Masallıda “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir
- Dünən, 19:16
- Maraqlı
- 0
- 19

23 oktyabr 2025-ci il tarixdə Masallı şəhər İntiqam Əsgərli adına 3 saylı tam orta ümumtəhsil məktəbində müəllimlərin və şagirdlərin iştirakı ilə “Uşaq hüquqları aylığı” çərçivəsində Yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlərin, həmçinin yetkinlik yaşına çatmayanların təzyiqlərə, məişət zorakılığına məruz qalma, cinsi və əmək istismarına təhrik etmə, erkən nigaha cəlb olunma hallarının, yetkinlik yaşına çatmayanlar və gənclər arasında narkomanlığın qarşısının alınması məqsədi ilə tədbir keçirilmişdir.
Tədbir başlamazdan öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.
Tədbirdə Masallı RPŞ-nin rəisi, polis-polkovniki Azay Ağayev, Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir vəzifəsini müvəqqəti icra edən Nuranə Muradova, rəis müavini polis-mayoru İxtiyar Talıbov və LARTİ-nin Masallı sektorunun əməkdaşı Azər Eyvazov mövzu ətrafında məktəblilərə geniş məlumat vermiş, şagirdlər üçün Polis Akademiyasında təhsilə təşviqlə bağlı söhbətlər aparmışlar.
Daha sonra nümayiş etdirilən videoçarxla bağlı YYÇPİT-nin polis kapitanı Samit Əliyev məktəblilərə ətarflı məlumat və izah vermişdir.
Tədbir debat formatında davam edib. Şagirdlərin sualları cavablandırılıb.




