Köçəkli kənd orta məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
- Bu gün, 18:37
- Maraqlı
- 0
- 12

06 noyabr 2025-ci il tarixdə Masallı rayonu Köçəkli kənd orta məktəbində müəllimlərin və şagirdlərin iştirakı ilə Yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlərin, həmçinin yetkinlik yaşına çatmayanların təzyiqlərə, məişət zorakılığına məruz qalma, cinsi və əmək istismarına təhrik etmə, erkən nigaha cəlb olunma hallarının, yetkinlik yaşına çatmayanlar və gənclər arasında narkomanlığın qarşısının alınması məqsədi ilə tədbir keçirilmişdir.
Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Masallı rayon Polis şöbəsinin rəisi polis-polkovniki Azay Ağayev, Masallı rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Abbas Abbaszadə, Masallı rayon Polis şöbəsinin rəis müavini İxtiyar Talıbov və LARTİ-nin Masallı sektorunun aparıcı məsləhətçisi Hörmət Balakişiyev şagirdlər üçün Polis Akademiyasında təhsilə təşviqlə bağlı söhbətlər aparmışlar.
Daha sonra şagirdlərin sualları cavablandırılıb.




































