Azərbaycan Prezidentinə yazırlar
- 16-12-2025, 10:29
- Maraqlı
- 0
- 364

Hörmətli cənab Prezident,
Ölkəmizdə, o cümlədən Masallı rayonunda şəhidlərin əziz ruhuna, onların ailələrinə, həmçinin qazilərə olan çox böyük hörmət və ehtiram təqdirəlayiq haldır.
Mənim oğlum 44 günlük Vətən müharibəsində şücaət göstərib. Onun adı dövlətimiz tərəfindən hər zaman uca tutulur. Yaşadığım küçəyə oğlum Məhəmmədin adı verilmişdir. Sizin tapşırıqlarınıza əsasən həmin küçə, yəni şəhid Məhəmməd Vəliyev küçəsi abadlaşdırılmış, yola asfalt çəkilmişdir. İndi rayonumuzda bu səpkidə aparılan işlər daha çoxdur və əhali arasında böyük rəğbət var.
Nə yaxşı ki, Masallı gündən-günə abadlaşır, yaxşı mənada Azərbaycanın böyük şəhərləri ilə müqayisə edilir. İnanırıq ki, Masallının sabahı daha yaraşıqlı olacaq.
Möhtərəm İlham Əliyev, Masallıdakı quruculuq işlərinə görə Sizə çox dərin minnətdarlıq bildirirəm. Allah Sizi qorusun. Amin!
Hörmətlə,
Əliyeva Zümrüd Əyyub qızı,
şəhid anası
Azərbaycan Respublikası, Masallı rayonu, Çaxırlı kəndi.





























