Şəhid Səməndər İsgəndərovun şəhadətinin 5-ci ildönümü anıldı
- Bu gün, 10:43
- Maraqlı
- 0
- 49
13 noyabr 2025-ci il tarixində Masallı rayonunun Sərçuvar kəndində şəhid İsgəndərov Səməndər Vahid oğlunun şəhadətinin 5-ci ildönümü anılmışdır.
Şəhid Səməndər İsgəndərovun şəhadətə yüksəlməyinin 5-ci ildönümü ilə əlaqədar Masallı Rayon İcra Hakimiyyəti Başçısının tapşırığına əsasən Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdir əvəzi Nahid Həsənov, ərazi nümayəndəsi, bələdiyyə sədri, şəhid ailələri, din xadimləri, media nümayəndələri və vətəndaşların iştirakı ilə şəhidlərin məzarı ziyarət edilmiş, qəbirüstü abidələri önünə tər gül dəstələri düzülərək şəhidlərin ruhunu ehtiramla yad etmişlər.
Viləş kəndində dəfn olunmuş bütün şəhid məzarları önündə Masallı Rayon İcra Hakimiyyəti başçısının rəhbərliyi, din xadimləri, şəhid ailələri və sakinlərin iştirakı ilə dualar oxunmuşdur.






























