Masallıda “Şuşa ili” ilə əlaqədar tədbir
- 10-02-2022, 18:32
- Mədəniyyət / Manşet
- 0
- 486
Masallı Tarix-Diyarşünaslıq Muzeyində “Şuşa ili” ilə əlaqədar tədbir keçirildi.
Fevralın 9-da Masallı Tarix-Diyarşünaslıq Muzeyi və Masallı Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə 2022-ci ilin ölkəmizdə “Şuşa ili” elan olunması ilə əlaqədar “Şuşa mədəniyyətimizin beşiyidir” adlı tədbir keçirildi. Tədbirdə adı çəkilən müəssissə əməkdaşları və bir qrup tələbələr iştirak etdilər.
Öncə tədbir iştirakçıları vətən uğrunda şəhid olanların əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Tədbirdə ilk çıxış edən muzeyin direktoru Əntiqə Tağıyeva Prezident İlham Əliyevin yanvarın 5-də imzaladığı Sərəncama əsasən 2022-ci ilin “Şuşa ili” elan edilməsi ölkə başçısının Azərbaycan xalqının tarixi, mədəni-mənəvi irsinə verilən böyük qiymət və dəyərin bariz nümunəsi olduğunu söylədi. Ə. Tağıyeva çıxışında Şuşa şəhərinin ötən əsrin 70-ci illərində sürətli inkişafının ümummilli liderimiz Heydər Əliyev adı ilə sıx bağlı olduğunu da xüsusi vurğuladı.
Sonra muzeyin əməkdaşı Sevinc Əliyeva Şuşa şəhəri, onun qədim tarixi tikililəri, abidələri, incəsənət xadimləri, rəssamları, musiqiçiləri, şairləri, sənətkarları haqqında tədbir iştirakçıları üçün geniş məruzə etmiş oldu.
Daha sonra çıxış üçün söz alan qalereyanın direktor əvəzi işinin müvəqqəti icraçısı Təhmasib Məcidov Prezident İlham Əliyevin 2022-ci ilin “Şuşa ili” elan etməsi Vətən müharibəsində əldə etdiyimiz tarixi Qələbənin ölkəmizin dünya iqtisadi və siyasi müstəvidə öz həqiqi yerini tutaraq daha da yüksəlməsinə xidmət etdiyini söylədi.