• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Əminik ki, Qarabağın tacı tezliklə işğalçılardan təmizlənəcək

    Əminik ki, Qarabağın tacı tezliklə işğalçılardan təmizlənəcək

    Əminik ki, Qarabağın tacı tezliklə işğalçılardan təmizlənəcək
     
    Vətənə uzanan əlləri kəsmək haqq işidir
     
    Hər zaman adı çəkilən zaman gözlərimiz dolar, qəlbimiz qubar eylər. Adam öz isti ocağından necə ayrılar ki? Həsrəti ilə yaşadığımız 28 il ərzində, hər gün dua etmişik ki, heç olmazsa Allahın bizə nəsib etdiyi ömrün qalan hissəsini doğma yurd-yuvamızda yaşayaq.
    Bu sözləri bizə müsahibəsində Masallı rayonunda məskunlaşan, Şuşa rayonunun Xanalılar kənd sakini Elşən Əmrahov söylədi.
    O, dedi: ”1992-ci il mayın 7-dən 8-nə keçən gecə ... Çoxsaylı hərbi texnika və canlı qüvvə ilə təchiz edilmiş amansız işğalçıya müqavimət göstərə bilmədik. Silahsız idik. Gecələr postda durur, könüllü olaraq döyüşçülərə kömək etməyə çalışırdıq. Dayım oğlu Fikrət Hüseynov, əmim oğlu Bəxtiyar Əliyev kimi neçə qohumum, həmkəndlim son anacan igidliklə vuruşub, şəhid oldular.”
    49 yaşlı E.Əmrahov bildirdi ki, cismimiz ayrılsa da ruhumuz orda qaldı. Yalın camaat yurdundan çıxmağa məcbur oldu. May ayı olmasına baxmayaraq dağlarda qar əriməmişdi. Mal-qara da orda qaldı. Uşaq, qadınlar yük maşınları ilə yola salındı. Mən Cənnət və Mirsiyab əmimlə (dünyalarını dəyişiblər), digər yerlilərimizlə birgə bir az gec çıxdıq kənddən. Mirzələr qış yatağında cəmləşən camaatla birgə Laçın-Qubadlı-Cəbrayıl istiqamətində 13 gün yol gəldik. İlk öncə İsmayıllının Xəlilli kəndinə köçsək də, Ağdamın işğalından sonra Şəkiyə getdik. 1993-cü ildən anam, iki bacım və mən Masallıda, Ərkivan qəsəbəsində məskunlaşmışıq.
    “Uşaqlıqdan musiqiyə, özfəaliyyətə həvəsim vardı. Məktəb tədbirlərində fəal iştirak edirdim. Şuşalılara xas o səsdən İlahi mənə də pay ayırıb ki, bu gün “Qurani-Kərim”in qiraətində istifadə edirəm,” - deyərək o, sözünə davam etdi:”Şuşa Kənd Təsərrüfatı Texnikumunu bitirdikdikdən sonra bir müddət Qarabağ ipək kombinatının 3 nömrəli toxuculuq sexinin kəndimizdəki filialında mexanik, müdir vəzifələrində çalışmışam. Onu da qeyd edim ki, Şuşa şəhərində, eləcə də kəndimizdə Bakı “Radioqurma” istehsalat birliyinin 1 nömrəli istehsalatının filialı da fəaliyyət göstərirdi. Zümrüd anam 24 il rabitə sahəsində işləyib. 75 yaşında haqq dünyasına qovuşub, Ərkivanda torpağa tapşırılıb. Atam ağac ustası olsa da, eyni zamanda bacarıqlı təsərrüfat sahibi idi. Mal-qaradan əlavə gözəl bağımız da vardı.”
    Şuşada nişanlansa da toyunun Masallıda keçirildiyini vurğulayan Elşən müqəddəs Həcc ziyarətində olub. İki övladı var. Oğlu Nicat Aprel döyüşlərinin iştirakçısıdır. Hazırda könüllü əsgər kimi Vətənə xidmət edir. Atası diqqətə çatdırdı ki, Nicatın da ən böyük amalı, məqsədi Qarabağımızı, Aydın babasının (1934-1990) uyuduğu Xanalılar torpağını erməni terroristlərindən azad etməkdir. Çünki onunla yan-yana yağıya anbaan qan udduran qorxubilməz, igid əsgərlərimiz bilir ki, Vətəni sevmək imandandır, ona uzanan əlləri kəsmək haqq işidir.
    Masallılardan həmişə isti məhəbbət gördüyünü dönə-dönə söyləyən Elşən Əmrahov əlavə etdi: “28 ildir ki, ərkivanlılarla duz-çörək kəsirik. Onlar da tezliklə Şuşada qonağımız olmaq arzusundadırlar.
    Yurdsuzluq, köçkünlük ağrılı yerimizdir. Bu dərdə, bu həsrətə son qoymaq üzrəyik. Sanki özümçün bitmiş kimi hesab etdiyim həyata yenidən qayıdacağım, Xanalıların mərkəzində yerləşən evimizə üz tutacağım gün, o torpağı öpə-öpə, qoxusunu ciyərlərimə çəkdiyim anlar yaxınlaşır. Atamın göz bəbəyi kimi qoruduğu meyvə bağını bərpa edəcəyim vaxtda, ruhunun şad olacağı məqamdakı yaşantımı, duyğularımı qabaqcadan ifadə etmək mümkün deyil.”
    Şuşanın zəngin flora və faunası – təmiz havası, bərəkətli torpağı, müxtəlif dərman bitkiləri, çiçəkləri, mineral su yataqlarından söhbət salan E.Əmrahov xatirələrini təzələdi: “İmamqullar və Xanalılar çaylarının qovuşağındakı turşsu çeşməsi çağlayardı. Sarıbaba dağının ətəyindən çıxan mineral su isə Şuşanın mərkəzinəcən çəkilmişdi.”
    “Quduz, insan qanına susayan bu erməni faşistlərinə etibar yoxdur. Atalar demişkən, itlə yoldaşlıq et, amma çomağını yerə qoyma. Uca Rəbbimizin lütfüdür ki, bu gün mənfur düşmənin son “çırpıntılarıdır”, o, qarşımızda qatlanıb.
    Əminik ki, Ali Baş Komandanımızın qətiyyəti və iradəsi sayəsində, şanlı ordumuzun cəbhədə qazandığı ardıcıl qələbələrin davamı olaraq Azərbaycanın dilbər guşəsi, Qarabağın tacı olan Şuşa, dogma Xanalılar kəndimiz tezliklə işğalçılardan təmizlənəcək,”- deyə, müsahibimiz fikrini tamamladı.
     
    AKİF AĞAYEV,
    “Yeni həyat”,      
    www.yeniheyet.az
     
     шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 17:07 Mahmudavar kəndində şəhid Ehtiram Abbasov adına küçəyə asfalt örtüyü döşənmişdir
    2. 17:05 Rayon rəhbəri şəhid anasını doğum günü münasibəti ilə evində ziyarət etdi
    3. 16:00 İyulun 4-də Baş prokuror Yardımlı rayonunda vətəndaşları qəbul edəcək
    4. 17:29 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-30 iyun 2025-ci il
    5. 17:28 Masallıda 01-30 iyun 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    6. 17:27 Masallının yollarında təmir işləri davam etdirilir 01-30 iyun 2025
    7. 17:25 Masallıda abadlıq və xeyriyyə işləri 01-30 iyun 2025
    8. 12:40 Masallıda 2025-cü ilin iyul ayına olan səyyar-görüş qəbulları barədə
    9. 09:39 Strateji tərəfdaşlıq əlaqələri
    10. 23:30 “8 Noyabr” elektrik stansiyasının açılışı  enerji siyasətinin yeni mərhələsidir  
    11. 23:30 Elektrik enerjisində stratejik əməkdaşlıq
    12. 18:16 Masallının Çaxırlı ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 25.06.2025
    13. 18:14 Masallının Çaxırlı kəndində 25 iyun 2025-ci il tarixdə səyyar qəbul
    14. 18:08 Masallı rayon İcra Hakimiyyətinə 4 yeni təyinat
    15. 12:49 Sığdaş kəndində ziyarətgah yolu cari təmir olundu
    16. 08:41 Azərbaycan əsgərinin vətənpərvərlik ruhu  
    17. 08:37 Mütəşəkkil ordu böyük tarixi xidmətlərdən biridir
    18. 23:30 H.Əliyev və  ordu quruculuğu   
    19. 20:06 Masallıda Məhərrəm ayının başlanması ilə əlaqədar ümumrayon tədbiri
    20. 20:02 Masallıda "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş tədbir keçirilib
    21. 19:56 Qalıb Azərbaycan Ordusu
    22. 17:38 Rayon rəhbəri Xəstəxanada şəhid atasını ziyarət etdi
    23. 17:35 Masallının Dövlət qulluqçuları Ulu Öndərin abidəsi önünə gül dəstələri düzdülər
    24. 17:29 Masallıda Dövlət Qulluqçularının Peşə bayramı günü münasibətilə tədbir
    25. 11:29 ŞANLI AZƏRBAYCAN ORDUSU
    26. 11:24 Masallıda dövlət qulluqçularının sayı açıqlanıb - STATİSTİKA
    27. 23:30 26 İyun-Azərbaycan Respublikasının Silahlı Qüvələri Günüdür
    28. 23:30 Azərbaycan ordusu qələbənin, sülhün və suverenliyin dayağıdır
    29. 16:07 Masallı rayon İcra Hakimiyyətinin şöbə müdiri medalla təltif olundu
    30. 10:00 Peşəkar ordumuz
    31. 23:30 Güclü Ordu-Güclü Dövlətin təməlidir
    32. 21:16 Azərbaycan dövlətinin gücü və qüdəti daha da möhkəmlənir
    33. 21:11 Vətənə layiqincə xidmət edən Azərbaycan ordusu!
    34. 21:04 PEŞAKAR AZƏRBAYCAN ORDUSU
    35. 19:02 Ələşrəf Niftiyev 80
    36. 17:26 Masallıda rayon rəhbərinin 19 iyun 2025-ci il tarixli vətəndaş qəbulu
    37. 19:01 Masallının Göyəçöl kəndində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    38. 18:59 Masallının Göyəçöl kəndində 18 iyun 2025-ci il tarixdə səyyar qəbul
    39. 16:54 Masallıda şəhid Zeynal Şahhüseynlinin şəhadətinin 4-cü ildönümü anıldı
    40. 16:52 Rayon rəhbəri Böyük Kolatan kəndində I Qarabağ müharibəsi əlilinin yas mərasimində iştirak etdi
    «    İyul 2025    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    DÜNYA XƏBƏRLƏRİ