• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda Aprel şəhidi Firdovsi Bağırzadənin anım mərasimi keçirilib

    Masallıda Aprel şəhidi Firdovsi Bağırzadənin anım mərasimi keçirilib

    Masallıda Aprel şəhidi Firdovsi Bağırzadənin anım mərasimi keçirilib

    Aprelin 9-da Masallı rayonunun Güllütəpə kəndində rayon ictimaiyyəti nümayəndələri aprel döyüşlərində şəhid olan Firdovsi Bağırzadənin xatirəsini ehtiramla yad ediblər.
    Aprel döyüşlərində şəhid olmuş Firdovsi Bağırzadənin doğulub boya-başa çatdığı Güllütəpə kəndində keçirilən anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin, təhsil şöbəsinin, SHXÇDX rayon şöbəsinin məsul işçiləri, Milli Məclisin deputatı Musa Qasımlı, şəhid anaları, Firdovsi Bağırzadənin doğmaları, rayon ictimaiyyətinin nümayəndələri, ağsaqqal və ziyalılar, kənd sakinləri, müəllim və şagirdlər , KİV nümayəndələri iştirak ediblər.
    Azərbaycan Dövlət himni səsləndirilib .
    Kənd tam orta məktəbində keçirilən mərasimdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
    Tədbirdə çıxış edən Güllütəpə kənd ağsaqqallar şurasının sədri Məmmədəli Əlinağıyev aprel döyüşlərində erməni işğalçılarının cəbhədə törətdikləri təxribatlara Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan, hərbçilərimizin döyüş meydanında göstərdiyi şücaətdən və qazanılan qələbənin əhəmiyyətindən danışıb. Güllütəpə kəndindəki mərkəzi küçəyə şəhid Firdovsi Bağırzadənin adı verilib.
    Milli Məclisin deputatı Musa Qasımlı bildirib ki, Firdovsi Bağırzadə şəhadətə qovuşana qədər bu kəndin oğlu idi, ancaq burada tanınırdı. İndi isə o, bütün ölkənin övladıdır. Hər yerdə şücaəti, igidliyi, cəsarəti, Vətənə sədaqəti ilə tanınır. Şəhidlər müqəddəsdirlər. Çünki, torpaq uğrunda qan tökülməsə, Vətən olmaz. Odur ki, belə oğullara şəhid demək olmaz. Onlar həmişə yaşayacaqlar. İndi güclü Ordumuz var. Bu Ordu ermənilər hücuma keçəndən yarım saat sonra onları geri otuzdurub, neçə-neçə yüksəkliyi düşmənin əlindən aldı. Bu Ordu cənab Prezidentimiz İlham Əliyevin uzaqgörən siyasəti sayəsində yaranıb və gündən-günə qüdrətlənir. Bu gün bizim vəzifəmiz ölkəmizdəki sabitliyi, əmin-amanlığı qorumaqda möhtərəm Prezidentə kömək etməkdir. Çünki, sabitlik, əmin-amanlıq olmayan ölkədə inkişaf olmaz.
    Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova tədbir iştirakçılarına rayon rəhbəri cənab Rafil Hüseynovun salamını çatdırıb, tədbirdən əvvəl şəhidin anası Sehranə İbrahimovaya başçəkdiyini bildirib. Rayon rəsmisi dövlətçiliyimiz, müstəqilliyimiz, Vətənimiz uğrunda canını qurban verənlərin, doğma xalqına sədaqət nümunəsi göstərənlərin heç vaxt unudulmayacağını gündəmə gətirib.
    SHXÇDX rayon şöbəsinin nümayəndəsi Babək Hacıyev, rayon təhsil şöbəsi müdirinin müavini Samit İslamov, Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva və başqaları şəhid Firdovsi Bağırzadənin göstərdiyi qəhrəmanlıqdan, ordumuzun cəbhədəki uğurlarından söz açıblar. Qeyd edilib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimiz kimi Firdovsi Bağırzadənin də əziz xatirəsi daim qəlbimizdə yaşayacaq.
    Sonra məktəblilər Vətənə, şəhidlərimizə həsr olunan şeirlər söyləyib, Firdovsi Bağırzadəyə həsr edilmiş ədəbi-bədii kompazisya göstəriblər.
    Aprel şəhidi Firdovsi Bağırzadənin dayısı Ağamir İbrahimov anım gününə görə rayon rəhbərliyinə, tədbir iştirakçılarına və məktəb kollektivinə minnətdarliq bildirdi.
    Tədbir iştirakçıları şəhidin məzarını ziyarət edib, qərənfillər qoyublar.
    Şəhidin ruhuna dualar oxunub.
     







     
    “Yeni həyat”,
    www.yeniheyet.az 
     
     шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    2. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    3. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    4. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    5. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    6. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    7. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    8. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    9. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    10. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    11. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    12. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    13. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    14. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    15. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    16. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    17. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    18. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    19. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    20. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    21. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    22. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    23. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    24. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    25. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    26. 11:15 DİQQƏT! DİQQƏT!
    27. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    28. 13:51 Masallı rayonunun 95-ci ili
    29. 13:48 Masallı rayon İcra Hakimiyyəti başçısının təbriki
    30. 17:16 Masallıda rayon rəhbərinin 07 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    31. 17:33 Masallının Şıxlar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 06.08.2025
    32. 17:30 Masallının Şıxlar kəndində 06 avqust 2025-ci il tarixdə səyyar qəbul
    33. 21:47 Elçinə ağı - Xalq yazıçısı Anar yazır
    34. 15:25 MASALLI RAYONUNUN SOSİAL İQTİSADİ İNKİŞAFININ MAKROİQTİSADİ GÖSTƏRİCİLƏRİ AÇIQLANMIŞDIR - STATİSTİKA
    35. 07:36 Boradigah qəsəbəsində şəhid ailəsi üçün təmir edilən evə baxış keçirilib
    36. 07:35 Rayon rəhbəri Boradigah qəsəbəsində görülən işlərlə tanış oldu
    37. 11:53 Ana dilimiz tarixdən gələn səsimizdir
    38. 23:30 Ana dilimiz tarixdən gələn səsimiz, gələcəyə gedən yolumuzdur
    39. 16:27 Rayon rəhbəri xəstəxanada şəhid ailəsini ziyarət etdi-01.08.2025
    40. 23:30 Prezident İlham Əliyev Azərbaycan dili haqqında
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ