YENİ KİTABLAR          » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » YENİ KİTABLAR         

    YENİ KİTABLAR         

                                                                                                                                                       Şakir Mahmudlunu uzun illərdir tanıyıram, onun “İtlirilmiş kənd” adlı romanı ilə də tanışam. İndi isə şeirlərini oxuyuram və mənim diqqətimi çəkən əsas məqam Şakirin şeirlərindəki səmimiyyət oldu. Şakir hansı mövzuda yazır yazsın, səmimidir, hadisələrə olduğu kimi yanaşmağı, ədalətlə düşünməyi və hər şeyi potik düşüncədən uzaqlaşmadan görməyi bacarır. Bir qələm adamı üçün də ən önəmli məqamlardan biri məhz budur. İstər faciədən yazsın, istərsə də xoşbəxtlik hissindən, daim ədalətli olsun, səmimi yanaşsın, poetik düşünsün. Bu mənada Şakir Mahmudlu imzası Azərbaycan ədəbi tarixində öz yerini tutmuş imzadır.

    İndi isə Şakirin müxtəlif mövzularda yazdığı şeirlərdən bir neçə misal çəkək və düşünək. Elə ilk olaraq türkçülükdən yazdığı, milli düşüncələrə söykəndiyi, gənclərdə milli ruhu oyada bilən şeirlərə baxaq:
    Türkün türkdən savayı,
    Dostu yox, qardaşı yox.
    Hayqır, dünyaya, hayqır,
    Haqlı olduğunu de!
    Qorxma, qardaşım, qorxma,
    Türkəm deməkdən qorxma!

    Türk olduğu ilə fəxr edən və bunu bütün dünyaya hayqıran müəllif burada həm də səmimi və ədalətlidir, “haqlı olduğunu de” misrası ilə şair öz ədalətini, redaktəsiz hiss və duyğuları ilə səmimiyyətini göstərir. Və ya:

    Gün olsun, Zəngəzur elinə gedək,
    Göyçəyə də gedək, biz tarix yazaq.
    Dərbəndin şəninə nəğmələr düzək,
    Deyim, gözün aydın, Azərbaycanım!

    Göründüyü kimi, burada da Şakir öz kimliyindən, tarixindən, poetik düşüncəsindən kənarda qalmayıb, səmimi şəkildə tarixə gülümsəyir, həm tarixi torpaqların bir gün “şəninə nəğmələr düzək” deyir, həm də özü bu nəğməni qoşur, şeirlə deyir. 

    Şakir Mahmudlunun bütün şeirləri mübaliğəsiz, tərifsiz, şişirdilmədən və həqiqətə söykənən poetik düşüncələrin məhsuludur. O, öz şeirində qafiyədən çox həqiqət axtarır, yalansız cəmiyyət arzulayır, xəyanətsiz sevgi istəyir. 
    Çıxart həyatından, çıxart sən məni,
    Qoyma, yuxuna da gəlim gecələr.
    Yarım olan, yarı canım sən idin,
    Yuxuda da mən həsrətəm üzünə.

    Səmimi olmayan qələm sahibi etiraf edə bilməz. Şakir sevgi şeirlərində daha çox səmimi hislərini dilə gətirir. Həm “yuxuna gəlməyə qoyma məni” deyir, həm də “yuxuda sənə həsrətəm” deyir. Çünki eşqə çatmış insan üçün yar olmaq o insanın canının yarısı olmaqdır və bunu Şakir etiraf edir. Başqa bir şeirdə isə belə deyir:

    İlahi eşq bilib sevdim,
    Sənli idim, sənsiz oldum.
    Qırdın ürəyimi, qırdın,
    Gərək, sevməyəydim səni!

    Bəlkə də yox idin heç sən,
    Bir heçi sevmişəm, demək.
    Heçi sevib, heç olmuşam,
    Gərək, sevməyəydim səni!


    İlahi eşqə çatmaq üçün hər insan sevgi zərrələrindən, daha döğrusu, sevgilinin ağırlıq mərkəzindən keçməlidir. Yuxarıdakı şeirdə Şakir Mahmudlu fəlsəfi düşünür, bildirir ki, ilahi eşqə getdiyimiz yolda ağırlıq mərkəzindən keçəcəyimiz sevgini də düz seçməliyik, əks halda eşqə çata bilmərik. Uşaqlıqda qaçarkən hamımız yıxılıb dizimizi əzmişik, amma nə üçün qaçdığımız hədəfə çatanda dizimizin qanı da bizə xoş gəlib, ağrı hiss etməmişik. 

    Ağırlıq mərkəzi olmayan sevgi də belədir, ilahi eşqə çatdırmaz insanı. Şakir məhz bunu qeyd edir, bildirir ki, ilahi eşqə çatmamaq heçi sevməkdir, ağırlıq mərkəzi olmayan sevgilər aldadıcıdır, o sevgilərdə insan özü də heçləşir, amma eşqə çatdığın halda sevginin bütün acıları sənə xoş gəlir. 
    Şakir Mahmudlu haqqında çox danışmaq olar, onun şeirlərini oxuduqca oxumaq istəyirsən. Mən Şakiri yeni kitabının çapına görə təbrik edirəm və ona uğurlar arzulayıram. 



    Nəriman Həsənzadə, 
    Xalq şairi.
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 12:18 Rayonun Böyük Kolatan şəhid Əli Quliyevin şəhadətinin 6-cı ildönümü anıldı
    2. 12:17 Masallıda kənd təsərrüfatı, balıqçılıq, akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafı mövzusunda tədbir
    3. 12:16 Masallı Rayon İcra Hakimiyyəti başçsının 29.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    4. 10:54 Masallıda 2026-cı ilin noyabr ayına olan səyyar-görüş qəbulları
    5. 19:35 “MASALLI MARAFONU – 2026” YARIMARAFON YARIŞINA DƏVƏTLİSİNİZ!
    6. 19:30 Rayonun Ərkivan qəsəbəsində Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası
    7. 19:48 Masallıda heyvan sağlamlığının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olundu
    8. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    9. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    10. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    11. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    12. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    13. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    14. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    15. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    16. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    17. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    18. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    19. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    20. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    21. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    22. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    23. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    24. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    25. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    26. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    27. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    28. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    29. 10:08 UNUDULMUR...
    30. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    31. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    32. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    33. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    34. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:46 “PeşəFest-2026” - Masallıda
    37. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    38. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    39. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    40. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    «    Noyabr 2026    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    DÜNYA XƏBƏRLƏRİ