• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » AQUP üzrə Dövlət Komitəsinin sədr müavini və BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Masallıda

    AQUP üzrə Dövlət Komitəsinin sədr müavini və BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Masallıda

    AQUP üzrə Dövlət Komitəsinin sədr müavini və BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Masallıda 

    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, BMT-nin İnkişaf Proqramının (BMT İP) rezident nümayəndəsi Alessandro Frakassetti hər iki qurumun təşkilatçılığı ilə həyata keçirilən “Kənd qadınlarının sosial və iqtisadi həyatda fəallığının təşviqi” layihəsi çərçivəsində Masallıda səfərdə olublar.
    Əvvəlcə layihə çərçivəsində yaradılmış Masallı Resurs Mərkəzinin keçirdiyi təlimlərdən yararlanan qadınların biznes subyektlərinin monitorinqi keçirilib.
    Monitorinqdə Resurs Mərkəzinin koordinatoru, Qadınların Sosial İnkişafına Dəstək Ictimai Birliyinin sədri Nərgiz Muxtarova da iştirak edib. Nümayəndələr çörəkbişirmə və dulusçuluq sexində olub, biznesi idarə edən qadınlarla görüşüb üzləşdikləri problemlər, bizneslərinin inkişafında qarşılarına çıxan maneələrlə maraqlanıblar.
    Monitorinq başa çatdıqdan sonra biznes təlimlərində iştirak edən və hazırda bizneslərini quran xanımlarla çay süfrəsi ətrafında qeyri-rəsmi görüş keçirilib. Onların fəaliyyəti geniş müzakirə olunaraq müəyyən tövsiyə və məsləhətlər verilib.
    Daha sonra Sədaqət Qəhrəmanova və Alessandro Frakossetti Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovla görüşüb. Görüş zamanı layihə haqqında geniş məlumat verilib, layihə çərçivəsində fəaliyyətin genişləndirilməsi və gələcək planlarla bağlı müzakirələr aparılıb. Görüşdə qadınlara biznes fəaliyyətini genişləndirmələri üçün dəstək göstərilməsi, gənclər üçün peşə ixtisası kurslarının, fiziki məhdudiyyətli insanlar üçün biznesə dəstək və müxtəlif mövzulu təlimlərin keçirilməsi, pandusların qurulması məsələləri ətraflı şəkildə müzakirə edilib. Eyni zamanda, icra hakimiyyəti nəzdində fəaliyyət göstərən Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu da bu tədbirlərə cəlb ediləcək. Bu, öz növbəsində, layihənin sosial yükünü artıraraq erkən nikahların, məişət zorakılığının qarşısını almağa yardım edəcək.
    Qeyd edək ki, “Kənd qadınlarının sosial və iqtisadi həyatda fəallığının təşviqi” layihəsi 2011-ci ildən həyata keçirilir. Layihə çərçivəsində 9 Qadın Resurs Mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlərdən biri olan Masallı Resurs Mərkəzi 2015-ci ildən fəaliyyət göstərir. Az müddətdə fəaliyyətini genişləndirərək qeyri-hökumət təşkilatı kimi qeydiyyatdan keçib.



     
    “Yeni həyat”,
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:55 Azərbaycan Prezidentinə yazırlar
    2. 16:53 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:52 Azərbaycan Prezidentinə yazırlar
    4. 16:49 Azərbaycan Prezidentinə yazırlar
    5. 16:47 Azərbaycan Prezidentinə yazırlar
    6. 16:45 Azərbaycan Prezidentinə yazırlar
    7. 15:46 Ömrünü Masallının inkişafına həsr edən ata və oğulun  qısa, maraqlı tarixçəsi
    8. 15:36 Masallıda rayon rəhbərinin 18 sentyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    9. 10:38 Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi
    10. 10:34 30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU
    11. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    12. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    13. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    14. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    15. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    16. 12:28 Vətənə xidmətdə keçən ömür
    17. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    18. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    19. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    20. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    21. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    22. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    23. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    24. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    25. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    26. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    27. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    28. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    29. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    30. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    31. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    32. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    33. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    34. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    35. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    36. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    37. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    38. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    39. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    40. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ