• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Prezident İlham Əliyev zəlzələnin baş verdiyi Şamaxıda olub

    Prezident İlham Əliyev zəlzələnin baş verdiyi Şamaxıda olub

      Prezident İlham Əliyev zəlzələnin baş verdiyi Şamaxıda olub

    Yeniheyet.az president.az-a istinadən xəbər verir ki, fevralın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev zəlzələnin baş verdiyi Şamaxı rayonunda olub.
    Dövlətimizin başçısı zəlzələdən zərər çəkən tikililərə baxıb, sakinlərlə söhbət edib.
    Xəbər verildiyi kimi, fevralın 5-6-da Azərbaycan ərazisində yeraltı təkanlar qeydə alınıb. Fevralın 5-də yerli vaxtla saat 23:31-də Pirqulu stansiyasından 11 kilometr cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ olub. Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss edilib. Əsasən dağıntılar Şamaxı rayonunda qeydə alınıb. Fevralın 6-da yerli vaxtla saat 02:34-də Pirqulu stansiyasından 8 kilometr cənub-qərbdə - İsmayıllı rayonu ərazisində 3 bal gücündə zəlzələ baş verib. Daha bir yeraltı təkan yerli vaxtla saat 04:25-də qeydə alınıb. Hadisə nəticəsində xəsarət alanlara təcili tibbi yardım göstərilib və onlar evə buraxılıb, insan tələfatı qeydə alınmayıb.
    Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov dövlətimizin başçısına fevralın 5-də və 6-da təbii fəlakətin törətdiyi fəsadlar barədə yerində məlumat verdilər.
    Şamaxı şəhərinin Salman Mümtaz küçəsində Rasim Həsənova məxsus 33 nömrəli evə baş çəkən Prezident İlham Əliyevə məlumat verildi ki, ikimərtəbəli, beş otaqlı evin iki otağı tamamilə dağılıb, ev qəzalı vəziyyətə düşüb.
    Evin ağbirçəyi: Xoş gəlmisiniz, Allah Sizi var eləsin. Çox sağ olun, Sizdən çox razıyıq.
    Prezident İlham ƏLİYEV: Sağ olun. Yeni ev tikiləcək, narahat olmayın.
    Qadın sakin: Başına dönərəm, Allah Sizə uzun ömür, cansağlığı versin, ailənizlə xoşbəxt olasınız. Allah o bir oğlunuzu gözünüzə çıraq eləsin. Nə yaxşı ki varsınız. Biz Sizinlə qürur duyuruq.
    Prezident İlham ƏLİYEV: Çox sağ olun. Biz evləri bərpa edəcəyik, yenidən tikəcəyik, müvafiq göstəriş verilmişdir. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları dünəndən Şamaxıdadırlar, yaxşı işləyirlər. Bütün müraciətlər nəzərə alınır, evlərə baxış keçirilir. Harada ki, bərpa etmək mümkündür, bərpa olunacaq. Harada ki, mümkün deyil, yeni ev tikiləcək. Dövlət bu işi öz üzərinə götürür. Əlbəttə, məncə bu evin bərpası mümkün deyil. Ev tikilənə qədər hansı kömək göstəriləcək?
    Fövqəladə hallar naziri Kəmaləddin HEYDƏROV: Cənab Prezident, kimin imkanı, həyətində başqa bir yeri var orada məskunlaşıb, qalanlarını rayon icra hakimiyyəti ilə birgə müvəqqəti yerləşdiririk. Sizin tapşırığınızla, cənab Prezident, artıq dünəndən 73 evə baxış keçirilib. Bunlardan hələlik 26-sının qəzalı olduğu müəyyənləşdirilib, amma müraciətlərin sayı çoxdur, 750 müraciət olunub. On komissiya Şamaxı rayonunda, iki komissiya Ağsu rayonunda, iki komissiya isə İsmayıllı rayonunda işləyir. Komissiyaların sayını artıracağıq ki, Sizin tapşırığınızı daha tez icra edək.
    Prezident İlham ƏLİYEV: Tezliklə bu ev yenidən tikiləcək. Müvəqqəti olaraq bütün lazımi kömək göstərilməlidir, tapşırıqlar verilib. Yəni, siz narahat olmayın.
    Qadın sakin: Allah işinizi avand eləsin. Sağ olun.
    Sonra Prezident İlham Əliyev Vidadi Məmmədov küçəsində Mailə Quliyevaya məxsus 7 nömrəli evdə oldu. Bu evin bir otağının divarı zəlzələ nəticəsində tam dağılıb və ev qəzalı vəziyyətə düşüb.
    Qəzalı evlərdən biri də Səttar Bəhlulzadə küçəsində Vüqar Teyfurova məxsus 10 nömrəli evdir. Birmərtəbəli kürsülü evin otaqlarından biri tamamilə dağılıb. Evə dəymiş ziyanla tanış olan Prezident İlham Əliyev sakinlərlə söhbət etdi.
    Sakinlər: Xoş gəlmisiniz, cənab Prezident. Dar gündə dadımıza çatdınız. Allah canınızı sağ eləsin.
    Sakin Xatirə RƏHİMZADƏ: Cənab Prezident, bir daha xoş gəlmisiniz. Biz Sizin gələcəyinizə inanırdıq. Çünki həmişə xalqının ağır günündə onun yanında olan, xalqına dəstək olan Prezidentin bu təbii fəlakət zamanı şamaxılıların yanında olacağına çox-çox inanırdıq. Nə yaxşı ki, varsınız. Xalqa göstərdiyiniz dəstəyə, köməyə görə Sizə həmişə minnətdarıq, “Çox sağ olun!” deyirik. Nə yaxşı ki, bizim Prezidentimizsiniz. Biz Sizinlə fəxr edirik. Həmişə Sizin yanınızdayıq. Həmişə Sizə inanırıq. Azərbaycanın gələcəyinin etibarlı əldə olduğuna inanırıq və biz bunu görürük. Bu gün bir daha bunun sübutudur. Çox sağ olun ki, gəlmisiniz.
    Prezident İlham ƏLİYEV: Sağ olun, təşəkkür edirəm. Siz bilirsiniz ki, mən Şamaxıda tez-tez oluram. Dəfələrlə olmuşam. Burada yaxşı tədbirlərdə bərabər iştirak etmişik, infrastruktur layihələrinin, sosial obyektlərin, kənd təsərrüfatı obyektlərinin açılışlarında olmuşuq. Şamaxının inkişafı daim diqqət mərkəzindədir. Təbii ki, belə hadisə baş verəndə mən mütləq burada, yanınızda olmalı idim ki, ilk növbədə, sizə öz dəstəyimi göstərim, digər tərəfdən, vəziyyətlə tanış olum. Dağıntılar var, xoşbəxtlikdən insan ölümü olmayıb. Onu da bildirməliyəm ki, bütün qəzalı evlər qısa müddət ərzində ya bərpa ediləcək, ya da yenidən tikiləcək. Komissiya işləyir, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları dünəndən buradadır, yerli icra hakimiyyəti də işləyir. Hələ ki, bu vəziyyətdən əziyyət çəkən vətəndaşların məskunlaşması ilə bağlı məşğuldurlar. Eyni zamanda, tezliklə bu evlərin bərpası, yenidən tikilməsi nəzərdə tutulur. Müvafiq Sərəncam imzalanacaq, Prezidentin ehtiyat fondundan vəsait ayrılacaq. İndi yüzlərlə müraciət var. Mənə verilən məlumata görə, hələ ki, 70-dən çox müraciətə baxılıb və müvafiq aktlar tərtib edilib. Bu aktlar əsasında bütün təmir-bərpa işləri aparılacaq. Vətəndaşlar narahat olmasınlar. Azərbaycan dövləti həmişə öz vətəndaşının yanındadır.
    Sakinlər: Çox sağ olun. Biz də Sizi dəstəkləyirik, hamımız Sizin arxanızdayıq, Sizə güvənirik.
    Xatirə RƏHİMZADƏ: Biz bu dəstəyi gördük. Bu dəstəyi Sizdən və Mehriban xanımdan gördük. Bizim minnətdarlığımızı Mehriban xanıma çatdırmağı xahiş edirik. Könüllüləri göndərdi, çox böyük dəstək oldu. Nazir də, rayon rəhbəri də bütün gecəni burada idilər. Çox sağ olsunlar.
    Xanlar RƏHİMZADƏ: Ona görə də əhali tam sakit oldu, cənab Prezident. Yerli hakimiyyətin nümayəndələri gecəyarısı bütün evləri gəzirdilər. Hamısı yanımızda idi. Ona görə də heç bir narahatlıq yoxdur.
    Xatirə RƏHİMZADƏ: Sağ olun ki, varsınız. Biz Sizə arxalanırıq. Xalqı bu qədər sevirsiniz. Sağ olun ki, xalqa bu qədər dəstəksiniz. Dəstəyinizə görə minnətdarıq. Sizinlə qürur duyuruq. Prezidentimizin belə qayğıkeşliyi, xalqa xidməti ilə çox qürur duyuruq. Azərbaycan etibarlı əllərdədir.
    Prezident İlham ƏLİYEV: Çox sağ olun. Mən də sizinlə qürur duyuram ki, hətta belə ağır günlərdə nikbinliklə yaşayırsınız və inanırsınız ki, Azərbaycan dövləti, Azərbaycan hakimiyyəti həmişə sizin arxanızdadır. Bütün dövrlərdə belə olub, bundan sonra da belə olacaq. Həm könüllülərin, həm yerli icra orqanlarının, Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının - bunların bir amalı var: vətəndaşlara kömək etmək. Mən hesab edirəm ki, bərpa işləri tezliklə başlamalıdır. Vəsait də ayrılacaq.
    Kəmaləddin HEYDƏROV: Cənab Prezident, artıq layihələr var. Həm Zaqatala zonasındakı zəlzələdən, həm də Kür-Araz bölgəsindəki daşqından hazır layihələrimiz var. Ona görə də Sizin tapşırığınızla təcili olaraq bu işlərə başlanacaq.
    Prezident İlham ƏLİYEV: Bəli, təbii fəlakət olur. Bir neçə il bundan əvvəl Zaqatala, Qax rayonlarında zəlzələ oldu, orada minlərlə ev dağılmışdı. Biz o zəlzələnin fəsadlarını aradan qaldırdıq. Bir neçə il bundan əvvəl daşqın olmuşdu, minlərlə evi su basmışdı. Orada da lazımi tədbirlər görülmüşdü. Bütün evlər dövlət vəsaiti hesabına yenidən tikildi, bərpa edildi. Ona görə biz bu zəlzələnin fəsadlarını da tezliklə aradan qaldıracağıq. Mən gəlmişəm bunu sizə şəxsən deyim ki, vətəndaşlar tam əmin olsunlar, bütün lazımi işlər görüləcək.
    Sakinlər: Çox sağ olun. Minnətdarıq. Sizə cansağlığı, işlərinizdə müvəffəqiyyətlər arzulayırıq, cənab Prezident, Allah Sizi qorusun.
    Prezident İlham ƏLİYEV: Çox sağ olun. Sizə də cansağlığı, uğurlar arzulayıram. Bizim hələ görüşlərimiz çox olacaq. Çünki Şamaxı rayonunda bundan sonra da gözəl işlər görüləcək.
    Xanlar RƏHİMZADƏ: İnşallah. Sizə inanırıq. Sizin siyasətiniz sayəsində gələcəyimiz daha yaxşı, nurlu olacaq. Təşəkkür edirik.
    Prezident İlham ƏLİYEV: Sağ olun.



     
     
     шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:37 Dil - insanları birləşdirən ünsiyyət vasitəsidir
    2. 15:46 Masallı DAİM-də dəyirmi masa
    3. 16:17 Masallıda kartofçuluq və taxılçılıqla bağlı müşavirə
    4. 17:53 Rayonun Çayqıraq kəndinin yolu təmir edilir
    5. 17:50 Masallıda şəhid Sübhan Həsənovun doğum günü anılıb
    6. 15:28 Masallıda rayon rəhbərinin şəhid ailələri ilə növbəti görüşü-25.07.2025
    7. 13:37 Masallıda 2025-cü ilin avqust ayına olan səyyar-görüş qəbulları barədə
    8. 17:30 Masallıda “II Regional Gənclər Festivalı” keçirilmişdir
    9. 10:45 Masallıda rayon rəhbərinin 24 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    10. 19:34 Prezident İlham Əliyevin 3-cü Beynəlxalq Media Forumundakı Çıxışı: Yeni Reallıqlar və Qlobal Media Perspektivi
    11. 16:35 III  Şuşa Qlobal Media Forumu təkcə regional deyil, eyni zamanda, beynəlxalq əhəmiyyət daşıyan bir platforma kimi çıxış etdi
    12. 15:10 Masallının Yeyənkənd kəndində 23 iyul 2025-ci il tarixdə səyyar qəbul
    13. 15:05 Masallının Yeyənkənd ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 23.07.2025
    14. 11:05 III Şuşa Qlobal Media Forumu Qlobal baxışların kəsişdiyi strateji platformadır
    15. 23:30 Azərbaycan sağlam əməkdaşlığa hər zaman açıq olub
    16. 15:10 Masallıda 2025-ci ildə kartof məhsuldarlığı
    17. 14:36 Milli Mətbuat Günü ilə bağlı dəyirmi masa - MASALLIDA
    18. 13:58 Masallıda “Maariflənmə, müasirləşmə, ümummilli məqsədlərin təbliğində milli mətbuat və jurnalistikanın rolu” mövzusunda tədbir
    19. 12:03 Azərbaycan milli mətbuatının 150 illik yubileyidir
    20. 23:00 Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda çıxış etmişdir
    21. 17:30 Azərbaycan milli mətbuatının 150 illik yolu
    22. 23:30 22 İyul Milli Mətbuat Günü ilə əlaqədar
    23. 23:30 22 iyul Milli Mətbuat günü
    24. 10:06 Qəzet dövlət arxivi, dövlətçilik tarixidir
    25. 23:00 22 iyul Milli Mətbuat Günü 
    26. 16:16 AZƏRBAYCAN MƏTBUATI TARİXƏ İZ SALIB
    27. 15:48 Sığdaş kəndində əhalinin içməli su ilə təminatı yaxşılaşdırılır
    28. 14:18 Masallıda Mənzil Kommunal Təsərrüfatı İstehsalat birliyi tərəfindən genişmiqyaslı abadlıq işləri 
    29. 11:06 Azərbaycan mətbuatı – 150
    30. 09:05 Azərbaycan Milli mətbuatının davamlı inkişafı
    31. 18:19 150 yaşlı milli mətbuatımız və biz
    32. 16:47 Boradigah qəsəbəsində çay və suaparıcı kanallarda təmizlik işləri aparılır 
    33. 16:45 Rayonun Xıl-Sirəbil yolu təmir edilir
    34. 16:43 Masallı rayonunun Şərəfə kəndində mühüm infrastruktur yeniliklər
    35. 15:15 Masallıda rayon rəhbərinin 17 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    36. 22:16 Masallıda rayon rəhbəri Dəmirçi kənd məscidində aparılan əsaslı təmir işləri ilə tanış oldu
    37. 14:57 Masallının Bədəlan ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 16.07.2025
    38. 12:51 Masallının Bədəlan ərazisinin Aşurlu kəndində 16 iyul 2025-ci il tarixdə səyyar qəbul
    39. 12:47 Masallı rayon İcra Hakimiyyətinə baş məsləhətçi təyinatı
    40. 16:13 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 iyul 2025-ci il
    «    İyul 2025    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    DÜNYA XƏBƏRLƏRİ