• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Kalinovkada səyyar qəbul: Sosial problemlərin həll olunduğu kənd

    Kalinovkada səyyar qəbul: Sosial problemlərin həll olunduğu kənd

     
    Kalinovkada səyyar qəbul: Sosial problemlərin həll olunduğu kənd 
     
    Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun Kalinovka ərazisində keçirilən səyyar qəbulunda kənddə bir sıra sosial layihələrin həlli, keçən görüşlərdə irəli sürülən təkliflərin yerinə yetirilməsi, aqrar sahənin inkişafı ilə əlaqədar  ölkə rəhbərinin qərar və sərəncamlarının həyata keçirilməsi istiqamətində görülən tədbirlərdən danışıldı.
    Kənd orta məktəbində keçirilən tədbiri giriş sözü ilə açan rayon rəhbəri diqqəti kənddə və rayonda   əhalinin sosial həyat tərzinin, məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərə cəlb edib dedi ki, bunlar bilavasitə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tapşırıqları ilə həyata keçirilmişdir.
    Son illərdə rayonda yeniləşən səhiyyə müəssisələri barədə danışıb bildirdi ki, bunlardan biri də Kalinovka sahə xəstəxanasıdır ki, ərazinin və qonşu kəndlərin sakinlərinə xidmət edir. Xəstəxana əsaslı təmir olunub, yenidən qurulmuş, ən müasir avadanlıqla təchiz olunmuşdur. Masallı Mərkəzi Xəstəxanası da əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilmişdir. Bu gün xəstəxanada dializ şöbəsi fəaliyyətə başlayır.
    Kənddə qaz yanır, fasiləsiz elektrik var. Mədəniyyət evində və uşaq bağçasında təmir işləri aparılıb. Suvarma ilə bağlı problemlər həll olunub. Vaxtilə Viləş çayının daşması nəticəsində sahələrin su basması problemi də həll olunub. Viləş, eləcə də Təklə ərazisindəki çaylar təmizləndiyindən indi problem yaranmır. Rayonun digər ərazilərində də bu və ya digər sosial məsələlər həllini tapıb.
     
    Cənab Prezidentin tapşırığı ilə rayonun əksər kəndlərinin içməli su ilə təchiz olunması nəzərdə tutulub. Layihə həyata keçirilir. Bu il 5 kəndə su verilməsi reallaşacaq.
    Diqqəti aqrar sahənin inkişafı ilə əlaqədar  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qərar və sərəncamlarına, ayrı-ayrı regionlarda keçirilən təsərrüfat müşavirələrinə cəlb edən natiq bu istiqamətdə  qarşıda duran vəzifələrdən geniş danışdı. Bildirdi ki, regionda çəltikçilik, çayçılıq, sitrus və tərəvəzçiliyin inkişafı üçün real imkanlar var. Bu imkanlar, eləcə də ehtiyatlar və resurslar Masallıda da axtarılır. Bu istiqamətdə dövlət maliyyə məsələlərini öhdəyə götürür. Belə ki, Viləşçay dəryaçasının  2-ci növbəsinin tikintisi Dövlət Proqramına daxil edilib. Dəryaça tam istifadəyə verildikdən sonra 20 min hektar torpağın suvarılması mümkün olacaq. Əlavə olaraq rayonda  vaxtilə mövcud olmuş sututarların 30-40-dan istifadə edilsə əkinlərin suvarılmasında problem aradan qalxar.
    Son illərdə rayonda əkinə münasibətin dəyişdiyini bildirən sözçü iqtisadi təhlillər aparıb Qızılağac tarlalarında hər hektardan 50 ton pomidor götürüldüyünü, ildə eyni sahədə 3 dəfə məhsul yetişdirməyin mümkünlüyünü misal gətirdi. Sərfəli təsərrüfat sahələrini taxılla müqayisə edib sual verdi ki, hər hektardan 10-12 min manat gəliri taxılın 300 manatı ilə dəyişmək nə dərəcədə doğrudur?
    “ASAN xidmət”in, Sənaye Məhəlləsinin, mebel fabriki və digər böyük müəssisələrin,  turizmin inkişafındakı tədbirlərin rayonun həyatında önəmli rolundan danışan natiq burada işləyəcək mütəxəssislərin hazırlanmasında orta məktəblərin vəzifələrindən  danışıb, tövsiyələrini verdi.
    Hacı Allahverdi Ağayev rayon rəhbərini sakinlər adından salamlayıb kəndin qazlaşdırılması, məscidə qaz çəkilməsi və sair sosial məsələlərdən danışdı.
    Qurbanəli Məmmədov keçən qəbulda kənd yollarının təmiri ilə əlaqədar  etdiyi müraciətin yerinə yetirdiyini, 11 kilometr kəndarası yola çınqıl döşəndiyini, eyni zamanda xəstəxananın, mədəniyyət evi və uşaq bağçasının təmir edildiyini gündəmə gətirib sakinlər adından Azərbaycan Respublikasının Prezidentinə və rayon rəhbərinə minnətdarlıq etdi.
    Kənd sakini Balaqardaş Rzayev keçən il barama becərdiyini, yaxşı qazanc götürdüyünü bildirdi. Bu il ona daha çox barama verilməsini xahiş etdi.
    Kənd ərazi nümayəndəsi Alim Ələmov bu müraciətin daha 5 sakin tərəfindən edildiyini bildirdi.
    Rayon rəhbəri dedi ki, bu müraciətlər ölkə rəhbərinin aqrar sahənin inkişaf etdirmək çağırışına insanların vətənpərvərlik cavabıdır, onlara kömək və dəstək göstəriləcəkdir.
    Çıxışlarda bildirildi ki, Kalinovka sakinləri cənab Prezidentin daxili və xarici siyasətini dəstəkləyir, onun ətrafında sıx birləşir. Onlar aprelin 11-də keçiriləcək seçkilərdə mütəşəkkillik göstərəcəklər.
    Görüşü rayon icra hakimiyyətinin başçısı cənab Rafil Hüseynov yekunlaşdırdı.

                                                                                                  Rəsul RZAYEV.
                                                                                              Yeni həyat”,
                                                                                         
    www.yeniheyet.az 
     шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    2. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    3. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    4. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    5. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    6. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    7. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    8. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    9. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    10. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    11. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    12. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    13. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    14. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    15. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    16. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    17. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    18. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    19. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    20. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    21. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    22. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    23. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    24. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    25. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    26. 11:15 DİQQƏT! DİQQƏT!
    27. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    28. 13:51 Masallı rayonunun 95-ci ili
    29. 13:48 Masallı rayon İcra Hakimiyyəti başçısının təbriki
    30. 17:16 Masallıda rayon rəhbərinin 07 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    31. 17:33 Masallının Şıxlar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 06.08.2025
    32. 17:30 Masallının Şıxlar kəndində 06 avqust 2025-ci il tarixdə səyyar qəbul
    33. 21:47 Elçinə ağı - Xalq yazıçısı Anar yazır
    34. 15:25 MASALLI RAYONUNUN SOSİAL İQTİSADİ İNKİŞAFININ MAKROİQTİSADİ GÖSTƏRİCİLƏRİ AÇIQLANMIŞDIR - STATİSTİKA
    35. 07:36 Boradigah qəsəbəsində şəhid ailəsi üçün təmir edilən evə baxış keçirilib
    36. 07:35 Rayon rəhbəri Boradigah qəsəbəsində görülən işlərlə tanış oldu
    37. 11:53 Ana dilimiz tarixdən gələn səsimizdir
    38. 23:30 Ana dilimiz tarixdən gələn səsimiz, gələcəyə gedən yolumuzdur
    39. 16:27 Rayon rəhbəri xəstəxanada şəhid ailəsini ziyarət etdi-01.08.2025
    40. 23:30 Prezident İlham Əliyev Azərbaycan dili haqqında
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ