• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » “Qələbə ruhlu şəhidlərimiz” – Masallıda rəsm sərgisi

    “Qələbə ruhlu şəhidlərimiz” – Masallıda rəsm sərgisi

    “Qələbə ruhlu şəhidlərimiz” – Masallıda rəsm sərgisi

    Oktyabrın 25-də Rəhim Tağıyev adına Masallı Rayon Tarix-Diyarşunadlıq Muzeyinin və Masallı Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə Vətən müharibəsinin ildönümünə həsr edilmiş “Qələbə ruhlu şəhidlərimiz” mövzusunda sərginin açılış mərasimi keçirilib.
    Pandemiya qaydaları gözlənilməklə təşkil olunan tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, şəhid ailələri, müharibə iştirakçıları, mədəniyyət işçiləri və gənclər iştirak ediblər.
     
    Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva Masallı Regional Mədəniyyət İdarəsinin müvafiq tədbirlər planına uyğun olaraq növbəti sərginin təşkilində əsas məqsədin Vətən uğrunda şəhid olmuş qəhrəman oğullarımızın əziz xatirələrini yaşatmaq, şəhid ailələrinə mənəvi dəstək və yeni nəslə vətənpərvərlik ruhu aşılamaqdan ibarət olduğunu diqqətə çatdırıb.
     
    Rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov çıxışında ədalətli və müqəddəs 44 günlük Vətən müharibəsində yeni tarix yazan igidlərimizin fədakarlığı ilə qazanılan Zəfərimizin əvəzolunmaz əhəmiyyətindən bəhs edib, şəhidlərimizin gələcək nəsillərə rəşadət və qorxmazlıq nümunəsi olduğunu bildirib:”Bu gün biz qalib ölkənin vətəndaşları kimi qürurluyuq ki, Ali Baş Komandanımız və Birinci vitse-prezidentimizin hər gün azad olmuş torpaqlarımızı ziyarət edir, abadlıq-quruculuq işlərinin sürətləndirilməsi istiqamətində yeni layihələri gerçəkləşdirir, o əzəli torpaqlarda üçrəngli bayrağımızın əbədi olaraq dalğalanacağına bir daha əminliyimizi artırır...“
     
    Rayon rəhbəri bu cür vətənpərvərlik mövzusundakı tədbirlərin keçirilməsinin davamlı olmasının vacibliyini vurğulayıb.
    Rayon ağsaqqallar şurasının sədri Ələşrəf Niftiyev Müzəffər Komandanlığımızla Şanlı Ordumuzun cəsur əsgər və zabitlərinin canı-qanı bahasına Ermənistanın 30 il ərzində milyonlarla vəsait sərf edib qurduğu nəhəng istehkamları necə qəhrəmanlıqla yarıb keçməsinin hərb tariximizə qızıl hərflərlə yazıldığını qeyd edib.
    Sonra sərgiyə baxış keçirilib.
     
    Masallı Dövlət Rəsm Qalereyasında təşkil olunan sərgidə Azərbaycan Rəssamlar İttifaqının üzvü Ehtiram Məmmədovun və rəssam Təhmasib Məcidovun şəhidlərə həsr etdiyi portretlər, Masallı şəhər 11 illik İncəsənət Məktəbinin şagirdlərinin, Uşaq-İnkişaf Mərkəzinin dərnək üzvlərinin və Sevda Əliyevanın rəsm və əl işləri, eləcə də muzey fondunda qorunub saxlanılan şəhidlərə aid materiallar yer alıb.

     
    Noyabrın 10-dək davam edəcək sərgidə Masallı rayonundan olan şəhid qəhrəmanlarımızın, o cümlədən Milli Qəhrəman general-mayor Polad Həşimovun, şəhid Xudayar Yusifzadənin xatirəsinə ithaf olunmuş müxtəlif janrlarda (qarışıq tex.) rəsm əsərləri yer alıb. Sərgidə, ümumilikdə, 80-dən yuxarı rəsm əsəri nümayiş etdirilir.
     
    Sərgidə nümayiş olunan əksər əsərlərin (57 Masallı şəhidinin, P.Həşimov, X.Yusifzadənin portretinin və s.) müəllifi bir neçə beynəlxalq müsabiqənin laureatı, rəssam Ehtiram Məmmədovdur.


     

     
    Akif AĞAYEV,
    “Yeni həyat”,      
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 10:38 Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi
    2. 10:34 30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU
    3. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    4. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    5. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    6. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    7. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    8. 12:28 Vətənə xidmətdə keçən ömür
    9. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    10. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    11. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    12. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    13. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    14. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    15. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    16. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    17. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    18. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    19. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    20. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    21. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    22. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    23. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    24. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    25. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    26. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    27. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    28. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    29. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    30. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    31. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    32. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    33. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    34. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    35. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    36. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    37. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    38. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    39. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    40. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ