• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallı sakinlərindən Prezidentə minnətdarlıq

    Masallı sakinlərindən Prezidentə minnətdarlıq

    Biz Sizin qətiyyətli addımlarınızı dəstəkləyirik

    “Möhtərəm cənab Prezident, Sizi Masallı rayonunun ağsaqqalları, ziyalıları, ictimai fəalları adından salamlayır və əhalinin sosial rifahı naminə görülən işləri ürəkdən bəyəndiyimizi bəyan edirik”.
    Yeniheyet.az President.az-a istinadən xəbər verir ki, bu sözlər Masallı rayonunun sakinləri Ələşrəf Niftiyev və Füzuli Abdullayevin məktubunda yer alıb.
    Məktubda (22.04.2020) daha sonra deyilir: “Siz Azərbaycanımızın xilaskarı Heydər Əliyevin yolu ilə gedərək ölkəmizi daim tərəqqiyə doğru aparırsınız. Siz dünyanı bürüyən amansız düşmən - koronavirusa qarşı uzaqgörən siyasətinizlə bu xilaskarlıq missiyasını davam etdirirsiniz. Cənab Prezident, Siz daim xalqla birlikdəsiniz, xalqımız da çağırışlarınıza, tövsiyələrinizə əməl edir. Çünki bilirik ki, Sizin yolunuz nicat yoludur. Biz Sizin qətiyyətli addımlarınızı dəstəkləyirik və tezliklə pandemiya üzərində qələbə qazanacağınıza əminik”.



    Əziz oxucular, sizi Masallı sakinlərinin bu ilin aprel ayı ərzində ölkə rəhbərinə ünvanlanan minnətdarlıq məktubları ilə tanış edirik:


    Cəsarət Əzizovdan, Masallı, Azərbaycan

    Hörmətli cənab Prezident.

    Mən 30 hektar sahədə çiyələk becərilməsi ilə məşğul oluram. Ölkədə karantin rejimi elan olunanda işçilərimin işə gələ bilməyəcəklərinə görə məhsulun sahədə qalıb çürüyəcəyini və nəticədə mənə külli miqdarda ziyan dəyəcəyini düşünürdüm. Bu da məni çox narahat edirdi. Lakin Sizin tapşırığınız əsasında fermerlərin və digər zəhmətkeşlərin müəyyən olunmuş qaydalara əməl etməklə fəaliyyətinə icazə verilməsi məni çox sevindirdi. İndi min bir əziyyətlə yetişdirdiyimiz məhsulu yığaraq rahat şəkildə bazara çıxara bilirik. Sahədə mənimlə birlikdə çalışan işçilər də ailələrinə gündəlik olaraq qazanc apara bilirlər.

    Cənab Prezident, buna görə həm ailəm adından, həm də kollektivimizin adından Sizə dərin minnətdarlığımızı bildirirəm.

    Hörmətlə,

    Əzizov Cəsarət Əzizağa oğlu.

    Azərbaycan Respublikası, Masallı rayonu. 

    26.04.2020

    Ayna Abasovadan, Masallı, Azərbaycan

    Hörmətli cənab Prezident.

    Mənim 82 yaşım var. Ali təhsilli 7 övladım, nəvələrim və nəticələrim var. Bu günə qədər ibadətimdən qalmamışam. Hər gün namaz qılarkən müstəqil Azərbaycan dövləti, onun qurucusu ulu öndərimiz Heydər Əliyev, Sizin və ailəniz üçün dualar edirəm. Qoy, etdiyim dualar bu çətin yolda Sizə və ailənizə kömək olsun. İnanıram ki, dünyanı bürüyən bu bəladan Allahın köməyi, Sizin qətiyyətiniz sayəsində tezliklə qurtula biləcəyik.

    Hörmətli cənab Prezidentimiz, çətin günün ömrü az olur. İnşallah, bu çətin günlər də tezliklə geridə qalacaq, Azərbaycanımız hələ çox gözəl günlər yaşayacaq. Biz masallılılar əminik ki, Sizin rəhbərliyinizlə bu ağır günlərdən də qalib çıxacağıq. Ulu Tanrı Sizi qorusun.

    Biz Sizi sevirik və son nəfəsimizə qədər Sizi hər bir azərbaycanlının Prezidenti kimi sevəcəyik.

    Hörmətlə,

    Abasova Ayna Hidayət qızı.

    Azərbaycan Respublikası, Masallı rayonu, Xırmandalı kəndi.

    24.04.2020


    Minnər Mehrabovdan, Masallı, Azərbaycan

    Cənab İlham Heydər oğlu.

    Son zamanlar Yer kürəsini saran COVID-19 virusu bir çox ölkənin həm əhalisini, həm də iqtisadiyyatını məhv etməkdədir. Ancaq Sizin uğurlu siyasətiniz və uzaqgörənliyiniz sayəsində ölkəmiz bu bəladan minimum itki ilə yaxa qurtarmaqdadır.

    Sizin verdiyiniz sərəncamlar və fərmanlar vaxtında icra edildi və bununla da ölkəmiz həm əhali, həm də iqtisadiyyat baxımından vəziyyətdən daha yaxşı çıxdı. Bütün bunlar Sizin uğurlu siyasətiniz nəticəsində mümkün oldu.

    Azərbaycan xalqının xilaskarı, ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı tərəfindən prezident seçilməsindən sonra başlayan islahatlar müasir dövrümüzdə Sizin tərəfinizdən uğurla davam etdirilir. Artıq Sizin uğurlu siyasətiniz nəticəsində Azərbaycan beynəlxalq arenada özünəməxsus yer tutur. Mən bir Azərbaycan vətəndaşı olaraq Sizə minnətdarlığımı bildirirəm. Mən fəxr edirəm ki, Siz bizim Prezidentimizsiniz.

    Hörmətlə,

    Mehrabov Minnər Qorxmaz oğlu.

    Azərbaycan Respublikası, Masallı rayonu, Sarıcəfərli kəndi. 

    24.04.2020

    Şəhriyar Cəfərlidən, Masallı, Azərbaycan

    Hörmətli cənab Prezident.
    Sizə bu məktubu yazmaqda məqsədim Azərbaycanın bir gənc vətəndaşı olaraq, Sizə minnatdarlıq etməkdir.
    Dünyanın bu çətin vəziyyətində bizə öz qayğınızı əsirgəmirsiniz. Bu çətin günlərdə bir çox ölkələrin öz vətəndaşlarına göstərmədiyi qayğını Siz Azərbaycan vətəndaşlarına göstərirsiniz. Bunun üçün atam həmişə bizə “Azərbaycanlı olduğunuz üçün özünüzlə fəxr edin” deyir. Bu sevgi və qayğını bizə Siz bəxş etmisiniz. Siz heç zaman heç bir vətəndaşı yaddan çıxarmırsınız, biz tələbələrə də öz qayğınızı göstərirsiniz.
    Sizə öz adımdan və ailə üzvlərim adından dərin təşəkkürümü bildirirəm. Allah Sizdən razı olsun.
    Hörmətlə,
    Cəfərli Şəhriyar Bəxtiyar oğlu
    Azərbaycan Respublikası, Masallı rayonu, Hüseynhacılı kəndi.
    21/04/2020

    Südabə Sadıqovadan, Masallı, Azərbaycan

    Hörmətli cənab Prezident.
    Ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizədə aparmış olduğunuz ciddi tədbirlər və tətbiq edilmiş karantin vəziyyəti öz səmərəsini verməkdədir. Vətəndaşlarımızın sağlamlığını düşünərək evdə qalmalarını tapşırmısınız. Mən də bir vətəndaş olaraq deyilən tapşırıqlara ciddi riayət edirəm. Sevindirici haldır ki, belə çətin bir vəziyyətdə Sizin tapşırığınıza əsasən ailəmə yüksək səviyyədə ərzaq yardımı edilmiş, spirt və qoruyucu tibbi maskalar verilmişdir.
    Etmiş olduğunuz bütün bu köməyə, diqqət və qayğıya görə bir ana olaraq Sizə təşəkkür etməyi vətəndaşlıq borcu hesab edirəm.
    Sizə minnətdarıq, cənab Prezident.
    Hörmətlə,
    Sadıqova Südabə Əkbər qızı
    Azərbaycan Respublikası, Masallı rayonu, Xəlfələr kəndi.
    20/04/2020
     

    Zöhrab Mehtiyevdən, Masallı, Azərbaycan

    Hörmətli cənab Prezident,
    Dünyada tüğyan edən koronavirus pandemiyası ilə bağlı ölkəmizdə müəyyən sahələrdə gücləndirilmiş iş rejimi hökm sürür. Ölkə sakinlərinin xəstəliyə yoxulması halları minimuma endirilmişdir. Bununla yanaşı, dövlətimiz evdə qalan sakinlərimizin də qeydinə qalmaqdadır. İmkansız ailələr, ahıllar, tənha yaşayan kimsəsiz şəxslər daim diqqət mərkəzində saxlanılır. Onlar zəruri ərzaqlarla, tibbi vasitələrlə təmin edilirlər. Sizin diqqət və qayğınızı xalqımız həmişəki kimi görür və hiss edir.
    Dövlətimizi və xalqımızı qoruduğunuza görə Sizə və rəhbərliyiniz altında çalışan bütün dövlət qulluqçularına dərin minnətdarlığımızı bildiririk.
    Hörmətlə,
    Mehtiyev Zöhrab Əliş oğlu
    Azərbaycan Respublikası, Masallı rayonu, Tüklə kəndi.
    20/04/2020


    Mirəsgər Bağırzadədən, Masallı, Azərbaycan

     Hörmətli cənab Prezident.
     Bildiyimiz kimi, koronavirus bəlası tibbin ən inkişaf etmiş ölkələrində belə can almaqda davam edir. Ölkəmizdə isə vəziyyətin Sizin nəzarətinizdə olması virusun sürətlə yayılmasının qarşısını almağa kömək edib.
     Respublikamızda vaxtında elan olunmuş karantin rejimi, dezinfeksiya işlərinin aparılması və digər təxirəsalınmaz tədbirlərin görülməsi bir daha onu göstərir ki, Siz həmişə xalqımızı düşünürsünüz. Sizin göstərişinizlə ölkədə tibbi maska çatışmazlığının da qarşısı alındı. Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin açılışı oldu və Siz açılışda şəxsən iştirak etdiniz.
     Cənab Prezident, görülən işlərə görə Masallı rayonunun təhsil işçiləri, bütün müəllim və şagird kollektivləri adından Sizə təşəkkür edir, minnətdarlığımı bildirirəm.
     Hörmətlə,
     Bağırzadə Mirəsgər Mirqasım oğlu, N.Bağışov adına Xanalion kənd məktəbinin direktoru.
     Azərbaycan Respublikası, Masallı rayonu, Xanalion kəndi.
     16/04/2020
      
     

    Rəvan Kərimov və başqalarından, Masallı, Azərbaycan

     Hörmətli cənab Prezident.
     Koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Sizin rəhbərliyinizlə görülən işlər hər bir vətəndaşın ürəyincədir. İnfeksiyaya qarşı həyata keçirilən tədbirlər üçün Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayrılması haqqında Sərəncamınız və Mehriban xanımla birlikdə bir illik əməkhaqqınızı Fonda ianə etməyiniz əsl vətənpərvərlik nümunəsi idi. Bu nümunə qısa zaman içərisində sahibkarları və xeyriyyəçiləri bir araya topladı.
     Koronavirusla mübarizədə lazım olan tibbi ləvazimatların ölkəyə gətirilməsi, qısa müddət ərzində Sumqayıt şəhərində tibbi maska istehsal edən müəssisənin qurulması Sizin qətiyyətli mövqeyiniz sayəsində mümkün oldu.
     Cənab Prezident, rayonumuzda da yoluxucu xəstəliklərin qarşısının alınması məqsədilə yaşayış binaları, küçə və prospektlər, avtomobil yolları, insanların sıx toplaşdığı yerlər, dayanacaqlar davamlı olaraq dezinfeksiya edilir, tibbi-profilaktik tədbirlər görülür.
     Biz şahidiyik ki, yaranan hər bir problem Sizin müdrik fəaliyyətiniz nəticəsində vaxtında həll olunur. Bu əzmkarlığınıza, diqqət və qayğınıza görə rayonumuzun sakinləri adından Sizə minnətdarlığımızı bildiririk. Tanrı Sizi qorusun.
     Hörmətlə,
     Kərimov Rəvan
     Məmiyev Muxtar
     Səfərova Ülviyyə
     Hüseynov Gəncalı
     Tağıyev Xalıq və başqaları.
     Azərbaycan Respublikası, Masallı rayonu.
     14.04.2020
      
     

    Dadaşbala Düniyevdən, Masallı, Azərbaycan

     Hörmətli cənab Prezident.
     Dünyanı cənginə almış koronavirus pandemiyası ilə mübarizədə ölkəmizdə görülən tədbirlər Sizin Azərbaycan xalqına göstərdiyiniz diqqət və qayğınızın nəticəsidir. Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimum həcmində birdəfəlik yardımın verilməsi ilə Siz bir daha sübut etdiniz ki, əsas vəzifəniz xalqımızı, dövlətimizi qorumaq, insanların rifahını təmin etməkdir.
     Bizim qayğımıza qaldığınıza, yorulmadan çalışdığınıza görə Sizə dərin minnətdarlığımı bildirirəm. Allah Sizi və ailənizi qorusun.
     Düniyev Dadaşbala Ağayar oğlu.
     Azərbaycan Respublikası, Masallı rayonu, Ərkivan qəsəbəsi.
     14/04/2020
     

    Rahidə Əhədova və başqalarından, Masallı, Azərbaycan

     Hörmətli cənab Prezident.
     Bütün respublikamızda, o cümlədən rayonumuzda koronavirus pandemiyasına qarşı aparılan tədbirlər ürəyimizdən xəbər verir. Bundan əlavə, rayon sakinlərinə təmənnasız olaraq tibbi maska və digər ləvazimatların paylanması, onlarla maarifləndirici söhbətlərin aparılması, dezinfeksiya işlərinin yerinə yetirilməsi vaxtında görülən tədbirlərdir.
     İnanırıq ki, bu tədbirlər tezliklə infeksiyanın yayılmasının qarşısını alacaq, xalqımız yenidən şad günlərini yaşayacaqdır.
     Cənab Prezident, gördüyünüz bütün işlərə görə çox sağ olun. Uca Allah daim köməyiniz olsun.
     Hörmətlə,
     Əhədova Rahidə
     Qənbərov Umud
     Alıyev Maqsud
     Əliyev Rasif və başqaları.
     Azərbaycan Respublikası, Masallı rayonu.
     14/04/2020
      
     

    Kamal Təhməzov və Zeynəb Hüseynovadan, Masallı, Azərbaycan

     Hörmətli cənab Prezident.
     Koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində qəbul etdiyiniz operativ qərarlar alqışalayiqdir. Xüsusilə tibbi maska istehsal edən müəssisənin qısa müddət ərzində qurulması dövlətin hər zaman vətəndaşının arxasında olduğunu göstərir.
     Rayonumuzda aparılan dezinfeksiya işləri də qabaqlayıcı tədbirlər sırasında olmaqla vətəndaşların sağlamlığının qorunmasına xidmət edir.
     Görülən işlərə görə kəndimizin bütün sakinləri adından Sizə minnətdarlığımızı bildirir və gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq.
     Hörmətlə,
     Təhməzov Kamal
     Hüseynova Zeynəb.
     Azərbaycan Respublikası, Masallı rayonu, Xırmandalı kəndi.
     13/04/2020
      
     

    Günay Babayevadan, Masallı, Azərbaycan

     Möhtərəm cənab Prezident.
     Dünyanı cənginə almış koronovirus pandemiyasının təsirinin azaldılması və miqyasının məhdudlaşdırılması istiqamətində Sizin müdrik və uzaqgörən siyasətiniz nəticəsində ölkəmizdə mühüm addımlar atılıb. Dövlətimiz bütün imkanlarını epidemiyanın qarşısının alınmasına və fəsadlarının aradan qaldırılmasına yönəldib. Bütün bunlar sübut edir ki, yürütdüyünüz siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahı dayanır.
     Cənab Prezident, bütün bu işlərə, bu diqqətə və qayğıya görə Sizə təşəkkür edir, dərin minnətdarlığımızı bildiririk. Sizinlə qürur duyuruq.
     Hörmətlə,
     Babayeva Günay Ağamhüseyn qızı
     Azərbaycan Respublikası, Masallı rayonu.
     13/04/2020
      
     

    Azər Mirzəyevdən, Masallı, Azərbaycan

     Möhtərəm cənab Prezident.
     Koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısını almaq məqsədilə atılmış operativ addımlar bizi sevindirir. Xüsusilə ölkəmizdə tibbi maska çatışmazlığının vaxtında aradan qaldırılmasına görə Masallı rayonu, M.İbayev adına Səmidxan kənd tam orta məktəbinin kollektivi adından Sizə minnətdarlığımı və təşəkkürümü bildirirəm.
     Çox sağ olun, cənab Prezident.
     Hörmətlə,
     Mirzəyev Azər Rafiq oğlu.
     Azərbaycan Respublikası, Masallı rayonu, Səmidxan kəndi.
     12/04/2020
      
     

    Rəşad Fətullayev və başqalarından, Masallı, Azərbaycan

     Çox hörmətli cənab Prezident.
     Hazırda dünyada böyük bir bəlaya çevrilən koronavirus pandemiyası bizi nə qədər qorxutsa da, Sizin məqsədyönlü tədbirləriniz bizi bir o qədər səbirli və təmkinli olmağa, birgə mübarizə aparmağa səsləyir. Bu çətin dövrdə biz bir daha əmin olduq ki, güclü və qüdrətli ölkənin vətəndaşlarıyıq. Həm dövlətimizin maliyyə dayaqları möhkəmdir, həm də səhiyyə sahəsində potensial virusla səmərəli mübarizəyə imkan verir. Eyni zamanda, təlaşdan ona görə uzağıq ki, Siz koronavirusla mübarizə imkanlarını daha da genişləndirmək üçün mütəmadi addımlar atır, mühüm işlər görürsünüz. “Yeni klinika” tibb mərkəzinin ilkin olaraq koronavirus xəstələrinin ixtiyarına verilməsi, tibbi maska istehsal edən müəssisənin açılması, ən qiymətli tibbi ləvazimatların alınaraq ölkəmizə gətirilməsi bunun əyani sübutudur. Adlarını çəkdiyimiz müəssisələrin açılışlarında şəxsən iştirak etməyiniz, mövcud vəziyyətlə yerində tanış olmağınız bu məsələyə necə diqqətlə yanaşdığınızı göstərir.
     Əziz Prezidentimiz, Sizin kimi qayğıkeş və müdrik rəhbərimiz olduğu üçün biz xoşbəxt insanlarıq. Xalqını düşünən, onun üçün fədakar əmək sərf edən hər kəs ən xoş sözlərə layiqdir. Bu gün bizim ən xoş sözlərimiz və ən xoş arzularımız Sizinlə bağlıdır. Ulu Tanrı xalqımızı bu bəladan hifz etsin.
     Hörmətlə,
     Fətullayev Rəşad Əzizağa oğlu
     Əliyev Şərafət Cankişi oğlu
     Mirzəyeva Gülşən İmaməli qızı və başqaları.
     Azərbaycan Respublikası, Masallı rayonu.
     11/04/2020
     

    Xatirə Həmidova və başqalarından, Masallı, Azərbaycan

     Hörmətli cənab Prezident.
     Bütün dünyanı bürüyən və sarsıdan, misli görünməmiş COVID-19 infeksiyasına qarşı uğurlu mübarizə aparan ölkələrdən birində yaşadığımız üçün çox xoşbəxtik. Buna görə Sizə, eləcə də Mehriban xanım Əliyevaya sonsuz minnətdarlığımızı və dəstəyimizi bildiririk.
     Şübhəsiz ki, pandemiya ilə mübarizədə uğura aparan yolda Sizin bu günlərdə böyük humanistlik göstərərək bu virusa həddindən artıq həssas olan və yaşları 65-dən yuxarı 176 məhbusu əfv etməyiniz ölkəmizdə yoluxma hallarının azalması və xalqımızın sağlamlığı istiqamətində gördüyünüz səmərəli tədbirlərdən biridir. Qardaşımın da əfv edilən məhkumlar arasında olması bizi xüsusən sevindirdi.
     Cənab Prezident, Qurbanovlar ailəsi adından Sizə sonsuz təşəkkürlərimizi bildirir, möhkəm cansağlığı, bütün işlərinizdə, xüsusən də indiki çətin dövrdə xalqımızın sağlamlığı və rifahı uğrunda apardığınız mübarizədə uğurlar arzulayırıq.
     Dərin hörmətlə,
     Həmidova Xatirə Xalıq qızı
     Qurbanov Şair Xalıq oğlu
     Qurbanov Mahir Xalıq oğlu
     İbadova Məlahət Xalıq qızı.
     Azərbaycan Respublikası, Masallı rayonu.
     09/04/2020
      
     

    Azər Soltanov və başqalarından, Masallı, Azərbaycan

     Hörmətli cənab Prezident.
     Dünyanı bürüyən koronavirus pandemiyası ilə mübarizə sahəsində ölkəmizdə görülən işlər təqdirəlayiqdir. Virusun ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması ilə bağlı tədbirlər üçün böyük məbləğdə vəsaitin ayrılması, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi bu məsələyə necə ciddi yanaşıldığını göstərir. Bir neçə gün bundan əvvəl Sizin iştirakınızla tibbi maska istehsal edən müəssisənin istifadəyə verilməsi koronavirusla mübarizə sahəsində növbəti addım oldu. Qısa müddətdə qurulan bu müəssisə heç şübhəsiz ki, ölkəmizdə tibbi maska qıtlığını aradan qaldıracaqdır.
     Əziz Prezidentimiz, böyük bir bəla olan koronavirusun kütləvi yayılmasının qarşısını almaq məqsədilə görülən işlərə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Siz xalqımıza dəstək olduğunuz kimi, xalqımız da hər zaman Sizə dəstəkdir. Siz dediyiniz kimi, “Biz birlikdə güclüyük!”.
     Hörmətlə,
     Soltanov Azər Soltan oğlu
     Fərzullayev Adil Əlirza oğlu
     Rəhimova Güllübəyim İsa qızı və başqaları.
     Azərbaycan Respublikası, Masallı rayonu.
     09/04/2020
      
     

    Məhbubə Şahbazova və başqalarından, Masallı, Azərbaycan

     Möhtərəm cənab Prezident.
     Sumqayıt Kimya Sənaye Parkında "Bakı Tekstil Fabriki" MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında iştirakınız bir daha göstərdi ki, Siz hər bir Azərbaycan vətəndaşının sağlamlığını təmin etmək, həyatımızı qorumaq üçün bütün tədbirləri görürsünüz. Siz daim bizi düşünürsünüz.
     İnanırıq ki, bütün dünyanı bürümüş koronavirus bəlası tezliklə bitəcək, Sizin səyləriniz nəticəsində doğma Azərbaycanımız bu sınaqdan daha az ziyanla çıxacaqdır.
     Dövlətçiliyimizin daha da möhkəmlənməsi istiqamətində fəaliyyətinizdə Sizə cansağlığı, uğurlar arzulayırıq.
     Allah Sizi qorusun, daim var olun, möhtərəm Cənab Prezident!
     Hörmətlə,
     Şahbazova Məhbubə
     Ağayev İlham
     Ağayev Şahruğ.
     Azərbaycan Respublikası, Masallı rayonu, Hişkədərə kəndi.
     09/04/2020
      
     

    Rəhman Qarayev və başqalarından, Masallı, Azərbaycan

     Hörmətli cənab Prezident.
     Biz şəhid ailəsi olaraq hər zaman dövlətimizin dəstəyini, qayğısını hiss etmişik. Çətin günlərimizdə dövlətimiz bizə əl uzadıb, kömək göstərib. Biz bununla böyük təsəlli tapırıq.
     Şəhidimizin məzarı üstünün yenilənməsi ilə bağlı bu yaxınlarda etdiyimiz müraciətimiz də nəzərə alındı və istəyimiz həyata keçirildi.
     Möhtərəm cənab Prezident, şəhid ailələrinə göstərilən qayğıya, müraciətimizə diqqətlə yanaşılmasına görə ailəmiz adından Sizə dərin minnətdarlığımızı bildiririk. Ulu Tanrı xalqımıza Sizin Ali Baş Komandanlığınız altında Qarabağ zəfəri qismət eləsin!
     Hörmətlə,
     Qarayev Rəhman Mürsəl oğlu, şəhid atası
     Qarayev Şahmar Rəhman oğlu, şəhid ailəsinin üzvü.
     Azərbaycan Respublikası, Masallı rayonu, Xallıcalı kəndi.
     08/04/2020
      
     
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 10:31 Maliyyə göstəricisi
    2. 16:30 Masallıda iftar süfrəsi
    3. 21:18 Azərbaycan Prezidentinə yazırlar
    4. 17:08 Masallı RİH Başçısı 27.03.2024-cü il tarixdə Sərçuvar ərazisinin sakinləri ilə görüşdü
    5. 16:49 Prezident İlham Əliyevin cari ilin 18 mart tarixində Xankəndi şəhərində Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbriki ilə əlaqədar
    6. 11:35 Şəhid Sahil Babayevin doğum günü qeyd edilib
    7. 16:47 Xankəndi şəhərində Azərbaycan xalqını Novruz bayramı münasibətilə Prezident İlham Əliyev təbriki etmişdir
    8. 23:30 Novruz Qarabağa xalqımızla qayıtdı
    9. 16:27 "Erkən nikah və onun fəsadları" mövzusunda dəyirmi masa
    10. 16:20 Masallıda ənənəvi Novruz yardımı
    11. 12:14 Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
    12. 12:06 Gürcüstan Azərbaycan üçün önəmli ölkədir və eyni zamanda, Azərbaycan da Gürcüstanın strateji tərəfdaşıdır
    13. 23:59 Novruz «təzə il» deməkdir !
    14. 23:00 Bu gün hər iki ölkə birgə səylərlə bölgə üçün və böyük mənada Avrasiya üçün də önəmli ölkələrə çevrilib
    15. 22:30 Biz sülhə heç vaxt olmadığımız qədər yaxınıq
    16. 21:00 Novruz bayramı və rəmzləri
    17. 17:04 Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik
    18. 16:59 Masallıda “Sağlam, sosial və təhlükəsiz mühitin formalaşması” adlı silsilə təlimlər
    19. 16:55 Masallıda “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunanların medallarının təqdim olunması
    20. 16:30 Novruz-Azərbaycan xalqının milli bayramıdır
    21. 12:30 Ulu Öndər Heydər Əliyevin Azərbaycan qarşısındakı misilsiz xidmətlərindən biri də Novruzun yenidən xalqımıza qaytarılması olub
    22. 11:07 Bakı növbəti dəfə qlobal müzakirələrin platformasına çevirilib
    23. 23:30 Vətən müharibəsi bir daha sübut etdi ki, Azərbaycan Ordusu Cənubi Qafqazın ən qüdrətli ordusudur
    24. 23:30 Rayon rəhbərinin 15 mart 2024-cü il tarixdə növbəti vətəndaş qəbulu
    25. 00:33 Novruz bizim ən qədim milli bayramımızdır
    26. 19:01 “Narkomaniyaya qarşı mübarizə sağlam həyata təminatdır”
    27. 18:58 Masallı rayonunda «Aqrar biznes festivalı» keçirilib
    28. 13:37 Prezident İlham Əliyev Alman İqtisadiyyatını Şərq Komitəsinin Sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür
    29. 13:16 Bizim üçün qardaş ölkə, strateji tərəfdaş və müttəfiq olan Qazaxıstanın Prezidentinin dövlət səfərinə böyük əhəmiyyət veririk
    30. 18:01 Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Masallıda vətəndaşlarla görüşəcək
    31. 14:30 Avropa reallığı dərk etməlidir
    32. 14:13 Ölkələrarası əlaqələrin inkişafına böyük töhfələr verən Azərbaycan
    33. 23:30 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər
    34. 23:30 Prezident İlham Əliyevi Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixail Harmsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür
    35. 20:11 Güllütəpə ərazisində ağacəkmə kampaniyası keçirildi
    36. 12:18 Özünü əsgərlərinə sipər edən zabit
    37. 12:54 Ölkəmizdə apardığı islahatlar Azərbaycanı daha da gücləndirir
    38. 12:44 Azərbaycan Prezidentinə yazırlar
    39. 12:40 Qəhrəmanların ömür yolu əbədidir
    40. 12:37 Azərbaycanda Ramazan ayı başlayıb
    «    Mart 2024    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031
    DÜNYA XƏBƏRLƏRİ