərini yenidən işğal etmişdi.

      Ağdərənin tarixi qədim dövrlərə gedib çıxır və burada müxtəlif sivilizasiyaların izləri mövcuddur. Ərazi bir çox tarixi hadisələrin şahidi olmuş, müxtəlif dövlətlər və xalqlar tərəfindən idarə edilmişdir. Bu səbəbdən, rayonda müxtəlif arxeoloji abidələr və tarixi məkanlar qorunub saxlanılır.

    Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli qərarı ilə Ağdərə rayonu ləğv edilmiş, ərazisi Ağdam, Kəlbəcər və Tərtər rayonları arasında bölüşdürülmüşdu.

    Ağdərə rayonu Azərbaycanın zəngin tarixə və mədəni irsə malik bölgələrindən biridir. Bu ərazi özünəməxsus coğrafi mövqeyi, əhalisinin müxtəlifliyi və qədim ənənələri ilə seçilir. Ağdərənin tarixi, sosial və iqtisadi inkişafı, eləcə də onun mədəni dəyərləri həm yerli, həm də xarici tədqiqatçılar üçün maraq doğurur. Rayonun turizm potensialı və son illərdə baş verən yeniliklər regionun gələcək inkişafı üçün mühüm imkanlar yaradır.

    İşğaldan azad olunmuş rayonların, o cümlədən Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşanın inzibati ərazi bölgüsündə dəyişikliklərin edilməsi və Ağdərə rayonunun yaradılması xüsusi əhəmiyyət kəsb edir: "Bu təşəbbüs Prezident İlham Əliyevə məxsusdur. "Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında" qanuna əsasən, Ağdam rayonunun ərazisindən 10, Kəlbəcər rayonunun ərazisindən 23 kəndin, Tərtər rayonunun ərazisindən isə 1 şəhərin, 1 qəsəbənin və 24 kəndin Ağdərə rayonunun inzibati ərazi bölgüsünə daxil edilməsi, ümumilikdə 1660,84 kvadrat kilometr ərazidə yerləşməsi nəzərdə tutulur".

     Ağdərə ərazisindən Tərtər çayı axır ki, çay öz başlanğıcını Qarabağ yaylasından (3120 m hündürlükdən) başlayır. Əsasən yeraltı sularla qidalanır. Yeri gəlmişkən onu da qeyd edək ki, Kürün sağ qolunda yerləşən Tərtər çayınn uzunluğu 184 km, hövzəsinin sahəsi 2650 km, 2 orta illik su səthi 23,2 mVsan., illik axın həcmi 729 mln. kubmetrdir. 1976-cı ildə Ağdərə rayonunun Sərsəng dərəsində Tərtər çayı uzərində, daha dəqiq Qarı körpüsü üzərində inşa edilmiş Sərsəng Su Anbarı istifadəyə verilmişdir. Bu nəhəng qurğunun tikilib başa çatdırılması Ümummilli liderimiz Heydər Əliyevin diqqət və böyük qayğısı ilə bağlı olmuşdur. Dövlət başçısı tikinti işlərinə özü nəzarət etmiş və hətta 70-ci illərdə «Tərtər çayında magistral kanallarla birlikdə su anbarı tikintisini sürətləndirmək tədbiləri haqqında» xüsusi qərar da vermişdir. Tikintiyə əsaslı vəsaitin həcmi artırılmış, yeni texnika, işçi qüvvəsi cəlb edilmişdir. Hətta Moskvadan, Kiyevdən, Volqoqraddan gətirilən mütəxəssislər Sərsəng SES-ə cəlb edilmişdir. Tikintiyə sərf olunan vəsaitin ümumi həcmi 95 milyon manata çatdırıldı ki, bu da altıncı beşillik ərzində respublikamızda su təsərrüfat qurğuları tikintisinə sərf edilən bütün vəsaitə təxminən bərabər idi. 

    Tezliklə 20 milyon kubmetrdən çox torpaq qazılıb daşındı, təqribən 300 min kub metr beton və sement beton töküldü, 2800 ton metal konstruksiya və texnoloji avadanlıq quraşdırıldı və uzunluğu 1 km-dən çox olan yeraltı tunellər çəkildi. Dahi siyasətçi Heydər Əliyev Sərsəng su anbarının açılışında iştirak etmiş və çıxışında göstərmişdi ki, Ağdərə rayonunda Sərsəng adlı yerdə 126 metrlik tökmə bənd Avropada ən hündür bəndlərdən biridir. Su anbarı 560 milyon kubmetr su tutur. Bu su, ümumi uzunluğu təxminən 100 km olan kanallar vasitəsilə Qarabağın və respublikamızın qonşu rayonlarının tarlalarına axıdılırdı. Ağdərə rayonu ərazisindən Xaçın çayı da axır. Yeri gəlmişkən qeyd edək ki, bu çayın uzunluğu 119 km, hövzəsinin səthi 657 kvadratkmdir. Qarabağ silsiləsindən (Uyuxlu dağından cənubda, 2100 m hündürlükdən) başlanır. Mühüm qolu Kolataq-dır. Əsasən, yağış suları ilə qidalanır. Suvarmada istifadə olunur. Məcrasında Xaçınçay su anbarı yaradılmışdır.

    Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin sərəncamı ilə  5 dekabr 2023-cü il tarixdə Ağdərə rayonu yaradıldı. Qarabağın dilbər güşəsinin yenidən qurulması və inkişafına  ölkə başçısı xüsusi qayğı  göstərir.

                                                                          

    ƏFRAİL FƏRZİYEV
    YAP VETERANI
    AJB ÜZVİ                                                                     

                                                                          


    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 12:18 Rayonun Böyük Kolatan şəhid Əli Quliyevin şəhadətinin 6-cı ildönümü anıldı
    2. 12:17 Masallıda kənd təsərrüfatı, balıqçılıq, akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafı mövzusunda tədbir
    3. 12:16 Masallı Rayon İcra Hakimiyyəti başçsının 29.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    4. 10:54 Masallıda 2026-cı ilin noyabr ayına olan səyyar-görüş qəbulları
    5. 19:35 “MASALLI MARAFONU – 2026” YARIMARAFON YARIŞINA DƏVƏTLİSİNİZ!
    6. 19:30 Rayonun Ərkivan qəsəbəsində Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası
    7. 19:48 Masallıda heyvan sağlamlığının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olundu
    8. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    9. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    10. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    11. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    12. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    13. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    14. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    15. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    16. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    17. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    18. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    19. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    20. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    21. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    22. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    23. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    24. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    25. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    26. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    27. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    28. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    29. 10:08 UNUDULMUR...
    30. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    31. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    32. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    33. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    34. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:46 “PeşəFest-2026” - Masallıda
    37. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    38. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    39. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    40. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    «    Noyabr 2026    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    DÜNYA XƏBƏRLƏRİ