• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Qardaşı Aprel döyüşlərində, özü isə Vətən müharibəsində - Şuşada şəhid oldu

    Qardaşı Aprel döyüşlərində, özü isə Vətən müharibəsində - Şuşada şəhid oldu

    Qardaşı Aprel döyüşlərində, özü isə Vətən müharibəsində - Şuşada şəhid oldu

    Nurlan və İntiqam qardaşları Masallı rayonunun Viləş kəndində doğulub boya-başa çatıblar. Hər ikisi hərb sənətini seçiblər. Onlar təkcə qardaş yox, həm də döyüş yoldaşı olublar. Heç vaxt bir-birilərindən ayrılmayan qardaşların hər ikisi Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyat bölüyundə xidmət edib.
    Nurlan Əsgərov Azərbaycanda, qardaşı İntiqam Əsgərov isə Türkiyədə kəşfiyyat kursunu bitirib. Nurlan Aprel döyüşlərində, İntiqam isə Vətən müharibəsində - Şuşa uğrundakı döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.
    Dörd il əvvəl - Aprel döyüşlərində Nurlan Əsgərov Talış kəndi istiqamətindəki döyüşlərdə düşmənin xeyli canlı qüvvəsini məhv edib. 21 yaşlı döyüşçü qardaşı İntiqamın gözləri önündə şəhid olub.
    Nurlanla döyüşçü yoldaşlarının yanında mərmi partlayıb, üç nəfər həlak olub, iki nəfər isə ağır yaralanıb. Yaşca özündən kiçik qardaşının cansız bədənini döyüş meydanından da elə İntiqam özü çıxarıb...
    İgid döyüşçülərin anası Ziba Əsgərova oğlanları ilə fəxr etdiyini bildirib: “Mən övladlarımla fəxr edirəm. Vətənimə, xalqıma layiqli övlad böyütmüşəm. Düşmən bizim ağladığımızı, sarsıldığımızı görməməlidir. Biz onlara göstərməliyik ki, igidlərin arxasında igid durur. Balam İntiqam qardaşı Nurlanın intiqamını, dostlarının qisasını aldı, axıracan getdi, Şuşaya qədər döyüşdü. Orada da şəhid oldu. İntiqam şəhidlik yolunda da qardaşını tək buraxmadı. Əvvəldən də bir yerdə idilər, indi də bir yerdə oldular, cənnətdə qovuşdular...”
    İki şəhid atası Bayram Əsgərov deyir ki, böyük oğlu İntiqama həm Vətəninin, həm qardaşı Nurlanın, həm də döyüşçü yoldaşlarının intiqamını almaq nəsib oldu: “Övladlarım həmişə Vətəni düşünərdilər. İstəmirdilər ki, torpaqlarımız düşmən tapdağı altında qalsın. Qardaşı şəhid olandan sonra İntiqam gözləyirdi ki, nə vaxtsa hücum əmri veriləcək və düşmən ayağı o torpaqlardan birdəfəlik təmizlənəcək. İntiqam Vətəninin, qardaşının, döyüş yoldaşlarının qisasını aldı. Amma, öz ömrünə də şəhidlik yazıldı. Oğlum Şuşada şəhid oldu. Şuşada qazanılan Zəfərdə İntiqamın da payı var...”
    Hazırda Əsgərovlar ailəsində 30 yaşlı İntiqamın Nur adlı balaca qızı böyüməkdədir. Aprel şəhidi olan əmisi Nurlanın şərəfinə onun adını Nur qoyublar. Ailənin gəlini isə bətnində İntiqamın varisini daşıyır. Ziba nənə nəvəsinə indidən atasının adını qoyacağını deyib.
    Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə şəhid gizir Əsgərov İntiqam Bayram oğlu ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb.


     шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 12:28 Vətənə xidmətdə keçən ömür
    2. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    3. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    4. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    5. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    6. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    7. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    8. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    9. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    10. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    11. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    12. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    13. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    14. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    15. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    16. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    17. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    18. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    19. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    20. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    21. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    22. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    23. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    24. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    25. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    26. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    27. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    28. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    29. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    30. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    31. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    32. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    33. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    34. 11:15 DİQQƏT! DİQQƏT!
    35. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    36. 13:51 Masallı rayonunun 95-ci ili
    37. 13:48 Masallı rayon İcra Hakimiyyəti başçısının təbriki
    38. 17:16 Masallıda rayon rəhbərinin 07 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    39. 17:33 Masallının Şıxlar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 06.08.2025
    40. 17:30 Masallının Şıxlar kəndində 06 avqust 2025-ci il tarixdə səyyar qəbul
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ