Главная > Səhiyyə > “Bioloji Təbabət” Klinikasının Masallı filialının regionumuzda 5 illik fəaliyyəti

“Bioloji Təbabət” Klinikasının Masallı filialının regionumuzda 5 illik fəaliyyəti


17-12-2023, 19:47. Разместил: admin44

Masallı şəhəri zəngin tarixi-mədəni irsi, mənəvi dəyərləri ilə tanınan və rəngarəng təbiəti olan bölgələrimizdən biridir. Bu şəhərdə səhiyyə xidmətlərini inkişaf etdirmək və əhaliyə  keyfiyyətli tibbi xidmət göstərmək həyati əhəmiyyət kəsb edir.

Bu məqsədlə Masallı şəhərində 5 il əvvəl Bioloji Təbabət Klinikası yaradılmışdır və klinika eyni zamanda ətraf rayon və şəhərlərin əhalisini də peşəkar tibbi xidmətlə təmin etmək baxımından  şəhər səhiyyəsinə böyük töhfələr verir.
Əvvəla, Bioloji Təbabət Klinikası şəhərimizin səhiyyə sisteminə gətirdiyi innovativ və müasir yanaşmaları ilə tanınır. Tibbi xidmətlərin dünya səhiyyəsində texnoloji nailiyyətləri izləyərək beynəlxalq standartlara cavab verən müayinə və müalicə aparatları vasitəsilə göstərilməsi regionda səhiyyə sektorunun inkişafına mühüm təkan vermişdir. Klinikada peşəkar yerli və əcnəbi həkim, həmçinin orta tibb heyətinin iş birliyi xroniki, autoimmun və cərrahi müdaxiləyə ehtiyacı olan pasiyentlərin effektli və kompleks müalicə alaraq sağlamlıqlarına qovuşmaqlarına imkan yaradır.

Qeyd edək ki, Bioloji Təbabət Klinikasında İnteqrativ Tibb metodları ilə həyata keçirilən çoxistiqamətli müalicə üsulları sayəsində pasiyentlər yalnız illərlə onları narahat edən sağlamlıq problemlərindən deyil, həm də həyat tərzlərinə, iş qabiliyyətlərinə mənfi təsir göstərən emosional və psixoloji gərginlikdən də xilas olurlar. Kompleks şəkildə aparılan belə tibbi xidmət növü artıq Azərbaycanın səhiyyə sistemi üçün təqdirəlayiq bir təcrübəyə çevrilib.

Bioloji Təbabət Klinikasının əhalinin sağlamlığı keşiyində 
dayanmaq kimi şərəfli  missiyası sosialyönümlü layihələrin icrası ilə paralel şəkildə davam etdirilir. 2-ci Qarabağ müharibəsi dönəmində Klinika tərəfindən təşəbbüslə həyata keçirilən hospital fəaliyyəti, məktəblərdə, digər kollektivlərdə keçirilən tibbi maarifləndirmə kampaniyaları və ictimai sağlamlıqla bağlı tədbirləri daha sağlam cəmiyyətin yaradılmasına böyük töhfədir. 

Klinika həmçinin, son iki ildə İcbari Tibbi Sığorta xətti ilə ümumi cərrahiyyə, beyin və onurğa,  travmatoloji və uroloji, eləcə də üz-çənə cərrahiyyəsi, nevroloji və diaqnostik müayinər həyata keçirməklə nəinki Masallı şəhərinə, ümumilikdə cənub regionuna peşəkar tibbi xidmət göstərir.
Bioloji Təbabət Klinikasının son 5 ildə müayinə, müalicə, cərrahi müdaxilə və təcili tibbi yardım sahəsində əldə etdiyi bu uğurlardan Masallı şəhəri ilə yanaşı ətraf şəhər və rayonların əhalisi də faydalanmışdır.

Özəl klinikanın 5 illik yubileyində bu böyük nailiyyətlərə şahidlik edirik. İnanırıq ki, Masallı şəhəri gələcəkdə də səhiyyə sahəsində növbəti addımlar ataraq səhiyyə xidmətlərinin inkişafına öz töhfəsini verməyə davam edəcəkdir.



"Yeni həyat" qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад