Masallıda “Yaşıl torpağın azadlığı” adlı tədbir » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda “Yaşıl torpağın azadlığı” adlı tədbir

    Masallıda “Yaşıl torpağın azadlığı” adlı tədbir


    21 oktyabr 2025-ci il tarixdə Masallı Dövlət Regional Kollecində “Qəhrəmanlarımızı tanıyaq” layihəsi çərçivəsində “Zəngilan və Qubadlı Şəhərləri Günü” münasibətilə “Yaşıl torpağın azadlığı” adlı tədbir keçirildi. 

                Masallı Rayon İcra Hakimiyyəti, Masallı Rayon Tarix-diyarşünaslıq Muzeyi, Masallı Dövlət Regional Kolleci və Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Masallı rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə 44 günlük Vətən Müharibəsi iştirakçıları və gənclər iştirak etdilər.

                Tədbir Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi  ilə başladı.

    Tədbiri giriş sözü ilə açan Tarix-diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva tədbir iştirakçılarını salamlayaraq, cənab Prezident İlham Əliyevin Sərəncamı ilə təsis olunan Zəngilan və Qubadlı Şəhəri Günləri münasibətilə hamını təbrik etdi. Ə.Tağıyeva bildirdi ki, 20 Oktyabr – Zəngilan, 25 Oktyabr-Qubadlı şəhərinin Ermənistan silahlı qüvvələrinin 27 illik işğalından azad edildiyi gündür. O, çıxışında vurğulayıb ki, Azərbaycanın 44 günlük Vətən müharibəsi zamanı qazandığı tarixi zəfər milli dövlətçilik baxımından böyük naillyyətdir. Qarabağın 30 ildən artıq davam etmiş işğal günləri  tarixə qovuşub, xalqımız uzun müddət arzusunda olduğu qələbənin sevincini yaşayır.

    Sonra çıxış edən Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir vəzifəsini müvəqqəti icra edən Nuranə Muradova 1993-cü il oktyabrında Ermənistan tərəfindən işğal olunan Zəngilan rayonunun 27 ildən sonra, məhz oktyabr ayında işğaldan azad olunduğunu, Zəngilan döyüşlərinin İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən ən uğurlu Arazboyu əməliyyatlarından biri olduğunu qeyd edib. 2022-ci il oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimində  Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər. Artıq Zəngilan aeroportuna Beynəlxalq Hava Limanı statusu verilib. Bu, Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonunda inşa edilən ilk, işğaldan azad olunan ərazilərdə isə ikinci hava limanıdır.

    Zəngilan rayonunun düşmən işğalından təmizlənməsi Şərqi Zəngəzurun qərb sərhədində dağlıq ərazidəki Qubadlıya gedən yolun açılmasında əhəmiyyətli rol oynayıb. 

    Bölgədə ən gərgin döyüşlərin getdiyi yerlərdən biri Yazı düzü yüksəkliyi olub. Strateji əhəmiyyətə malik həmin yüksəkliyin erməni quldur birləşmələrindən azad edilməsi uğrunda gedən döyüşlər zamanı Azərbaycanın Milli Qəhrəmanı polkovnik Şükür Həmidov şəhidlik zirvəsinə ucalıb.

    Qubadlı əməliyyatı, həmçinin ovaxtkı Laçın dəhlizinə və Gorus-Qafan yoluna nəzarəti ələ almağa imkan verib.

         Daha sonra Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Masallı rayon təşkilatının sədri Ramiz Tağıyev I Qarabağ müharibəsi ilə II Qarabağ müharibəsinin müqayisəsindən, II Qarabağ münaqişəsinin ədalətli həll olunmasında dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü və qətiyyətli siyasətinin mühüm rolundan, işğaldan azad olunan torpaqlarda həyata keçirilən yenidənqurma və bərpa işlərindən geniş danışıb.

    Tədbirin davamında “Qarabağ” və “III dərəcəli Rəşadət” ordenli, 44 günlük Vətən Müharibəsi iştirakçısı Nazim Cəfərzadə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunmasının tarixi əhəmiyyətindən, qələbənin sürətlə gerçəkləməsində dövlət, xalq və ordu arasında sarsılmaz vəhdətin, əsgər və zabitlərimizin misilsiz şücaətinin mühüm amillər olmasından, artıq beşinci ildir ki, üçrəngli bayrağımızın işğaldan azad edilən  ərazilərdə qürurla dalğalandığı, qəhrəman xalqın qalib ölkəsi, heç bir yerdən kömək gözləmədən Qarabağı və Şərqi Zəngəzuru yenidən quran, düşmənin dağıtdığı və taladığı şəhərlərə, kəndlərə  ikinci həyat verən, dünyada sülh carçısı kimi tanınan Azərbaycan  tarixinin ən şərəfli səhifəsini 44 günlük  müharibədə yazdığından danışdı.  

    Daha sonra Masallı Dövlət Regional Kollecinin direktor müavini Dilarə Hüseynova çıxışında bildirdi ki, döyüş meydanında Müzəffər Ordumuz bütün şəhidlərimizin qisasını alıb: “İndi bütün azad edilmiş bölgələrimiz kimi Zəngilanda, Qubadlıda böyük quruculuq işləri icra edilir. Bu da qubadlıların çox qısa zamanda öz yurd-yuvalarına dönüb əbədi, xoşbəxt yaşamasına zəmin yaradır. Hər bir qarış torpağımızın azad edilməsi sözsüz ki, xalqımız üçün böyük qürur və iftixar hissi ilə qarşılanırdı. Tarixi ərazilərimizin düşmən tapdağından azad edilməsi uğrunda canını fəda etmiş oğullarımız bu gün böyük hörmət və ehtiramla yad edilir.

    Tədbirin davamında Masallı Dövlət Regional Kollecinin II kurs tələbəsiHüseyn Qasımov qeyd etdi ki, 27 il ərzində  oktyabr ayı Azərbaycanın dilbər guşələrindən olan Zəngilan və Qubadlı rayonlarının işğal tarixi kimi qeyd olunurdu. Artıq həmin günlər geridə qaldı. 27 ildən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz Vətən müharibəsində yeni tarix yazıb. Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərib.Həmçinin Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində “Üç nöqtə” əməliyyatı xüsusilə bölmələrimizin uğuru ilə nəticələnib.

             Masallı Dövlət Regional Kollecində təşkil olunmuş Füzuli Şəhəri Günü münasibətilə  “Yaşıl torpağln azadlığı” adlı tədbir orda iştirak edən 44 günlük Vətən Müharibəsinin iştirakçılarının Fəxri Fərmanla təltif edilməsi ilə yekunlaşdı. Sonda iştirakçılar xatirə şəkilləri çəkdirdilər.















    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 12:18 Rayonun Böyük Kolatan şəhid Əli Quliyevin şəhadətinin 6-cı ildönümü anıldı
    2. 12:17 Masallıda kənd təsərrüfatı, balıqçılıq, akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafı mövzusunda tədbir
    3. 12:16 Masallı Rayon İcra Hakimiyyəti başçsının 29.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    4. 10:54 Masallıda 2026-cı ilin noyabr ayına olan səyyar-görüş qəbulları
    5. 19:35 “MASALLI MARAFONU – 2026” YARIMARAFON YARIŞINA DƏVƏTLİSİNİZ!
    6. 19:30 Rayonun Ərkivan qəsəbəsində Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası
    7. 19:48 Masallıda heyvan sağlamlığının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olundu
    8. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    9. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    10. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    11. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    12. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    13. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    14. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    15. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    16. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    17. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    18. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    19. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    20. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    21. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    22. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    23. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    24. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    25. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    26. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    27. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    28. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    29. 10:08 UNUDULMUR...
    30. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    31. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    32. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    33. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    34. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:46 “PeşəFest-2026” - Masallıda
    37. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    38. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    39. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    40. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    «    Noyabr 2026    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    DÜNYA XƏBƏRLƏRİ