• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallı RİH başçısının Qızılağac ərazisində səyyar görüş-qəbulu

    Masallı RİH başçısının Qızılağac ərazisində səyyar görüş-qəbulu


    Masallı RİH başçısının Qızılağac ərazisində səyyar görüş-qəbulu
     
    İmkan və resurslar var, istifadə ediləcək

    Kənddə daxili imkanlar hesabına əsaslı təmir olunmuş müasir uşaq bağçasının akt zalında keçirilən səyyar qəbulu giriş sözü ilə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov açıb.
    O, qəbula toplaşaların diqqətini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Masallıya səfərinə cəlb etmiş, göstərmişdir ki, ölkə rəhbəri rayon üçün önəmli olan bir sıra obyektlərin açılışında iştirak etmiş, iqtisadiyyatın inkişafı, abadlıq-quruculuq istiqamətində məsləhət və tövsiyələr vermişdir. Ölkə rəhbərinin göstərişləri masallıların fəaliyyət proqamıdır. Belə ki, Masallıda təhsil, səhiyyə obyektlərindən tutmuş əsas infrastruktur layihələr uğurla həllini tapır.
    Yeni istifadəyə verilən regional Sənaye Məhəlləsi insanların məşğulluğu üçün önəmli rol oynayır, rayonda sənayenin inkişafına təkan verir. Xalçaçılıq sexinin yaradılması yun qəbulu məntəqəsinin açılması üçün zəruri olacaqdır.
    Yayda əkinlərin suvarılmasında yaranan çətinlik bu sahədə mövcud imkanların axtarılmasını gündəmə gətrir. Belə ki, Viləş dəryaçasının II növbəsinin tikintisi 20 min hektar əkin sahəsinin suvarılmasını təmin edəcəkdir. Yerli resurslar olaraq rayonun ayrı-ayrı kəndlərində 37 sututar müəyyən bərpa işləri aparmaqla 2 min hektar torpağı suvarmaq olar.
    -Bu gün ölkə rəhbərinin rayonumuza gəlişinin xoş məramlarını yaşayırıq-deyən natiq bunu gündəlik həyat tərzimizin səviyyəsi ilə əlaqələndirdi. Bildirdi ki, rayon əhalisinin 97 faizindən çoxu təbii qazdan istifadə edir, daimi elektrik var. Respublikada ilk rayonlar sırasında Masallıda da elektrik təsərrüfatı yenilənir. Daha güclü transformatorlar qurulub. SİP kabelləşmə işləri görülür.
    Rayonda bir sıra infrastruktur layihələrin uğurlu həllindən danışan sözçü bildirib ki, cənab Prezidentin tapşırığı ilə Masallının kəndlərinə su çəkilişi davam edir. Bu il 5 kənddə bulaqlar qurulub, içməli su veriləcəkdir.
    Rayonda aqrar sahənin inkişafından geniş danışan natiq bu istiqamətdə yüksək əkinçilik mədəniyyətinin yaradılmasının, ən müasir texnikanın tətbiqinin, bazarın diktəsinə uyğun məhsul yetişdirməyin, bütün əkinçilik vəsaitlərindən istifadə edərək hər hektardan götürülən qazancın artmasıistiqamətində tövsiyələr verdi.
    Təsərrüfatı təhlil edən, hər hektar taxılın çəltiklə, tərəvəzlə müqayisəsini verən rayon rəhbəri Qızılağacda son illərdə ən müasir əkinçilik metodları üzərində qurulan tərəvəzçiliyin yaradıldığını, burada yüzlərlə insanın məşğulluğunun təmin olunduğunu nəzərə çatdırdı. Kooperasiya şəklində birləşməyin üstünlüklərini izah etdi.
    Masallıda torpağa qayıdış var: 18 min hektar sahə əkilib. Bu istiqamətdə ayrı-ayrı kəndlərin təcrübəsindən bəhrələnmək olar.
    Natiq rayonun sənaye potensialından geniş danışdı. Göstərdi ki, Sənaye Məhəlləsindəki 31 müəssisənin bu inkişafda rolu böyükdür.
    İnsanların məşğuliyyətini təmin edən, iqtisadiyyatın, inkişafımızın komponentlərindən olan üçüncü sahənin turizm olduğunu bildirən natiq onun tərəqqisindən danışdı. Beynəlxalq Turizm şəhərciyi salınması və digər tədbirləri diqqətə çatdırdı.
    Kənddə ailə-məişət məsələləri zəminində baş verən bəzi məqamlara diqqət çəkən natiq belə hallarda ağsaqqalların, nüfuzlu ziyalıların kəsərli sözündən istifadə olunmasını tövsiyə etdi. Bildirdi ki, hər kənddə belə insanlar var və onların aqil nəsihətləri gənc ailələrdə yaranan narazılıqların aradan qaldırılması üçün zəmin ola bilər.
    Diqqəti erkən nikahlar, onların fəsadlarına çəkən sözçü bu istiqamətdə hamını ciddi mübarizəyə çağırdı.
    Kənd sakini Vidadi Fətullayev çıxışında Qızılağacda yaradılan müasir əkinçilik səriştəsinə, texnikaya əsaslanan təsərrüfatlara qayğıya görə minnətdarlıq edib bildirdi ki, bu, ayrı-ayrı həmkəndlilərinə də təsərrüfat yaratmağa, torpaqdan qazanc götürməyə stimul verib.
    İbad Abdullayev və Elçin Abuşovun qaz xidməti ilə bağlı müraciətlərinə münasibət göstərildi, mütəxəssis izahatı dinlənildi, operativ tapşırıq verildi.

    Rəsul RZAYEV,
    “Yeni həyat”,
    www.yeniheyet.az 
     шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    2. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    3. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    4. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    5. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    6. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    7. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    8. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    9. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    10. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    11. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    12. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    13. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    14. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    15. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    16. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    17. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    18. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    19. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    20. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    21. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    22. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    23. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    24. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    25. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    26. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    27. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    28. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    29. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    30. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    31. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    32. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    33. 11:15 DİQQƏT! DİQQƏT!
    34. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    35. 13:51 Masallı rayonunun 95-ci ili
    36. 13:48 Masallı rayon İcra Hakimiyyəti başçısının təbriki
    37. 17:16 Masallıda rayon rəhbərinin 07 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    38. 17:33 Masallının Şıxlar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 06.08.2025
    39. 17:30 Masallının Şıxlar kəndində 06 avqust 2025-ci il tarixdə səyyar qəbul
    40. 21:47 Elçinə ağı - Xalq yazıçısı Anar yazır
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ