Şəhid Elməddin Nəzərovun şəhadətinin 5-ci ildönümü anıldı
- 18-11-2025, 15:45
- Maraqlı
- 0
- 240

17 noyabr 2025-ci il tarixində Masallı rayonunun Binə Xocavar kəndində şəhid Nəzərov Elməddin İsmayıl oğlunun şəhadətinin 5-ci ildönümü anılmışdır.
Şəhid Elməddin Nəzərovun şəhadətə yüksəlməyinin 5-ci ildönümü ilə əlaqədar Masallı Rayon İcra Hakimiyyəti Başçısının tapşırığına əsasən Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, ərazi nümayəndəliyinin əməkdaşları, bələdiyyə sədri, din xadimləri, şəhid ailələri və kənd sakinləri birlikdə şəhidin məzarını ziyarət etmiş, ruhuna dualar oxumuşlar.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə, Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.





























