• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » YAP Masallı Rayon Təşkilatında 2017-ci ilin yekunlarına dair tədbir keçirilib

    YAP Masallı Rayon Təşkilatında 2017-ci ilin yekunlarına dair tədbir keçirilib

     

    YAP Masallı Rayon Təşkilatında 2017-ci ilin yekunlarına dair tədbir keçirilib


    Yanvarın 16-da Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatı aparatında 2017-ci ilin yekunları və 2018-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş tədbir keçirilmişdir.
    Tədbirdə ərazi ilk partiya təşkilatlarının sədrləri, YAP Masallı Rayon Təşkilatının Gənclər Birliyi, Qadınlar Şurası və YAP fəalları iştirak etmişlər.

    Tədbiri Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev açaraq bildirmişdir ki, ölkəmiz özünün inkişaf mərhələsinin yeni bir uğurlu ilini başa vurdu. Qazanılan bütün müvəffəqiyyətlərdə ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının əməyi vardır. Ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyası həyatımızın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirir. YAP-ın milli maraqlarımıza və ölkəmizin inkişafına xidmət edən fəaliyyəti cəmiyyət tərəfindən daim yüksək dəyərləndirilir. Partiyamızın öz fəaliyyətində söykəndiyi ideologiya onu daim uğurlara aparır. Ötən müddət ərzində YAP özünün dünənin, bu günün və sabahın partiyası olduğunu bir daha sübut etdi.
     
    Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının cəmiyyətin bütün sahələrini əhatə edən səmərəli fəaliyyətindən bəhs edən Seyfəddin Əliyev əlavə edib ki, YAP sahib olduğu strateji resurslarla Azərbaycan siyasi sisteminin alternativsiz siyasi güc mərkəzidir. YAP-ın cəmiyyətə təqdim etdiyi dəyərlər, məqsədlər artıq siyasi ənənə kimi səciyyələndirə biləcəyimiz ideoloji tezislər vasitəsilə Azərbaycan xalqı tərəfindən mənimsənilib.
    S.Əliyev Azərbaycanın Dünya miqyasında multikultralizm, dini, milli tolerantlıq və bir çox sahələr baxımından nümunəvi bir ölkə olduğunu, 2018-ci ilin Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən “Azərbaycan Xalq Cümhuriyyəti” ili elan edilməsinin dərin mənası, böyük tarixi əhəmiyyəti olduğunu qeyd etmişdir.
    Sözçü siyasi həmfikirlərinin rayonun inkişafındakı rolundan bəhs etmiş, partiya üzvlərinin ölkənin qüdrətlənməsi yolunda möhtərəm Prezidentimizin ətrafında sıx birləşməsini gündəmə gətirmişdir. O, qeyd etmişdir ki, YAP Masallı rayon təşkilatı 11025 partiya üzvünü özündə birləşdirir. Onlardan 3282 nəfərini qadınlar, 3115 nəfərini gənclər təşkil edir. Təkcə 2017-cı ildə 443 nəfər ərizə ilə müraciət edərək partiyanın sıralarına qəbul olmuşdur ki, onlardan 176 nəfərini qadınlar, 289 nəfərini isə gənclər təşkil etmişdir. Ümumi tərkibdə partiya üzvlərinin 3422 nəfəri ali təhsilli, 2094-u orta ixtisas təhsillidir.
    2017-cı il ərzində YAP Masallı Rayon Təşkilatı özündə birləşdirdiyi ərazi ilk partiya təşkilatlarının sırasına Tarix- Diyarşünaslıq Muzeyi və "Asan həyat" kompleksi ərazi ilk partiya təşkilatlarını əlavə edərək ilk təşkilatların sayını 105-ə çatdırmışdır.
    Natiq 2018-ci ildə təşkilatın qarşısında duran əsas vəzifələri tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
     
    Bədəlan ərazi ilk partiya təşkilatının sədri Arif Mehtiyev, Mahmudavar ərazi ilk partiya təşkilatının sədri Camaləddin Ağayev, Qadınlar Şurasının sədri Gülşən Xəlilova və başqaları çıxışlarında ölkədə, eləcə də, rayonda gedən quruculuq və abadlıq işlərindən söz açmış, Yeni Azərbaycan Partiyasının uğurlarından bəhs etmişlər.
    Sonda partiya həyatında yaxından iştirak edən bir qrup partiya fəalına YAP Masallı rayon təşkilatının Fəxri Fərmanı və qiymətli hədiyyələr verilmiş, partiya sıralarına yeni daxil olanlara üzvlük vəsiqələri təqdim olunmuşdur.

    Yeni həyat”,
     
    www.yeniheyet.az 
     
     
     
     
     шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 17:07 Mahmudavar kəndində şəhid Ehtiram Abbasov adına küçəyə asfalt örtüyü döşənmişdir
    2. 17:05 Rayon rəhbəri şəhid anasını doğum günü münasibəti ilə evində ziyarət etdi
    3. 16:00 İyulun 4-də Baş prokuror Yardımlı rayonunda vətəndaşları qəbul edəcək
    4. 17:29 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-30 iyun 2025-ci il
    5. 17:28 Masallıda 01-30 iyun 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    6. 17:27 Masallının yollarında təmir işləri davam etdirilir 01-30 iyun 2025
    7. 17:25 Masallıda abadlıq və xeyriyyə işləri 01-30 iyun 2025
    8. 12:40 Masallıda 2025-cü ilin iyul ayına olan səyyar-görüş qəbulları barədə
    9. 09:39 Strateji tərəfdaşlıq əlaqələri
    10. 23:30 “8 Noyabr” elektrik stansiyasının açılışı  enerji siyasətinin yeni mərhələsidir  
    11. 23:30 Elektrik enerjisində stratejik əməkdaşlıq
    12. 18:16 Masallının Çaxırlı ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 25.06.2025
    13. 18:14 Masallının Çaxırlı kəndində 25 iyun 2025-ci il tarixdə səyyar qəbul
    14. 18:08 Masallı rayon İcra Hakimiyyətinə 4 yeni təyinat
    15. 12:49 Sığdaş kəndində ziyarətgah yolu cari təmir olundu
    16. 08:41 Azərbaycan əsgərinin vətənpərvərlik ruhu  
    17. 08:37 Mütəşəkkil ordu böyük tarixi xidmətlərdən biridir
    18. 23:30 H.Əliyev və  ordu quruculuğu   
    19. 20:06 Masallıda Məhərrəm ayının başlanması ilə əlaqədar ümumrayon tədbiri
    20. 20:02 Masallıda "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş tədbir keçirilib
    21. 19:56 Qalıb Azərbaycan Ordusu
    22. 17:38 Rayon rəhbəri Xəstəxanada şəhid atasını ziyarət etdi
    23. 17:35 Masallının Dövlət qulluqçuları Ulu Öndərin abidəsi önünə gül dəstələri düzdülər
    24. 17:29 Masallıda Dövlət Qulluqçularının Peşə bayramı günü münasibətilə tədbir
    25. 11:29 ŞANLI AZƏRBAYCAN ORDUSU
    26. 11:24 Masallıda dövlət qulluqçularının sayı açıqlanıb - STATİSTİKA
    27. 23:30 26 İyun-Azərbaycan Respublikasının Silahlı Qüvələri Günüdür
    28. 23:30 Azərbaycan ordusu qələbənin, sülhün və suverenliyin dayağıdır
    29. 16:07 Masallı rayon İcra Hakimiyyətinin şöbə müdiri medalla təltif olundu
    30. 10:00 Peşəkar ordumuz
    31. 23:30 Güclü Ordu-Güclü Dövlətin təməlidir
    32. 21:16 Azərbaycan dövlətinin gücü və qüdəti daha da möhkəmlənir
    33. 21:11 Vətənə layiqincə xidmət edən Azərbaycan ordusu!
    34. 21:04 PEŞAKAR AZƏRBAYCAN ORDUSU
    35. 19:02 Ələşrəf Niftiyev 80
    36. 17:26 Masallıda rayon rəhbərinin 19 iyun 2025-ci il tarixli vətəndaş qəbulu
    37. 19:01 Masallının Göyəçöl kəndində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    38. 18:59 Masallının Göyəçöl kəndində 18 iyun 2025-ci il tarixdə səyyar qəbul
    39. 16:54 Masallıda şəhid Zeynal Şahhüseynlinin şəhadətinin 4-cü ildönümü anıldı
    40. 16:52 Rayon rəhbəri Böyük Kolatan kəndində I Qarabağ müharibəsi əlilinin yas mərasimində iştirak etdi
    «    İyul 2025    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    DÜNYA XƏBƏRLƏRİ