Şəhid Raqib Əzizovun şəhadətinin 5-ci ildönümü anıldı
- 9-12-2025, 21:30
- Maraqlı
- 0
- 193
09 dekabr 2025-ci il tarixində Yolağac kəndində şəhid Əzizov Raqib Vidadi oğlunun şəhadətinin 5-ci ildönümü anılmışdır.
Şəhid Raqib Əzizovun şəhadətə yüksəlməsinin 5-ci ildönümü ilə əlaqədar Masallı Rayon İcra Hakimiyyəti Başçısının tapşırığına əsasən Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, Masallı rayon Tarix Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva, ərazi nümayəndəliyinin əməkdaşları, bələdiyyə sədri, din xadimləri, şəhid ailələri və kənd sakinləri birlikdə şəhidin məzarını ziyarət etmiş, ruhuna dualar oxumuşlar.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.































