Şəhid Sahib Şirəliyevin şəhadətinin 5-ci ildönümü anıldı
- Bu gün, 18:14
- Maraqlı
- 0
- 55
14 noyabr 2025-ci il tarixində Masallı rayonunun Ərkivan qəsəbəsində şəhid Şirəliyev Sahib Yusif oğlunun şəhadətinin 5-ci ildönümü anılmışdır.
Şəhid Sahib Şirəliyevin şəhadətə yüksəlməyinin 5-ci ildönümü ilə əlaqədar Masallı Rayon İcra Hakimiyyəti Başçısının tapşırığına əsasən Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, ərazi nümayəndəsi, bələdiyyə sədri, şəhid ailələri, din xadimləri, media nümayəndələri və vətəndaşların iştirakı ilə şəhidlərin məzarı ziyarət edilmiş, qəbirüstü abidələri önünə tər gül dəstələri düzülərək şəhidlərin ruhunu ehtiramla yad etmişlər.
Viləş kəndində dəfn olunmuş bütün şəhid məzarları önündə Masallı Rayon İcra Hakimiyyəti başçısının rəhbərliyi, din xadimləri, şəhid ailələri və sakinlərin iştirakı ilə dualar oxunmuşdur.






























