• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » YAP Masallı rayon təşkilatında 2018-ci ilin yekunlarına dair tədbir keçirilib

    YAP Masallı rayon təşkilatında 2018-ci ilin yekunlarına dair tədbir keçirilib

    YAP Masallı rayon təşkilatında 2018-ci ilin yekunlarına dair tədbir keçirilib
     
    Yanvarın 11-də Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı aparatında 2018-ci ilin yekunları və 2019-cu ildə qarşıda duran vəzifələrə həsr olunmuş tədbir keçirilib.
    Tədbiri Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açaraq iştirakçıları salamlayıb, məruzə ilə çıxış edərək bildirib: “Ölkəmiz özünün inkişaf mərhələsinin daha bir uğurlu ilini başa vurdu. Qazanılan müvəffəqiyyətlərdə ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının əməyi vardır. Ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyası həyatımızın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirir. YAP-ın milli maraqlarımıza və ölkəmizin inkişafına xidmət edən fəaliyyəti cəmiyyət tərəfindən daim yüksək dəyərləndirilir. Partiyamızın fəaliyyətində söykəndiyi ideologiya onu daim uğurlara aparır. Ötən müddət ərzində YAP özünün dünənin, bu günün və sabahın partiyası olduğunu bir daha sübut etdi”. Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının cəmiyyətin bütün sahələrini əhatə edən səmərəli fəaliyyətindən bəhs edən Seyfəddin Əliyev əlavə edib ki, YAP sahib olduğu strateji resurslarla Azərbaycan siyasi sisteminin alternativsiz siyasi güc mərkəzidir: “YAP-ın cəmiyyətə təqdim etdiyi dəyərlər, məqsədlər artıq siyasi ənənə kimi səciyyələndirə biləcəyimiz ideoloji tezislər vasitəsilə Azərbaycan xalqı tərəfindən mənimsənilib”.
     
    Seyfəddin Əliyev qeyd edib ki, yola saldığımız 2018-ci il müstəqil respublikamız üçün əlamətdar hadisələrlə yadda qaldı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin yanvarın 10-da keçirilən iclasında 2018-ci ili ölkəmizdə Azərbaycan Xalq Cümhuriyyəti ili elan etmişdir. Yeni Azərbaycan Partiyasının qurucusu və memarı, ümummilli liderimiz Heydər Əliyevin 95 illik yubileyi ölkəmizin hər yerində olduğu kimi Masallı rayonunda da geniş şəkildə qeyd olundu.
    2018-ci ilin növbəti əlamətdar hadisəsi ölkəmizdə keçirilən növbəti prezident seçkiləri olduğunu bildirən Seyfəddin Əliyev diqqətə çatdırıb ki, Azərbaycan seçicilərinin böyük əksəriyyəti bu seçkilərdə fəal iştirak etdi və 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi İlham Heydər oğlu Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi.
    Sonra YAP Masallı rayon təşkilatının fəaliyyətindən danışan sözçü siyasi həmfikirlərinin rayonun inkişafındakı rolundan bəhs edib, partiya üzvlərinin ölkənin qüdrətlənməsi yolunda möhtərəm Prezidentimizin ətrafında sıx birləşməsini gündəmə gətirib. O, qeyd edib ki, YAP Masallı rayon təşkilatı 11266 partiya üzvünü özündə birləşdirir. Onlardan 3391-i qadınlar, 3223-ü isə gənclərdir. Təkcə 2018-cı ildə 252 nəfər ərizə ilə müraciət edərək partiyanın sıralarına qəbul olub ki, onlardan 11-ini qadınlar, 167-sini gənclər təşkil edib. Ümumi tərkibdə partiya üzvlərinin 3470 nəfəri ali, 2117 nəfəri orta ixtisas təhsillidir.
    2018-ci il ərzində YAP Masallı rayon təşkilatı özündə birləşdirdiyi ərazi ilk partiya təşkilatlarının sayını artıraraq ilk təşkilatların sayını 106-ya çatdırmışdır.
    Natiq 2019-cu ildə təşkilatın qarşısında duran əsas vəzifələri də tədbir iştirakçılarının diqqətinə çatdırıb.
    Bədəlan ərazi ilk partiya təşkilatının sədri Arif Mehtiyev, “Dəfinə” məktəb-liseyi ərazi ilk partiya təşkilatının sədri Taleh Əkbərov, Türkoba ərazi ilk partiya təşkilatının sədri Leyla Əzizova və başqaları çıxışlarında ölkədə, eləcə də, rayonda gedən quruculuq və abadlıq işlərindən söz açıb, Yeni Azərbaycan Partiyasının uğurlarından bəhs ediblər.
    Sonda partiya həyatında yaxından iştirak edən bir qrup fəalıa YAP Masallı rayon təşkilatının Fəxri Fərmanı və qiymətli hədiyyələr verilib, partiya sıralarına yeni daxil olanlara üzvlük vəsiqələri təqdim olunub.
     
    “Yeni həyat”,
    www.yeniheyet.az шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 15:46 Ömrünü Masallının inkişafına həsr edən ata və oğulun  qısa, maraqlı tarixçəsi
    2. 15:36 Masallıda rayon rəhbərinin 18 sentyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    3. 10:38 Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi
    4. 10:34 30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU
    5. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    6. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    7. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    8. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    9. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    10. 12:28 Vətənə xidmətdə keçən ömür
    11. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    12. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    13. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    14. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    15. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    16. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    17. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    18. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    19. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    20. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    21. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    22. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    23. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    24. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    25. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    26. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    27. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    28. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    29. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    30. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    31. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    32. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    33. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    34. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    35. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    36. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    37. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    38. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    39. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    40. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ