• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Qazi: Oğlum olsa, ona şəhid komandirimin adını qoyacam

    Qazi: Oğlum olsa, ona şəhid komandirimin adını qoyacam

    Qazi: Oğlum olsa, ona şəhid komandirimin adını qoyacam
     
    27 sentyabr - 10 noyabr. Bu Azərbaycan xalqının unutmayacağı , 44 günlük müqəddəs Vətən müharibəsi, zəfər müharibəsinin tarixidir. İgid vətən oğullarının qəhrəmanlıq hekayələrindən hələ çox danışılacaq, çox dastanlar yazılacaq.
     
    Bugünkü qəhrəmanımız Vətən müharibəsinin odundan, alovundan keçmiş qazi Nuri Cavid Vidadi oğludur. Cavid 1999-cu il fevralın 15-də Masallı şəhərində (İsgəndərli yaşayış məntəqəsində) dünyaya göz açıb.
    - Cavid, müharibə başlayana qədər hamı düşünürdü ki, gənc nəsil Qarabağı unudub. Vətən çağırmasaydı müharibəyə getmək istəyərdiniz?
    -2 il öncə həqiqi hərbi xidmətdə olmuşam. İyul döyüşləri zamanı könüllü olaraq Səfərbərlik Xidmətinə və Müdafiə Nazirliyinə müraciət etmişdim. Vətən müharibəsi başlayan gündən könüllü oldum və döyüşlərdə iştirak etdim. 44 günlük müharibənin 36 gününü döyüş bölgəsində, ön cəbhədə - Füzuli, Cəbrayıl, Hadrut və Şuşa istiqamətlərində gedən döyüşlərdə iştirak etmişəm.

    şəkildə: Nuri Cavid
     
    - Həkim dedi ki, bu müharibə sənin bədənində daşıyacağın xatirə buraxıb?
    - Hə. Noyabrın 1-i qəlpə yarası aldığım üçün xəstəxanaya yerləşdirildim. Qolum, çənəm və bud hissəmdə 4 qəlpə var. Onları çıxartmaq mümkün olmadı. Çünki sinir toxumalarına çox yaxındır.
    - Döyüşçülərdə ruh yüksəkliyi necə idi? İnanırdınız ki, qələbə bizim olacaq?
    - Könüllülərimiz, zabitlərimiz, komandirlərimiz, hamı yüksək döyüş əhval- ruhiyyəsində idi. Biz bilirdik ki, qələbə əldə edəcəyik. Hətta yaralı olduğumuz halda belə komandirlərdən gizlədirdik ki, bizi geri göndərməsinlər. Son nəfəsimizə kimi döyüşmək idi fikrimiz. Şəhidlərimizin qisasını almaq, 30 illik həsrətə son qoymaqdan başqa bir şey düşünmürdük. Biz hər şeyi gözə almışdıq. Vətənimiz üçün canımız fəda.
    - Ön cəbhədə baş verənlərdən, döyüş yoldaşlarınızdan danışmağınızı istərdik.
    - Bir komandirimiz var idi. O, ilk getdiyim gündən fərqliliyi ilə mənim diqqətimi çox cəlb edirdi. Komandir, baş leytenant Səid Rəşidzadə könüllü olaraq cəbhəyə gəlmişdi. Qorxmaz, şücaətli bir insan idi. Səid bayrağa görə özünü fəda etdi. Hadrutun ilk yüksəkliyində üçrəngli bayrağımızı sancmaq üçün təpəyə qalxmışdı. Bir neçə saat öncə bizimlə deyib-gülən insan gözümüzün qarşısında düşmənin snayperinə tuş gəldi və şəhid oldu. Mən söz vermişəm, inşallah əgər oğlum olsa, komandirimin xatirəsini yaşatmaq üçün adını Səid qoyacağam.

    şəkildə: Səid Rəşidzadə

    Kapitan Elbrus Mikayılov da komandirlərimizdən idi, könüllü olaraq gəlmişdi. Çox bacarıqlı, təcrübəli, ağıllı, savadlı bir insan idi. Biz ondan həm həyat, həm də döyüş təcrübəsi qazandıq. Yaralı əsgərlər üçün canı bahasına olsa belə, əlindən gələni edirdi.
    Baş Leytenant Allahyar Telmanlı 2016-cı il aprel döyüşlərində snayper yarası almışdı. Buna baxmayaraq o yenə də vətən müharibəsi başlayanda könüllü olaraq ordu sıralarına yazılmışdı. Vətən sevgisi onun üçün hər şeydən öndə idi. Döyüş zamanı yenidən snayper atəşinə tuş gəldi, şəhidlik məqamına yüksəldi.

    şəkildə: Elbrus Mikayılov
     
    Masallı rayonunun Boradigah qəsəbəsindən olan vətənin qeyrətli, mərd oğlu Rükabzadə İbrahim Rasif oğlu vətən müharibəsində qəhrəmancasına şəhid olan qardaşlarımızdan biridir. İbrahimin Zəngilan, Qubadlı, Cəbrayıl rayonlarının alınmasında payı olub. Xocavənd-Xankəndi istiqamətində şücaət göstərərək haqqın dərgahına qovuşdu. Rükabzadə İbrahim atasına son zəngində "Mənim zəngimi daha gözləməyin. Ata, sənə elə bir sənəd verəcəm ki, o sənədin qiyməti olmayacaq”, deyə bildirib.

    şəkildə: İbrahim Rükabzadə 

    Biz ermənilərin nə qədər döyüş silahlarını və maşınlarını ələ keçirmişdik. Kapitan Ülvi Hüseynov əslən Naxçıvan rayonunun Sabir kəndindən idi. O qədər qorxmaz, mərd insan idi ki, ermənilərin tankını ələ keçirmişdi və həmin tankla kəndə düşüb əsgərlər üçün ərzaq, paltar gətirmişdi. Təsəvvür edin, özünü necə təhlükəyə atmışdı. Biz həmin ərzaqla 5-6 gün dolana bildik. Yaralı halda eşitdim ki, qələbəyə 4-5 gün qalmış şəhadət məqamına yüksəlib. İnanın, hələ də özümə gələ bilməmişəm.
    - Əsgərlərlə bağlı yayılan şəkillərə baxıb qürur duyuruq. Bir şəkil var idi –əsgər öz yaralı döyüş yoldaşını çiynində daşıyır.
    - Bəli. Şuşada biz yaralananda 15 nəfər, bəlkə də daha çox yaralımız var idi. Özümüz yaralı olsaq belə, ayağından zədə alıb gəzə bilməyən döyüş qardaşlarımıza kömək edirdik. Son gücümüzə qədər hamımız bir-birinə yardım edirdik.
    - Əsgərlərə yardım məqsədli soyqatlar və məktublar göndərilirdi. Həmin ərzaqlar, məktublar sizə gəlib çatırdımı?
    - Bəli çatırdı. Bizə məktublar yazırdılar. Açıb oxuduqda çox təsirlənirdik. Ərzağın üzərində bir məktəbli uşaq məktub göndərmişdi. Heç unutmaram, məktubun birində yazıımışdı: “Səninlə fəxr edirik! Azərbaycan əsgəri, irəli!”. Biz o məktubları oxuduqca daha da çox ruhlanırdıq.
    - Qəhrəmanlıq necə hissdir?
    - Biz Qarabağ qaziləri özümüzü qəhrəman hesab etmirik, çünki əsl qəhrəmanlar şəhidlərdir. Onların yanında bu adı özümüzə layiq görmürük. Şəhidlərimizin sayəsində biz qələbə əldə etmişik.
    - Müharibədən sonra hamı əsgərlər üçün əlindən gələni etməyə çalışır. Bu diqqət, qayğını görə bilirsinizmi xalq tərəfindən?
    - Xəstəxanaya analarımız, bacılarımız qurbanlar kəsib gətirirlər. Bizə əllərindən gələni etməyə çalışırlar. Qürurvericidir bu. Hər kəs bu müharibədə əlindən gələni etdi.
    - Siz, qazi və şəhidlərimizin qanı bahasına alınan o torpaqlara getmək istərdinizmi?
    - Əlbəttə. O torpaqlara həm hüznlə, həm də sevinclə gedəcəyik. Bir yandan kədərlənirik ki, bir səngərdə yatdığımız, bir yerdə çörək kəsdiyimiz insanları itirdik. Digər yandan isə sevinc hissi keçiririk ki, şəhidlərimizin qanı yerdə qalmadı, qisasları alındı.
     
    Leyla Mirzə,
    “Bizim yol”.шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    2. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    3. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    4. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    5. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    6. 12:28 Vətənə xidmətdə keçən ömür
    7. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    8. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    9. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    10. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    11. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    12. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    13. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    14. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    15. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    16. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    17. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    18. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    19. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    20. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    21. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    22. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    23. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    24. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    25. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    26. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    27. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    28. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    29. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    30. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    31. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    32. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    33. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    34. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    35. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    36. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    37. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    38. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    39. 11:15 DİQQƏT! DİQQƏT!
    40. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ