• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Milli mətbuat – milli düşüncə

    Milli mətbuat – milli düşüncə

    Milli mətbuat – milli düşüncə

     Mən həmişə çalışmışam və çalışıram ki, jurnalistlərə öz dəstəyimi göstərim. Mənim jurnalistlərlə çoxsaylı görüşlərim, səmimi söhbətlərim bunu göstərir. Xüsusilə jurnalistlər üçün binaların tikilməsi də bu siyasətin bir təzahürüdür. Bu təşəbbüs bir neçə il bundan əvvəl irəli sürülmüşdü, jurnalistlər belə məsələ qaldırmışdılar, mən də buna müsbət reaksiya verdim və nəticə etibarilə artıq biz burada ikinci binanın açılışını qeyd edirik. Xatırlayıram, 4 il bundan əvvəl birinci binanın açılışında mən demişdim ki, yəqin gələcəkdə bu əraziyə “Jurnalistlər şəhərciyi” deyiləcək və bu, belə də oldu. Artıq bu gözəl yer “Jurnalistlər şəhərciyi”dir, burada üçüncü bina da tikiləcək. Əlbəttə ki, biz jurnalistlərin məişət problemlərinin həlli üçün gələcəkdə əlavə tədbirlər görəcəyik.
    İlham Əliyev,
    Azərbaycan Respublikasının Prezidenti.

    -----------------------------------------------------------
    ...Lap elə bu günlərdə Azərbaycan mətbuatının 139 yaşı tamam olacaq. Həsən bəy Zərdabinin fədakarlığı sayəsində mətbuatımızın tarixi XIX əsrdə başladı...
    Tarix dahiləri və qəhrəmanları yetişdirir. Həsən bəy isə mətbuat dahisi, qəzet fədaisi idi! Görün hansı dövrdə, necə şəraitdə qəzet yaratmaq niyyətinə düşmüşdü. Həsən bəy heç nədən "Əkinçi"ni yaratdı, mətbuat tariximizin 1875-ci ilin 22 iyulundan başlamasının səbəbkarı oldu. Əqidədaşlarından birinin söylədiyi kimi, "dünyaya ac gəlib, ac getsə" də adı tarixə düşdü və dünya durduqca da yaşayacaqdır...
    Azərbaycan dövləti mətbuatın cəmiyyətdəki roluna mühüm önəm verməklə onun müstəqilləşməsi, habelə mövcud problemlərinin həlli istiqamətində davamlı tədbirlər həyata keçirir. Bu da təsadüfi deyil. Çünki ölkəmizin dünya informasiya məkanına daxil olması və informasiyalı cəmiyyətə keçid şəxsiyyətin, cəmiyyətin və dövlətin informasiyaya olan tələbatının daha dolğun ödənilməsinə, kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşməsinə və müasir dövrün tələblərinə uyğunlaşmasına ehtiyac yaradır. Dövrün tələblərinə uyğun olaraq bu ehtiyacı hiss edən ölkə rəhbərliyi kütləvi informasiya vasitələri ilə dövlət qurumları arasında səmərəli əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, kütləvi informasiya vasitələrinin iqtisadi müstəqilliyinin və jurnalistlərin peşəkarlığının artırılması, vətəndaş cəmiyyəti quruculuğu prosesində onların rolunun gücləndirilməsi məqsədilə mühüm tədbirlər həyata keçirir. Bu gün Azərbaycanda söz və mətbuat azadlığı üçün heç bir maneə və təhlükə yoxdur, jurnalistlər istədikləri mövzunu açıq şəkildə cəmiyyətin diqqətinə çatdıra bilirlər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizdə kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyət göstərməsi, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etmələri üçün bütün zəruri imkanlar yaradıb.
    Ümummilli lider Heydər Əliyev jurnalist əməyini yüksək qiymətləndirirdi. O, deyirdi ki, jurnalist əməyi qeyri-adi əməkdir, olduqca böyük, zəhmətli əməkdir, çox səylər göstərilməsini, hətta cəsurluq, hünər, fədakarlıq tələb edən əməkdir, öz peşəsinə vurgunluq tələb edən əməkdir...
    Ümummilli liderin müstəqil Azərbaycana rəhbərliyi illərində həyata keçirdiyi çoxşaxəli islahatların və bu islahatların son 15 ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsi olaraq bu gün ölkəmizdə söz və mətbuat azadlığı sahəsindəki mövcud vəziyyət qabaqcıl demokratik ölkələrlə müqayisə edilə bilər. Dövlətimizin başçısı respublikada mətbu nəşrlərin sərbəst fəaliyyətinə, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etmələrinə bütün imkanların yaradılmasının təşəbbüskarı, tərəfdarıdır. Qəzetlərin 2001-ci il dekabrın 31-dək olan “Azərbaycan” nəşriyyatına olan 398 min manat məbləğində borcunun dövlət büdcəsindən ödənilməsi, 2005-ci, 2010-cu, 2015-ci illərdə Azərbaycan milli mətbuatının yaranmasının 130, 135 və 140 illik yubileylərinin dövlət səviyyəsində qeyd edilməsi, yubiley münasibətilə Azərbaycan mətbuat işçilərinin təltif edilməsi, fəxri adlar verilməsi, habelə kütləvi informasiya vasitələrinə maliyyə yardımının göstərilməsi jurnalistlərin əməyinə dövlətin yüksək qiymətinin təcəssümüdür. Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında”, eləcə də “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasının təsdiq edilməsi haqqında” sərəncamları isə təsdiqləyir ki, mətbuata göstərilən dövlət qayğısı davamlı və sistemli səciyyə daşıyır. Dövlət başçısının 2009-cu il 3 aprel tarixli “Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında” Sərəncamı da məhz ölkəmizdə kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasında əksini tapmış məsələlərin praktik surətdə gerçəkləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib. Bütün bunları yüksək qiymətləndirən Azərbaycan mətbuatı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi üçüncü dəfə “Jurnalistlərin dostu” elan etdi. “RUH” Jurnalistləri Müdafiə Komitəsi tərəfindən aparılan rəy sorğusunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ən yüksək səs çoxluğu ilə “Jurnalistlərin dostu” seçildi. Mükafatı qəbul edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə mətbuatın inkişafı istiqamətində mühüm addımların atıldığını deyərək vurğulayıb ki, demokratik cəmiyyətin qurulması istiqamətində azad mətbuatın rolu danılmazdır. Azərbaycan jurnalistikası inkişaf edir və cəmiyyətdə çox müsbət rol oynayır. Azərbaycanda bütün azadlıqlar təmin olunur, o cümlədən söz azadlığı və siz jurnalistlər bunu yaxşı bilirsiniz. Azərbaycanda minlərlə mətbuat orqanı var ki, qeydiyyatdan keçib sərbəst fəaliyyət göstərir. Bu gün Azərbaycan jurnalistikası cəmiyyəti narahat edən problemləri üzə çıxarır, çox dəyərli təhlillər aparır və ümumiyyətlə, ölkəmizin inkişafında çox müsbət rol oynayır. Prezident İlham Əliyevin mediaya diqqət və qayğısının nəticəsidir ki, jurnalist peşəsinin ictimai nüfuzu davamlı olaraq atır. Belə ki, jurnalistlərə fəxri adların verilməsi, obyektiv və qərəzsiz prinsiplər əsasında fəaliyyət göstərən media qurumlarının cəmiyyətin ictimai institutu kimi fəaliyyətinin təqdir edilməsi və yüksək səviyyədə qiymətləndirilməsi nəticə etibarilə jurnalist peşəsinin ictimai nüfuzunun artmasına gətirib çıxardı.
    Azərbaycan dövlətinin iqtisadi qüdrəti artdıqca KİV-in və jurnalistlərin problemlərinin həlli istiqamətində xüsusi tədbirlər görüldü. Bunun əyani təzahürüdür ki, jurnalistlərin böyük dostu və hamisi olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mətbuat işçilərinin mənzil probleminin həll edilməsi ilə bağlı Sərəncam verdi. 2013-cü il iyulun 22-də dövlətimizin başçısı jurnalistlər üçün tikilmiş binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak etdi. Həmin gün Prezident İlham Əliyev jurnalistlər üçün inşa edilən ikinci binanın təməlqoyma mərasimində iştirak edib. Bütün bunların nəticəsidir ki, dövlətimizin başçısı həmin il ikinci dəfə “Jurnalistlərin dostu” seçildi. 2015-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev milli mətbuatın 140 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən, Bakıda və respublikamızın bölgələrində milli mətbuatın yaranmasının 140 illiyi ilə əlaqədar çoxsaylı tədbirlər keçirildi. 2016-cı il iyulun 21-də dövlətimizin başçısı Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı ayrılması haqqında Sərəncam imzaladı. Sərəncama əsasən, Azərbaycanda nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı göstərmək üçün 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna bir milyon manat ayrıldı. Prezident İlham Əliyevin həmin gün imzaladığı digər Sərəncama əsasən isə Azərbaycan mətbuat işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması üçün inşa olunan yaşayış binasının tikintisinin davam etdirilməsi məqsədilə 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna üç milyon manat ayrıldı. 2017-ci il iyulun 20-də isə Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş ikinci binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak etdi, dövlətimizin başçısı, həmçinin üçüncü binanın təməlini qoydu. Həmin gün Azərbaycan Prezidentinin Sərəncamı ilə üçüncü binanın tikintisi üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5 milyon manat ayrıldı. Jurnalistlərlə görüşü zamanı Prezident deyib: “Mən həmişə çalışmışam və çalışıram ki, jurnalistlərə öz dəstəyimi göstərim. Mənim jurnalistlərlə çoxsaylı görüşlərim, səmimi söhbətlərim bunu göstərir. Xüsusilə jurnalistlər üçün binaların tikilməsi də bu siyasətin bir təzahürüdür. Bu təşəbbüs bir neçə il bundan əvvəl irəli sürülmüşdü, jurnalistlər belə məsələ qaldırmışdılar, mən də buna müsbət reaksiya verdim və nəticə etibarilə artıq biz burada ikinci binanın açılışını qeyd edirik. Xatırlayıram, 4 il bundan əvvəl birinci binanın açılışında mən demişdim ki, yəqin gələcəkdə bu əraziyə “Jurnalistlər şəhərciyi” deyiləcək və bu, belə də oldu. Artıq bu gözəl yer “Jurnalistlər şəhərciyi”dir, burada üçüncü bina da tikiləcək. Əlbəttə ki, biz jurnalistlərin məişət problemlərinin həlli üçün gələcəkdə əlavə tədbirlər görəcəyik”.
    Azərbaycan dövlətinin azad mətbuatın inkişafında bundan sonra da fəal olacağını vurğulayan dövlətimizin başçısı bildirib ki, jurnalistlər üçün bütün şərait yaradılıb. Bu gün Azərbaycan cəmiyyəti rahat şəraitdə, təhlükəsizlik, sabitlik şəraitində yaşayır. Müasir zamanda bu, özlüyündə bir nailiyyətdir və biz Ana Vətənimizi bütün mümkün olan risklərdən qoruyuruq. Ölkəmizin daxilində demək olar ki, risk mənbələri yoxdur. Xaricdən özümüzü qorumaq üçün kifayət qədər ciddi siyasət aparılır, həm ideoloji sahədə, həm sərhədlərimizin qorunmasında və s. Biz həmişə çalışırıq və belə hesab edirəm ki, buna müvəffəq olmuşuq. Azərbaycan mümkün risklərdən qorunur, Azərbaycan xalqı rahat, sülh şəraitində yaşayır. Buna görə hər birimiz, hər bir azərbaycanlı ölkə rəhbəri cənab İlham Əliyevə minnətdardır. Allah onu qorusun!
    Dünyanın heç bir ölkəsində mətbuata bu səviyyədə diqqət və qayğı tendensiyasına rast gəlinmir. Azərbaycan Prezidentinin mətbuata qayğısının daha bir təzahürü bu il iyulun 16-da Azərbaycanda nəşr olunan qəzetlərə maliyyə yardımının ayrılması haqqında Sərəncam imzalamasıdır.
    Bütün bunlar göstərir ki, Prezident İlham Əliyevin dediyi “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” sözü onun siyasi fəaliyyətini əsas qayəsidir. Azərbaycan Respublikasının Prezidenti verdiyi vədə və sözə həmişə sədaqət nümayiş etdirib. Bir neçə il əvvəl, 24 noyabr 2013-cü il tarixdə Prezident İlham Əliyevə “Jurnalistlərin dostu” mükafatının verilməsi zamanı dövlətimizin başçısı bildirmişdi ki, bizim görüşümüzün bazar gününə təsadüf etməsi də mənim üçün adi iş cədvəlidir. Mənim üçün bazar günləri də iş günüdür. Bu gün hələ bir görüşüm də olacaqdır. Dünən də olubdur. Elə olur ki, mən həftələr ərzində bazar günlərində də işləyirəm. Elə olur ki, istirahət üçün daha çox vaxt olur. Prezidentlərin işi belədir ki, heç bir cədvələ sığmır. Mən ötən bazar gününü Kiyevdə keçirmişəm, ondan sonra Avstriyada. Bakıda qonaqlar olub. Dünən, bu gün, sabah. Həyat davam edir. İş çoxdur. Əgər biz doğrudan da böyük nailiyyətlərə çatmaq istəyiriksə, gərək hamımız fəal işləyək. Əminəm ki, işin nəticələrini görəndə hər bir vətəndaş sevinir. O cümlədən, görəndə ki, media cəmiyyətində də xoş əhval-ruhiyyə var, bu, məni doğrudan da çox sevindirir. Belə də olmalıdır. Bir daha demək istəyirəm ki, siyasi baxışlar müxtəlifdir. Bu, təbiidir. Siyasi mübarizə aparılır, aparılmalıdır. Əlbəttə, mən istərdim ki, bu mübarizə daha çox sivil qaydada aparılsın. Son prezident seçkiləri və ondan sonrakı dövr onu göstərir ki, Azərbaycanda siyasi mədəniyyət artır.
    Media nümayəndələri, iqtidar-müxalifət nümayəndələri də öz aralarında məsələlərini həll etməlidirlər. Biz hamımız Azərbaycan vətəndaşlarıyıq. Hamımızın bir Vətəni vardır – Azərbaycan. Hamımız vətənpərvərik, Vətənimizi sevirik. Ola bilər ki, ölkəmizin inkişafı ilə bağlı müxtəlif fikirlərimiz olsun. Kimsə kimisə istəməyə bilər. Bu da təbiidir. Ancaq biz əsas amallar ətrafında daim bir yerdə olmalıyıq. Bugünkü görüş hesab edirəm ki, onu göstərir. Media məsələlərinin, digər məsələlərin həlli ilə bağlı Azərbaycanda heç bir ayrı-seçkilik yoxdur, ola bilməz. Jurnalistlər üçün mənzillərin verilməsi bir daha bunu göstərdi. O tədbirdən gedəndən sonra mənə dedilər ki, açıq, şəffaf şəkildə püşkatma da oldu. Belə də olmalıdır.
    Mən hesab edirəm ki, bizim belə görüşlərimiz böyük məna daşıyır. Biz görüşürük. Deyə bilmərəm ki, tez-tez görüşürük, amma vaxtaşırı görüşürük. Əminəm ki, bundan sonra da belə görüşlərimiz olacaqdır. Ancaq burada bir problem ola bilər. Gələcəkdə, əgər bundan sonra da mən mediaya dəstəyimi verəcəyəmsə və bunu artıracağamsa istisna edilmir ki, siz məni üçüncü dəfə “Jurnalistlərin dostu” seçəcəksiniz. Bir daha bu mükafata görə Sizə minnətdaram. Sizə cansağlığı, uğurlar arzulayıram...
    Bəli, iqtisadi və siyasi islahatların vəhdətliyi fonunda Azərbaycana beynəlxalq münasibət daha da yüksəlir. Azərbaycan demokratik ölkə kimi nüfuz qazanıb. İnsan hüquqlarının müdafiəsi, azad mətbuatın inkişafı, seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi istiqamətində göstərilən səylərin miqyası genişdir. Əsas olan mövcud reallıqlarımızın ölkə və dünya ictimaiyyətinə yüksək səviyyədə, heç bir qərəzə yol vermədən çatdırmaqdır. Bu halda mətbuatın üzərinə düşən məsuliyyətin böyüklüyü daha aydın görünür. Dövlətimizin başçısı İlham Əliyevin müvafiq Sərəncamı ilə KİV-in İnkişafına Dövlət Dəstəyi Konsepsiyasının təsdiqlənməsi və icrası, sənədə uyğun olaraq Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması, jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində atılan davamlı addımlar və s. dövlətin müstəqil mətbuatın inkişafına verdiyi önəmə işıq salır. Bu diqqət və qayğı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 14 ildə 3 dəfə “Jurnalistlərin dostu” mükafatına layiq görülməsini şərtləndirib.
     
    Əlihüseyn Şükürov.

     
    Yazı Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun Milli mətbuat – milli düşüncə” mövzusundakı müsabiqəyə təqdim olunur.
     шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 12:14 Şirvan kanalının əhəmiyyəti göz önündə olacaqdır
    2. 21:00 Azərbaycan dövləti güclü dövlətdir, öz gücünə, öz imkanlarına arxalanan dövlətdir
    3. 16:22 YAP Masallı Rayon Təşkilatı aparatında ərazi partiya təşkilat sədrləri ilə müşavirə keçirilmişdir
    4. 16:16 Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Masallı Rayon Komitəsinin 2019-2024-cü illərdəki fəaliyyətinə dair hesabat-seçki yığıncağı keçirilib
    5. 23:30 Yenidən qurulacaq Şirvan suvarma kanalı bu sahəyə yeni nəfəs gətirir
    6. 20:10 Şəhid İnqilab Nağıyevin xatirəsi anılıb – Masallıda
    7. 20:05 Masallıda kənd təsərrüfatı istehsalında artım
    8. 20:00 Masallı RİH Başçısı 17.04.2024-cü il tarixdə Lürən ərazisinin sakinləri ilə görüşdü
    9. 19:56 Masallıda ağacəkmə aksiyaları davam etdirilir
    10. 20:27 Masallının 2 məktəblisi ən yüksək bal toplayıb
    11. 14:51 Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi hər kəsə bəlli bir nümunəvi yoldur
    12. 14:35 Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Zərifə əliyeva haqqında xatırələri
    13. 23:30 Akademik Zərifə Əziz qızı Əliyevanın 15 aprel anım günü
    14. 16:14 Nurlu ömür - MASALLIDA TƏDBİR
    15. 12:33 Bu gün akademik Zərifə Əliyevanın anım günüdür
    16. 16:43 Masallı sakinindən 10 kiloqram narkotik aşkarlanıb
    17. 16:28 Masallı RİH Başçısı 09.04.2024-cü il tarixdə Təklə ərazisinin sakinləri ilə görüşdü
    18. 22:30 Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik
    19. 16:07 Masallıda bayram öncəsi yollarda təmir işləri
    20. 16:04 Masallının ərazilərində bayram təmizliyi və abadlıq işləri
    21. 15:31 Masallının ərazilərində bayram təmizliyi və abadlıq işləri
    22. 09:44 Qoşulmama Hərəkatına sədrlik dövründə ölkəmizin ədalət prinsipi
    23. 23:00 Masallıda Ramazan bayramı sovqatı
    24. 21:30 Prezident İlham Əliyevin Konqo Respublikasının Prezidenti Deni Sassu -Nqessunun Azərbaycana rəsmi səfəri ilə əlaqədar bəyənatı
    25. 22:30 Bakı Təşəbbüs Qrupu bu gün dünya miqyasında böyük hörmətə malik olan qurumdur
    26. 16:58 YAP Masallı rayon təşkilatının ərazi partiya təşkilatında növbəti görüşü keçirilib
    27. 16:51 “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası
    28. 21:00 Aprel döyüşlərinin şəhidi Nurlan Bayram oğlu Əsgərlinin 8-ci ildönümü
    29. 16:28 Rayon rəhbərinin 05 aprel 2024-cü il tarixdə növbəti vətəndaş qəbulu
    30. 15:35 “Azərbaycan təhsilinin inkişafında Ulu Öndər Heydər Əliyevin xidmətləri” mövzusunda seminar
    31. 08:41 Şəhid Qəhrəman İsmayılovun doğum günü qeyd olunub
    32. 23:00 Masallıda iftar süfrəsi
    33. 22:00 Masallıda rayon rəhbərinin şəhid ailələri ilə növbəti görüşü
    34. 09:13 “Zəfərə gedən yol” – Masallıda tədbir
    35. 17:06 Azərbaycan Prezidentinə yazırlar
    36. 17:03 Masallıda növbəti ümumrayon ağacəkmə aksiyası
    37. 16:56 Masallı RİH Başçısı 03.04.2024-cü il tarixdə İkinci Yeddioymaq ərazisinin sakinləri ilə görüşdü
    38. 11:42 MASALLIDA YOLLAR TƏMİR OLUNUR
    39. 11:37 Masallıda noxud əkini sahələri genişləndirilir
    40. 11:15 ELAN
    «    Aprel 2024    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ