Masallıda görmə məhdudiyyətli insanlar üçün “Soyuq Günəş” filmi səsləndirildi » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda görmə məhdudiyyətli insanlar üçün “Soyuq Günəş” filmi səsləndirildi

    Masallıda görmə məhdudiyyətli insanlar üçün “Soyuq Günəş” filmi səsləndirildi



    28 oktyabr tarixində Masallı rayon Heydər Əliyev Mərkəzində Masallı Rayon İcra Hakimiyyəti və “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin birgə təşkilatçılğı ilə “Zülməti dələn işıq” adlı layihənin təqdimat tədbiri keçirilmişdir.

    Tədbirdə Masallı Rayon İcra Hakimiyyəti başçısının vəzifəsini müvəqqəti icra edən Tohid Hüseynov, Milli Məclisin deputatı İlham Məmmədov, RİHB aparatın əməkdaşları,  “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai  Birliyinin sədri Arzu Bağırova, media nümayəndələri, rayon ziyalıları və görmə məhdudiyyətli insanlar iştirak etmişlər.
    Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanılıb.

    Tədbiri giriş nitqi ilə açan “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai  Birliyinin sədr müavini Nilufər Lətif “Zülməti dələn işıq” adlı layihənin mahiyyətindən geniş bəhs edərək diqqətə çatdırdı ki, layihə çərçivəsində hazırlanan “Soyuq Günəş” filmi ilk dəfə olaraq səsli bətimləmə ilə təqdim olunur. Bu, görmə imkanları məhdud şəxslərin də mədəni həyata bərabər şəkildə qoşulması baxımından çox önəmli addımdır.

    Sonra Masallı Rayon İcra Hakimiyyəti başçısının vəzifəsini müvəqqəti icra edən Tohid Hüseynov qonaqları və tədbir iştirakçılarını Masallı Rayon İcra Hakimiyyətinin başçısının adından salamlayaraq cəmiyyətdə inkluziv və bərabər imkanların təbliği, eləcə də sosial həssas qrupların mədəni həyata inteqrasiyası üçün önəmli olan, görmə məhdudiyyətli şəxslər üçün xüsusi formatda hazırlanmış “Soyuq günəş” filminin məhz Masallı rayonunda təqdim edilməsinin təqdirə layiq olduğunu bildirdi. Arzu Bağırovaya bu təşəbbüs üçün təşəkkür etdi, bundan sonrakı fəaliyyətində uğurlar arzu edərək birgə əməkdaşlığa hər zaman dəstəyimizi əsgirməyəcəyimizi bildirdi.

    “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri, layihənin ideya müəlliflərindən biri Arzu Bağırova bu layihəyə yerli səviyyədə hərtərəfli dəstək göstərən Masallı Rayon İcra Hakimiyyətinin rəhbərliyinə, layihənin həyata keçməsinə dəstək olan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə xüsusi təşəkkürünü bildirdi. Qeyd etdi ki, Məhz bu diqqət və qayğı biz vətəndaş cəmiyyətinin nümayəndələrinə də ilham verir ki, öz fəaliyyətimizdə inklüzivlik mövzusuna daha çox yer verək, insanlara işıq tutaq.

    Daha sonra millət vəkili İlham Məmmədov bildirdi ki, dövlətimizin başçısı Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bu sahəyə xüsusi diqqət yetirilir.Xüsusilə də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsləri, qayğı və diqqəti nəticəsində son illərdə inklüziv təhsil, sosial rifah, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası istiqamətində çox mühüm addımlar atılıb.Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bu sahədə həyata keçirdiyi layihələr bir daha göstərir ki, bərabərlik və mərhəmət cəmiyyətimizin əsas dəyərlərindəndir.
    Sonra filmin prodüsseri Ramal Əzimzadə, prodüsser və ssenari müəllifi Sədaqət Kərimova görmə məhdudiyyətli insanların səs çoxluğu ilə bu filmin səsləndirilməsini istədiklərini qeyd etdilər.Layihə ləzgi xalqının ilk tammetrajlı bədii filmi hesab olunur. Filmdə ləzgi xalqının qədim adət-ənənələri və həyat tərzləri haqqında təsvirlər verildiyini diqqətə çatdırdılar.
    Yekunda tədbir iştirakçıları “Zülməti dələn işıq” adlı layihə çərçivəsində hazırlanan “Soyuq Günəş” filmini izləndi. Film görmə məhdudiyyətli insanlar və eləcə də tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.  

    Tədbirdə iştirak edən görmə məhdudiyyətli insanlara və onların qəyyumlarına, həmçinin baxıcılarına (patronlar) “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin hədiyyələri təqdim edildi.









    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 12:18 Rayonun Böyük Kolatan şəhid Əli Quliyevin şəhadətinin 6-cı ildönümü anıldı
    2. 12:17 Masallıda kənd təsərrüfatı, balıqçılıq, akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafı mövzusunda tədbir
    3. 12:16 Masallı Rayon İcra Hakimiyyəti başçsının 29.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    4. 10:54 Masallıda 2026-cı ilin noyabr ayına olan səyyar-görüş qəbulları
    5. 19:35 “MASALLI MARAFONU – 2026” YARIMARAFON YARIŞINA DƏVƏTLİSİNİZ!
    6. 19:30 Rayonun Ərkivan qəsəbəsində Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası
    7. 19:48 Masallıda heyvan sağlamlığının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olundu
    8. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    9. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    10. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    11. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    12. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    13. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    14. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    15. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    16. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    17. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    18. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    19. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    20. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    21. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    22. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    23. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    24. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    25. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    26. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    27. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    28. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    29. 10:08 UNUDULMUR...
    30. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    31. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    32. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    33. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    34. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:46 “PeşəFest-2026” - Masallıda
    37. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    38. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    39. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    40. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    «    Noyabr 2026    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    DÜNYA XƏBƏRLƏRİ