• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Füzuli sakini: Doğma yurdumuzda ocağımız daha da gur yanacaq

    Füzuli sakini: Doğma yurdumuzda ocağımız daha da gur yanacaq

    Füzulilərin 27 illik Vətən həsrətinə son qoyuldu
     
    Doğma yurdumuzda ocağımız daha da gur yanacaq
     
    1988-ci ildən başlayan erməni təcavüzünə qarşı mübarizədə minlərlə füzulili döyüşüb, yüzlərlə rayon sakini şəhid olub, yaralanıb, itkin düşüb. Şəhidlərdən 8 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Füzuli rayonunun 22 yaşayış məntəqəsi Ulu öndər Heydər Əliyevin qətiyyəti, böyük sərkərdəlik məharəti nəticəsində 1994-cü il yanvarın 5-dən 6-a keçən gecə düşməndən azad edilib. Horadiz əməliyyatından sonra dağıdılmış kəndlər, sosial obyektlər bərpa olunub. Möhtərəm Prezidentimiz İlham Əliyevin diqqət və qayğısı sayəsində Füzulidə yeni qəsəbələr salınıb, Horadizə şəhər statusu verilib, müasir sosial-infrastruktur layihələrin reallaşdırılması rayona yeni həyat bəxş edib. 
    Bu il, sentyabrın 27-dən başlayaraq erməni silahlı birləşmələrinin təxribat əməllərinə Azərbaycan Ordusunun tutarlı cavabı – düşmənin xeyli sayda canlı qüvvəsinin məhvi, hərbi texnikasının darmadağın edilməsi və qənimət kimi götürülməsi, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələrinin işğaldan azad olunması xalqımızda böyük ruh yüksəkliyi yaradıb. 
    Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Aşağı Əbdürrəhmanlı, Yuxarı Əbdürrəhmanlı, Gorazıllı, Yuxarı Güzlək, Qarakollu, Xatunbulaq, Qarabağlı, Arış, Qoçəhmədli, Çimən, Musabəyli, Pirəhmədli, Dədəli, İşıqlı, Cuvarlı, Dörd Çinar, Kürdlər, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı, Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndlərinin, o cümlədən Füzuli şəhərinin, kənd Horadizin azad edilməsi hamımızın, xüsusən füzulililərin böyük sevincinə səbəb olub.
     
    İyirmi yeddi ildir ki, Masallı şəhərinin Seybətin yaşayış massivində məskunlaşan Füzulidən olan Əliyevlər ailəsi bir neçə gündür bu möhtəşəm qələbə sevincini yaşayır. Axı, onların doğma kəndi – Qərvənd də işğaldan azad edilib.
    Sevinc hisslərini bizimlə bölüşməkdən ötrü ailənin 44 yaşlı nümayəndəsi Dayandurla görüşdüm.
    O, bu şad xəbəri televiziyadan alıb: “Müharibənin ilk günündə, “Real Tv”nin xəbərlər proqramından kəndimizin işğaldan azad olunduğunu eşidəndə göz yaşlarıma hakim ola bilmədim. Elə bil, qabaqcadan ürəyimə dammışdı. İki gün öncə, Lənkəran şəhərində məcburi köçkünlər üçün tikilən evdən bizə mənzil təklif olunanda imtina etmişdik. Səmimiyyətimə inanın. Çünki ailəlikcə doğma torpaqlarımıza qayıdacağımız günü səbirsizliklə gözləyirdik.”
    Çətin də olsa yaddaşını təzələməyə çalışır: “Kənddən çıxanda 17 yaşım vardı. O ağrı-acılı günləri xatırlamaq elə də asan deyil. Kəndimiz çoxlu şəhid verdi. Bir həftə yol gəldik – atam, anam, iki bacım (10-12 yaşlarında), iki qardaşım və mən. Üç gün atamdan xəbərsiz qaldıq. Bir-birimizi itirmişdik. İki ay İmişli rayonunda qaldıq. Sonra Masallıya gəldik, Seybətində məskunlaşdıq.”
    Doluxsunur. Bir neçə dəqiqədən sonra titrək səslə sözünə davam edir: ”Erməni qəsbkarlarının torpaqlarımızı işğal altında saxlaması səbir kasamızı doldurmuşdu. Köçkünlük dövründə doğmalarımızı bir-bir itirdikcə ümidimiz də tükənirdi. Əmim, nənəm, atam Cəmil kişi (1936-2009), ... yurd həsrətilə dünyasını dəyişəndə düşünürdük ki, biz də bu xəbəri eşitmədən köçüb gedəcəyik. Onların ən böyük arzusu doğma Füzuliyə – Qərvəndə qayıtmaq idi. İndi isə hədsiz dərəcədə qürurlanırıq. Əsgərlərimiz qisasımızı alır. İnşallah yenə kəndimizə qayıdarıq. Gözəl təbiəti var Qərvəndin – 15 quyulu kəhriz, bulaqları, dərələri, geniş otlaq sahələri ...”
    Vaxtilə heyvandarlıqla məşğul olublar. Müsahibim deyir ki, kənd sakinlərinin əsas məşğuliyyəti maldarlıq, üzümçülük, taxılçılıq olub. Əliyevlər ailəsi isə şəxsi təsərrüfatda 570 baş xirda buynuzlu mal-qara bəsləyirmiş. Dayandur kəndə dönən kimi bütün təsərrüfatı sıfırdan quracağını vurğulayır.
    O, deyir:”Şükür Allaha ki, məcburi köçkün statusundan qurtulduq, gələcək nəslə deməyə sözümüz var – biz qələbə çaldıq. Azərbaycanın hər yeri torpağımızdır. Lakin uşaqlıqdan hər cığırına bələd olduğum o ərazilərə – Füzuliyə, Qərvəndə getmək üçün səbirsizlənirəm. Hər kəsə doğulub boya-başa çatdığı yurdu, kəndi əzizdir, əvəzedilməzdir. Bu xoş xəbəri eşidən andan sanki illərdən bəri itirdiyimi tapmış kimiyəm. Elə bil özümdə deyiləm, yuxulutək gəzib-dolanıram. Ehtiyatlanıram ki, birdən başıma iş gələr, doğma Qərvəndi görə bilmərəm. Həmən günəcən özümü qorumağa çalışıram.
    Bura da bizimçün Vətəndir. Masallılar, seybətinlilər də bizə doğmadır. Az müddət deyil. Neçə illərdir ki, bu səmimi, qayğıkeş insanlara qaynayıb-qarışmışıq. Onlardan ayrılmaq bizimçün çətin olacaq. Qardaşlarım Oruc, Bayandur və mən burda ailə həyatı qurmuşuq. Hər birimiz üç övlad atasıyıq. Qardaşım qızı və iki bacım burdakı evimizdən gəlin köçüb.
    Peyk vasitəsilə kəndimizin xəritəsinə baxmışam, kənddəki evimiz uçulub-dağılıb, boş divarları qalıb. Bu görüntülərdən ürəyim parçalansa da artıq o günlər arxada qalıb. Doğma Füzulimizdə zəfər bayrağımız dalğalanır! 72 yaşlı Minayə anam hər gün Prezidentimiz üçün dua edib deyir ki, Allah dövlətimizin başçısına ömür versin, ona inamımız sonsuzdur, yenə oraları cənnətə çevirərik. Təki ata-baba yurdumuza – Füzuliyə dönək. Əminəm ki, Qərvənddəki ocağımız daha da gur yanacaq.”
    Oktyabrın 17-də ölkə rəhbərinin xalqımıza müraciətində söylədiyi kimi:”Mən bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu münasibətlə əziz füzulililəri ürəkdən təbrik edirəm. Uzun illərin doğma torpaq həsrəti sona çatır. Biz öz üzərimizə düşən missiyanı şərəflə yerinə yetiririk, ölkəmizin ərazi bütövlüyünü bərpa edirik və bərpa edəcəyik... Biz Füzuliyə qayıdacağıq, biz bütün kəndləri yenidən quracağıq, abadlaşdıracağıq. O kəndlərə həyat qayıdacaq.”
    Hər gün eşitdiyimiz xoş cəbhə xəbərləri – zəfər müjdələrindən ötrü başda Ali Baş Komandan İlham Əliyev olmaqla, güclü, qüdrətli ordumuza borcluyuq. İşğaldan qurtulan hər qarış torpaq əsgərlərimizin şücaəti, igidlərimizin qan bahasına başa gəlir. Şəhidlərimizin ruhu, qəhrəman oğullar böyüdən ata-anaların qarşısında baş əyirik.
                                                                                               
    AKİF AĞAYEV,
    “Yeni həyat”,      
    www.yeniheyet.az
     
     шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    2. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    3. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    4. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    5. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    6. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    7. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    8. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    9. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    10. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    11. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    12. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    13. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    14. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    15. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    16. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    17. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    18. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    19. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    20. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    21. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    22. 11:15 DİQQƏT! DİQQƏT!
    23. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    24. 13:51 Masallı rayonunun 95-ci ili
    25. 13:48 Masallı rayon İcra Hakimiyyəti başçısının təbriki
    26. 17:16 Masallıda rayon rəhbərinin 07 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    27. 17:33 Masallının Şıxlar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 06.08.2025
    28. 17:30 Masallının Şıxlar kəndində 06 avqust 2025-ci il tarixdə səyyar qəbul
    29. 21:47 Elçinə ağı - Xalq yazıçısı Anar yazır
    30. 15:25 MASALLI RAYONUNUN SOSİAL İQTİSADİ İNKİŞAFININ MAKROİQTİSADİ GÖSTƏRİCİLƏRİ AÇIQLANMIŞDIR - STATİSTİKA
    31. 07:36 Boradigah qəsəbəsində şəhid ailəsi üçün təmir edilən evə baxış keçirilib
    32. 07:35 Rayon rəhbəri Boradigah qəsəbəsində görülən işlərlə tanış oldu
    33. 11:53 Ana dilimiz tarixdən gələn səsimizdir
    34. 23:30 Ana dilimiz tarixdən gələn səsimiz, gələcəyə gedən yolumuzdur
    35. 16:27 Rayon rəhbəri xəstəxanada şəhid ailəsini ziyarət etdi-01.08.2025
    36. 23:30 Prezident İlham Əliyev Azərbaycan dili haqqında
    37. 18:43 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 15-31 iyul 2025-ci il
    38. 18:41 Masallının yollarında təmir işləri davam etdirilir 15-31 iyul 2025
    39. 18:38 Masallıda 15-31 iyul 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    40. 18:09 Masallıda abadlıq və xeyriyyə işləri 15-31 iyul 2025
    «    Avqust 2025    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031
    DÜNYA XƏBƏRLƏRİ