Masallıda “Konstitusiya və Suverenlik ili” ilə əlaqədar növbəti ağacəkmə aksiyası 24.12.2025
- Bu gün, 17:08
- Maraqlı
- 0
- 61
Masallıda “Konstitusiya və Suverenlik ili” ilə əlaqədar növbəti ağacəkmə aksiyası keçirilmişdir.
24 dekabr 2025-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Masallı rayonunun Qızılağac kəndində “Konstitusiya və Suverenlik ili” çərçivəsində və Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin doğum gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib
Ağacəkmə aksiyasında Masallı Rayon İcra Hakimiyyətinin başçısı aparatının əməkdaşları, ərazi nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak etmişlər.
“Konstitusiya və Suverenlik ili”-nə həsr olunmuş ağacəkmə aksiyasında 60 ədəd müxtəlif növ meyvə ağacları əkilmişdir.





































