Masallıda “Uşaq hüquqlarımızı bilək!” mövzusunda maarifləndirici görüş  » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda “Uşaq hüquqlarımızı bilək!” mövzusunda maarifləndirici görüş 

    Masallıda “Uşaq hüquqlarımızı bilək!” mövzusunda maarifləndirici görüş 



    16 dekabr 2025-ci il tarixində Masallı rayon Tarix-Diyarşünaslıq Muzeyində Masallı Rayon İcra Hakimiyyəti, Tarix-Diyarşünaslıq Muzeyi və  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yanında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin Masallı rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Uşaq hüquqlarımızı bilək!” mövzusunda maarifləndirici tədbir keçirilib.

    Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.   

    Tədbiri giriş sözü ilə açan Masallı rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva ölkəmizdə uşaq hüquqlarının qorunması və təmin edilməsi istiqamətində müvafiq dövlət orqanları tərəfindən öz səlahiyyətləri daxilində xüsusi həssaslıqla yanaşaraq lazimi tədbirlərin həyata keçirildiyini vurğulamışdır. Çıxışçı bildirmişdir ki, uşaq hüquqları cəmiyyətin sağlam və ədalətli inkişafı üçün böyük əhəmiyyət daşıyır. Hər bir uşaq yaşamaq, təhsil almaq, sağlam böyümək və zorakılıqdan qorunmaq hüququna malikdir. Bu hüquqlar uşaqların fiziki və mənəvi inkişafını təmin edir, onların gələcəkdə faydalı vətəndaş kimi formalaşmasına kömək edir. Uşaq hüquqlarına hörmət edildikdə uşaqlar özlərini təhlükəsiz və dəyərli hiss edirlər. Bu isə onların öz qabiliyyətlərini sərbəst şəkildə inkişaf etdirməsinə şərait yaradır. Cəmiyyətin və dövlətin əsas vəzifələrindən biri uşaqların hüquqlarını qorumaq və onlara bərabər imkanlar yaratmaqdır. Nəticə etibarilə, uşaq hüquqlarının qorunması təkcə uşaqlar üçün deyil, bütün cəmiyyət üçün vacibdir. Çünki bu günün uşaqları sabahın gələcəyidir.

    Çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin aparıcı məsləhətçisi - Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaq və ailələrlə iş üzrə məsləhətçi – psixoloqu  Aybəniz Novruzova bir psixoloq kimi qeyd etmək istərdim ki, uşaq hüquqları uşağın sağlam psixoloji inkişafının əsas dayaqlarından biridir. Uşağın təhlükəsiz mühitdə yaşamaq, sevgi və qayğı görmək, fikrini sərbəst ifadə etmək və təhsil almaq hüquqları onun şəxsiyyət kimi formalaşmasına birbaşa təsir göstərir. 

    Bu hüquqlar pozulduqda uşaqlarda qorxu, özgüvən çatışmazlığı və emosional problemlər yarana bilər. Uşaq hüquqlarına əməl olunan mühitdə böyüyən uşaqlar özlərini dəyərli hiss edir, sosial münasibətlər qurmaqda və qərar verməkdə daha inamlı olurlar. Psixoloji baxımdan bu, sağlam cəmiyyətin formalaşmasının əsas şərtidir. Valideynlərin, müəllimlərin və cəmiyyətin digər üzvlərinin uşaqlara anlayışla yanaşması onların emosional rifahını gücləndirir. Nəticə olaraq, uşaq hüquqlarının qorunması yalnız hüquqi məsələ deyil, eyni zamanda psixoloji sağlamlığın təmin edilməsidir. Sağlam ruhlu uşaqlar isə güclü və balanslı cəmiyyətin əsasını təşkil edir.

    Tədbirdə çıxış edən Uşaq Səfirlər Məclisin regional nümayəndələri Turan Əlisoy və Mirturan Hüseynov  Məclisin yaranma tarixi, fəaliyyəti və məqsədləri haqqında qısa məlumat vermişdir. Daha sonra tədbir iştirakçılarına Uşaq hüquqları ilə bağlı hazırlanmış təqdimat nümayış olunmuşdur. 

    Nümayəndələr BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmiş Uşaq Hüquqları Konvensiyasında 4 əsas qrupa bölünmüş hüquqlardan (yaşamaq hüququ, inkişaf hüququ, madafiə hüququ, iştirak hüququ) geniş məlumat verərək hüquqların bilməsi uşağın inkişafına necə təsir edəcəyini izah etmişlər.  
    Tədbirdə şagirdlərə mövzu ilə bağlı qısa mətnlər oxunaraq hansı hüququnun pozulmasına dair interaktiv oyun keçirilmiş və iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.
    Diskussiya formatında keçirilən tədbirdə fəallığı ilə seçilmiş məktəb şagirdlərinə təltifnamələr təqdim olunmuşdur.






    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 23:30 Masallı RİH başçısı 29 yanvar 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    2. 23:30 Masallıda aztəminatlı ailə üçün yeni yaşayış evi inşa edilib
    3. 23:30 Masallıda millət vəkili, tarix elmləri doktoru, professor Anar Camal oğlu İsgəndərovun 70 illik yubileyi qeyd olundu
    4. 16:22 Azərbaycan Prezidentinə yazırlar
    5. 14:35 Yeni şeirlər
    6. 10:59 Perspektivli idmançıların aşkarlanması
    7. 10:49 Masallıda 2026-cü ilin fevral ayına olan səyyar-görüş qəbulları barədə
    8. 15:56 100 illik ömrün işığı
    9. 18:33 Rayon rəhbəri Boradigah ərazisində şəhid məzarlarını ziyarət etdi 23.01.2026
    10. 18:31 Masallının Boradigah ərazisinin Mollaoba kəndində səyyar qəbul keçirilib
    11. 15:18 Azərbaycan Prezidentinə yazırlar
    12. 10:02 Masallı rayonunda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı
    13. 18:16 Akademik Həsən Əliyev haqqında kitab nəşr edilib
    14. 14:59 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.01.2026
    15. 14:56 Masallıda rayon rəhbərinin Meşəkənarı kəndində 21.01.2026-cı il tarixli səyyar görüş-qəbulu
    16. 10:46 Azərbaycan Prezidentinə yazırlar
    17. 11:40 Masallıda 20 Yanvar faciəsinin 36-cı ildönümü anılıb
    18. 14:19 QANLI YANVAR
    19. 10:42 Masallı RİH başçısı 15 yanvar 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    20. 20:59 Masallıda şəhid ailələrinə dövlət qayğısı davam etdirilir-14.01.2026
    21. 20:55 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.01.2026
    22. 20:47 Masallıda rayon rəhbərinin Köçəkli kəndində 14.01.2026-cı il tarixli səyyar görüş-qəbulu
    23. 16:05 Su təhlükəsizliyi Azərbaycan hökumətinin gündəliyində: Azərbaycan Prezidenti İlham Əliyevin 12 yanvar müşavirəsindəki çıxışı
    24. 16:24 A.C.İsgəndərovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
    25. 16:21 “Veteranlarımız” layihəsi ...   MASALLIDA...                       
    26. 23:00 “Embawood”un Müşahidə Şurasının sədri Elşad Abbasov dövlət və dövlətçiliyə sadiq insandır.
    27. 10:19 Masallı RİH başçısı 08 yanvar 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    28. 19:01 Masallının Ərkivan ərazisinin Allahyarlı kəndində 07 yanvar 2026-cı il tarixdə səyyar qəbul
    29. 18:54 Rayon rəhbəri Ərkivan ərazisində şəhid məzarlarını ziyarət etdi 07.01.2026
    30. 18:47 Rayon rəhbəri Ərkivan ərazisində şəhid məzarlarını ziyarət etdi 07.01.2026
    31. 18:20 Azərbaycan Prezidentinə yazırlar
    32. 17:51 Rayon rəhbəri Lürən ərazisinin Pircana kəndində Birinci Qarabağ Müharibəsi şəhidi Faiq Şükürov adını daşıyan küçədə aparılan asfaltlanma işləri ilə yerində tanış olub
    33. 17:48 Masallıda “Milli dəyərlər və həmrəylik-milli birlikdən gələcəyə” adlı konsert proqramı
    34. 15:37 Masallıda 15-30 dekabr 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    35. 15:36 Masallının yollarında təmir işləri davam etdirilir 15-30 dekabr 2025
    36. 15:35 Masallıda abadlıq və xeyriyyə işləri 15-30 dekabr 2025
    37. 14:25 Şəhid Rəşid Lətifovun şəhadətinin 5-ci ildönümü anıldı
    38. 17:29 Masallıda rayon rəhbərinin şəhid ailələri ilə növbəti görüşü - 29.12.2025
    39. 11:02 Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı
    40. 10:59 Bu tarix milli birliyin yaradılmasının başlanğıc nöqtəsidir
    «    Fevral 2026    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    232425262728 
    DÜNYA XƏBƏRLƏRİ