• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Koronavirus (COVİD-19) infeksiyasına qarşı təmizlik və dezinfeksiya işlərinin aparılması barədə Masallı Rayon İcra Hakimiyyəti başçısının Əmri

    Koronavirus (COVİD-19) infeksiyasına qarşı təmizlik və dezinfeksiya işlərinin aparılması barədə Masallı Rayon İcra Hakimiyyəti başçısının Əmri

    Koronavirus (COVİD-19) infeksiyasına qarşı təmizlik və dezinfeksiya işlərinin aparılması barədə Masallı Rayon İcra Hakimiyyəti başçısının Əmri 

    Masallı şəhəri və rayonun digər yaşayış məntəqələrinin ərazilərində xüsusi karantin rejimi dövrü bitənədək koronavirus (COVİD-19) infeksiyasına qarşı təmizlik və dezinfeksiya işlərinin aparılması barədə

    Koronavirus infeksiyasının yayılması ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya elan olunmuş və dünyanın əksər ölkələri fövqəladə vəziyyət rejiminə keçmişdir. Koronavirus (COVİD-19) infeksiyası ilə bağlı aparılan profilaktik tədbirlərlə əlaqədar Cənab Prezident İlham Əliyevin tapşırıqları və Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri cənab Zeynal Nağdəliyev tərəfindən verilmiş tapşırıqlar ilə bağlı Masallı rayon İcra hakimiyyətinin xüsusi karantin rejimi dövrü bitənədək Koronavirusun yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən təxirəsalınmaz təmizlik və dezinfeksiya işlərinin yerinə yetirilməsinin vacibliyini nəzərə alaraq “Yerli İcra hakimiyyətləri haqqında Əsasnamə”nin 6.8-ci bəndini rəhbər tutaraq
    ƏMR EDİRƏM:
    1. Açıq ərazilər, avtomobil yolları, səkilər, körpülər, avtomobil dayanacaqları, şəhər parkları gündə 1 dəfə təmizlənməli, hər iki gündə bir dəfə dezinfeksiya edilməlidir.
    2. Yaşayış və qeyri-yaşayış binalarının girəcəkləri, pilləkən qəfəsləri, həyətyanı sahələr, tez-tez toxunulan bütün tutacaqlar, masalar, işıq açarları və sair səthlər hər gün təmizlənməli və həftədə iki dəfə isə dezinfeksiyaedici maddə ilə təmizlənməlidir.
    3. Fəaliyyətinə icazə verilmiş ticarət və xidmət obyektlərində, apteklərdə ümumi istifadədə olan ərazilər, tez-tez toxunulan bütün tutacaqlar, masalar, işıq açarları və sair səthlər hər gün təmizlənməli və dezinfeksiya edilməlidir.
    4. Bütün ödəniş terminalları, bankomatlar hər gün bir dəfədən az olmayaraq dezinfeksiya edilməlidir.
    5. Sərnişin daşıma xidməti göstərən bütün növ avtonəqliyyat vasitələrinin tutacaqları və oturacaqları, dayanacaqlarının oturacaqları hər gün bir dəfədən az olmayaraq dezinfeksiya edilməlidir.
    6. Məişət tullantılarının yığılması üçün istifadə olunan bütün konteynerlər, ictimai binalarda və ərazilərdə olan tullantı qabları gündə 1 dəfə təmizlənməli və həftədə 2 dəfə isə dezinfeksiya edilməlidir.
    7. Epidemiya aşkarlanmış ərazilərdə təmizlik işləri 2-4 saatda bir dəfədən, dezinfeksiya işləri isə həftədə 2 dəfədən az olmayaraq aparılmalıdır.
    8. İctimai yerlərdə istifadə olunan bütün əşyalar, qurğular fərqli vasitələrlə təmizlənməli və dezinfeksiya edilməlidir.
    9. Bütün təmizlik işləri aşağıdakı qaydada aparılmalıdır:
    - təmizlik işləri daha təmiz ərazidən başlanmalı və çirkli əraziyə doğru davam etdirilməlidir,
    - təmizlik məqsədilə ümumi təyinatlı maye qələvi yuyucu vasitələrdən istifadə edilməlidir,
    - işçilər əlcək və digər qoruyucu vasitələrlə təmin olunmalıdır,
    - istifadə olunmuş əlcəklər təmiz yuyulmalı və qurudulmalıdır,
    - yararsız hala düşmüş və ya zədələnmiş əlcəklər yeniləri ilə əvəz olunmalıdır,
    - təmizlik işləri bitdikdən sonra istifadə olunan avadanlıqlar təmizlənməlidir,
    - məişət tullantılarının yığılması üçün istifadə olunan konteynerlər və tullantı qutularına nəzarət edilməli və onların tam dolmaması üçün boşaldılaraq daşınması təmin edilməlidir
    10. Təmizlik və dezinfeksiya işlərindən sonra əllər və biləklər su və sabunla 20 saniyədən az olmayan müddətdə yuyulmalıdır.
    11. Bu tələblər bütün aidiyyəti qurumlara çatdırılmalı, yaşayış və qeyri-yaşayış binalarının, fəaliyyətinə icazə verilmiş ticarət və xidmət obyektlərinin girişlərində vətəndaşların görə biləcəyi yerdən asılmalıdır.
    12. RİHB-nın İnzibati ərazi dairlələri üzrə nümayəndəlikləri, bələdiyyələr, aidiyyəti üzrə idarə, müəssisə və təşkilatlar bu əmrdən irəli gələn tələblərin icrasını təmin etsinlər.
    a) Masallı rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Rəhman Muxtarov və Masallı rayon Dezinfeksiya Stansiyasının müdiri İxtiyar Muxtarov verilən tapşırıqları ciddi yerinə yetirilməsini təmin etsinlər.
    b) Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Hikmət Xəlilov ərazilərdə məişət tullantılarının vaxtı-vaxtında yığılması və daşınmasını təmin etsin və ciddi nəzarətdə saxlasın.
    13. Əmrin icrasına nəzarət, verilən tapşırıqların aidiyyəti üzrə təmin edilməsi və müntəzəm məlumat verilməsi Masallı rayon İcra hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Məhərrəmov Adəm İmnaverdi oğluna və Masallı rayon İcra hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər söbəsinin müdiri Qafarova Aybəniz Oktay qızına tapşırılsın.
    14. Əmrin surətinin RİHB-nın İnzibati ərazi dairlələri üzrə nümayəndəlikləri, bələdiyyələr, aidiyyəti üzrə idarə, müəssisə və təşkilatlar ilə tanış edilməsi Masallı rayon İcra hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Əzizov İlkin Ədalət oğluna tapşırılsın.

                                                                                Şahin Məmmədov,
                                                              Masallı Rayon İcra Hakimiyyətinin başçısı.

     

    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 17:29 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-30 iyun 2025-ci il
    2. 17:28 Masallıda 01-30 iyun 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    3. 17:27 Masallının yollarında təmir işləri davam etdirilir 01-30 iyun 2025
    4. 17:25 Masallıda abadlıq və xeyriyyə işləri 01-30 iyun 2025
    5. 12:40 Masallıda 2025-cü ilin iyul ayına olan səyyar-görüş qəbulları barədə
    6. 09:39 Strateji tərəfdaşlıq əlaqələri
    7. 23:30 “8 Noyabr” elektrik stansiyasının açılışı  enerji siyasətinin yeni mərhələsidir  
    8. 23:30 Elektrik enerjisində stratejik əməkdaşlıq
    9. 18:16 Masallının Çaxırlı ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 25.06.2025
    10. 18:14 Masallının Çaxırlı kəndində 25 iyun 2025-ci il tarixdə səyyar qəbul
    11. 18:08 Masallı rayon İcra Hakimiyyətinə 4 yeni təyinat
    12. 12:49 Sığdaş kəndində ziyarətgah yolu cari təmir olundu
    13. 08:41 Azərbaycan əsgərinin vətənpərvərlik ruhu  
    14. 08:37 Mütəşəkkil ordu böyük tarixi xidmətlərdən biridir
    15. 23:30 H.Əliyev və  ordu quruculuğu   
    16. 20:06 Masallıda Məhərrəm ayının başlanması ilə əlaqədar ümumrayon tədbiri
    17. 20:02 Masallıda "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş tədbir keçirilib
    18. 19:56 Qalıb Azərbaycan Ordusu
    19. 17:38 Rayon rəhbəri Xəstəxanada şəhid atasını ziyarət etdi
    20. 17:35 Masallının Dövlət qulluqçuları Ulu Öndərin abidəsi önünə gül dəstələri düzdülər
    21. 17:29 Masallıda Dövlət Qulluqçularının Peşə bayramı günü münasibətilə tədbir
    22. 11:29 ŞANLI AZƏRBAYCAN ORDUSU
    23. 11:24 Masallıda dövlət qulluqçularının sayı açıqlanıb - STATİSTİKA
    24. 23:30 26 İyun-Azərbaycan Respublikasının Silahlı Qüvələri Günüdür
    25. 23:30 Azərbaycan ordusu qələbənin, sülhün və suverenliyin dayağıdır
    26. 16:07 Masallı rayon İcra Hakimiyyətinin şöbə müdiri medalla təltif olundu
    27. 10:00 Peşəkar ordumuz
    28. 23:30 Güclü Ordu-Güclü Dövlətin təməlidir
    29. 21:16 Azərbaycan dövlətinin gücü və qüdəti daha da möhkəmlənir
    30. 21:11 Vətənə layiqincə xidmət edən Azərbaycan ordusu!
    31. 21:04 PEŞAKAR AZƏRBAYCAN ORDUSU
    32. 19:02 Ələşrəf Niftiyev 80
    33. 17:26 Masallıda rayon rəhbərinin 19 iyun 2025-ci il tarixli vətəndaş qəbulu
    34. 19:01 Masallının Göyəçöl kəndində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    35. 18:59 Masallının Göyəçöl kəndində 18 iyun 2025-ci il tarixdə səyyar qəbul
    36. 16:54 Masallıda şəhid Zeynal Şahhüseynlinin şəhadətinin 4-cü ildönümü anıldı
    37. 16:52 Rayon rəhbəri Böyük Kolatan kəndində I Qarabağ müharibəsi əlilinin yas mərasimində iştirak etdi
    38. 15:03 Şuşa Bəyannaməsi ilə Türkiyə-Azərbaycan  birliyinin tarixi manifesti yazıldı.
    39. 23:30 Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası  
    40. 11:48 Milli Qurtuluş fəlsəfəsinin banisi
    «    İyul 2025    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    DÜNYA XƏBƏRLƏRİ