• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Azərbaycan Prezidenti İlham Əliyev ICESCO-nun Baş direktorunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

    Azərbaycan Prezidenti İlham Əliyev ICESCO-nun Baş direktorunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

     Azərbaycan Prezidenti İlham Əliyev ICESCO-nun Baş direktorunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

    Yeniheyet.az President.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
    Qonaqları salamlayan Prezident İlham Əliyev dedi:
    - Xoş gəlmisiniz, Baş direktor.
    Hörmətli qonaqlar, xoş gəlmisiniz. Sizi görməyə çox şadam. Səfəriniz üçün, işğaldan azad edilmiş əraziləri ziyarət etmək üçün vaxt tapdığınıza görə sizə çox minnətdaram. Mənə məlumat verilmişdir ki, dünən siz müharibə zamanı Azərbaycanın işğaldan azad olunmuş şəhərlərini ziyarət etmisiniz və özünüz vəziyyətin şahidi oldunuz. Hər şey tamamilə məhv edilib. Bizim bu barədə məlumatımız var idi. Çünki işğal edilmiş ərazilərdə vəziyyətlə bağlı bizdə müəyyən görüntülər var idi. Lakin səmimi desəm, biz dağıntıların bu qədər geniş vüsət almasını heç təsəvvürümüzə belə gətirə bilməzdik. Bu, onu nümayiş etdirir ki, torpaqlarımızı işğal altında saxlayan ölkə Azərbaycan mədəniyyətinin izini silmək istəyirdi. Azərbaycan xalqının irsini məhv etmək istəyirdi. Biz açıq-aydın başa düşürük ki, bu dağıntılar Birinci Qarabağ müharibəsindən sonra edilmişdir. Bu, müharibə zamanı edilməmişdir, çünki müharibə zamanı bu cür dağıntıları etmək mümkün deyil. Bu, Azərbaycan xalqına məxsus hər şeyi məhv etmək və gələcəkdə azərbaycanlıların geri qayıtmasına imkan verməmək üçün işğaldan sonra edilmişdir. Bu, bir daha onu nümayiş etdirir ki, demək olar, 30 illik danışıqlar ərzində Ermənistanın yalnız bir məqsədi olmuşdur, bu da danışıqları sonsuz və faydasız etmək idi və bu da baş verdi. Çünki demək olar ki, bu 30 illik danışıqlar prosesində heç bir nəticə yox idi. Yalnız danışıqlar, yalnız səfərlər, yalnız bəyanatlar var idi, lakin heç bir nəticə yox idi. Bu da təcavüzkara işğal olunmuş ərazilərin tarixi, mədəni və dini mənşəyini dəyişməyə cəhd etmək imkanını verdi.
    Qanunsuz məskunlaşma siyasəti hərbi cinayətdir və onlar işğalın son dönəmində bu siyasəti heç gizlətmirdilər belə. Onlar dünyanın müxtəlif yerlərindən erməni mənşəli insanları gətirir və onları tarixi Şuşa şəhəri də daxil olmaqla tarixi Azərbaycan ərazilərində məskunlaşdırırdılar. Şəhər və kəndlərimizin adlarını dəyişirdilər, hətta xristian dini abidələrinin mənşəyini belə dəyişirdilər. Onlar xristian dininə ibadət edən qədim udilərin dini irsinin mənşəyini dəyişirdilər. Onlar qədim Qafqaz Albaniyasının kilsələrini erməni kilsələrinə çevirirdilər. Beləliklə, onlar cinayət predmeti olan bir çox əməllər törədiblər.
    Sizin də yəqin bildiyiniz kimi, artıq Azərbaycan ziyanın qiymətləndirilməsi prosesinə başlamışdır. Yəni, yaxşı tanınmış beynəlxalq şirkətlərin köməyi ilə maddi, mədəni, mənəvi, ekoloji ziyan hərtərəfli qiymətləndiriləcək və bu da bizə təcavüzkar Ermənistan dövlətini beynəlxalq məhkəmələrə vermək imkanı yaradacaq.
    44 günlük müharibə regionda vəziyyəti dəyişdi. Dediyim kimi, müharibə bitib, biz növbəti səhifəyə keçməliyik. Biz ağrını, yaraları heç vaxt unutmayacağıq. Yaralar heç vaxt sağalmayacaqdır. Biz qəhrəmanlarımızı heç vaxt unutmayacağıq. Lakin, eyni zamanda, biz gələcəyə baxmalıyıq və əraziləri, tam viran qalmış ərazini yenidən qurmalıyıq və biz bunu edəcəyik, artıq bu işlərə başlanılıb. İnfrastruktur layihələri, şəhər planlaması və yenidənqurmanın bir çox digər mühüm elementləri artıq icra olunmaqdadır. Bu il biz bu işlər üçün əsaslı vəsait ayırmışıq.
    Beləliklə, biz beynəlxalq birliyin sülh yolu ilə edə bilmədiyini və ya etmək istəmədiyini güc yolu ilə etdik. Azərbaycanın tarixi torpaqlarının azad edilməsi təkcə bizim tariximizdə tarixi hadisə deyil, eyni zamanda, müharibələr tarixində əlamətdar hadisədir. Çünki biz demək olar ki, mümkünsüz kimi görünəni etdik. Zabit və əsgərlərimizin şücaəti və cəsarəti, müvafiq planlama, bütün xalqın sadiqliyi və birliyi ilə bunu etdik.
    Cənab baş direktor, sıx əməkdaşlıq etdiyimiz bütün bu illər ərzində şəxsən sizə və ICESCO-ya Azərbaycana davamlı dəstək göstərdiyinizə görə minnətdarlığımı bildirmək istəyirəm. Xüsusilə müharibə zamanı qəbul edilmiş qərarlara görə təşəkkürümü bildirmək istəyirəm. Müharibə başlayandan bir neçə gün sonra - oktyabrın əvvəlində ICESCO Azərbaycanın ədalətli mövqeyinə çox dəstəkləyici bir bəyanat verdi və qərarlar qəbul etdi. Həmçinin bizim şanlı Zəfərimizdən sonra sizin mənə Qələbə münasibətilə göndərdiyiniz təbrik məktubunuza görə də minnətdarlığımı bildirmək istəyirəm. Bütün bunlar bizim birliyimizi, bizim xalqımızın birliyini nümayiş etdirir. Bildiyiniz kimi, Azərbaycan İslam həmrəyliyi ilə bağlı məsələləri həmişə güclü təşviq etmişdir və ICESCO Azərbaycanda çoxsaylı tədbirlər keçirmişdir. Ümidvaram ki, bu, belə də davam edəcək. Biz həmişə müsəlman ölkələri arasında birliyə çağırış etmişik. Sizin Ağdamda və digər yerlərdə gördükləriniz, həmçinin Ermənistan rəhbərliyinin müsəlmanların dini hisslərinə və tarixinə necə münasibət bəslədiyini göstərir. Onlar biri istisna olmaqla bizim bütün digər məscidlərimizi dağıdıblar. Ağdamdakı məscidi onlar ona görə tam dağıtmamışdılar ki, Azərbaycan Ordusu irəli gedəndə onların artilleriya hücumlarını planlaşdırmaq üçün ərazidə müəyyən bir oriyentirə ehtiyacı var idi. Onlar məsafəni ölçməli idilər. Səbəb bu idi. Lakin bizim məscidlərdə onların donuzları və inəkləri necə saxlaması ilə bağlı çoxsaylı şəkillər var. Bu, təkcə azərbaycanlıların təhqir edilməsi deyil, bu, bütün müsəlmanlara qarşı təhqirdir. Zəngilanın işğaldan azad edilmiş ərazilərinə səfərim zamanı mən tamamilə dağıdılmış məscidə baş çəkdim. Şuşada onlar bütün məscidləri tamamilə dağıdıblar, bir məsciddən başqa. O da yarımçıq dağıdılmışdı, lakin sonra İslama aid mədəni və dini məkanları qoruduqlarını nümayiş etdirmək adı altında onlar bəzi təmir işləri görməyə çalışmışdı. Əfsuslar olsun ki, bir xarici şirkət bu təxribatçı təşəbbüsə qoşulmuş və bizim icazəmiz olmadan qanunvericiliyimizi, sərhədlərimizi pozaraq Şuşaya gəlmişdi. Həmin xarici şirkət Azərbaycan hökumətinin icazəsi olmadan, Dağlıq Qarabağda həmin vaxt mövcud olan qanunsuz rejimin himayədarlığı altında bəzi təmir işləri görmüşdü. Beləliklə, onlar cinayətkarlarla əlbir oldular, çünki ermənilər işğal edilmiş ərazilərdə demək olar ki, 70 məscidi dağıdıblar. Bu məscidlərdən birində təmir işləri aparmağa çalışmaq, sadəcə olaraq, onların sanki özlərini tolerant olduqlarını, müsəlman mədəniyyətinə, müsəlmanların hisslərinə hörmət etdiklərini nümayiş etdirmək cəhdi idi. Əgər onların münasibəti belə idisə, niyə digərlərini dağıdıblar və niyə digərlərini təmir etməyiblər? Şuşaya gəlmiş həmin xarici şirkət digər məscidlərin, bütün dini və mədəni irsin dağıdıldığını görmədi? Onlar hətta bunu dağıdan separatçılardan da pis davrandılar. Lakin biz hər şeyi bərpa edəcəyik. Biz hər şeyi ilkin vəziyyətinə gətirəcəyik, əraziləri yenidən quracağıq. Əminəm ki, gələn dəfə siz bizə səfər edəndə mənim Azərbaycan mədəniyyətinin paytaxtı elan etdiyim Şuşanı da ziyarət etmək imkanınız olacaq.
    Mənim sizinlə müzakirə etmək istədiyim məsələlərdən biri də ICESCO-nun Azərbaycanda regional mərkəzi ilə bağlı məsələdir. Bilirsiniz ki, bu məsələ son 3-4 il idi müzakirə olunurdu və biz bu müzakirələrə yenidən nəzər salmaq istəyirik. Əgər müsbət irəliləyiş olsa, düşünürəm ki, biz bunu çox tezliklə edə bilərik. Bu, bizim üçün və İslam həmrəyliyinin güclənməsinə, İslam mədəni irsinin qorunmasına töhfə verən bütün insanlar üçün çox mühüm əhəmiyyət kəsb edəcək.
    Cənab baş direktor, bir daha sizi salamlayıram, sizin indi - müharibə bitəndən sonra səfər etməyinizə dostluq və qardaşlıq nümunəsi kimi xüsusi önəm verirəm. Beləliklə, xoş gəlmisiniz.
    X X X
    ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik dedi:
    –Zati-aliləri, təşəkkür edirəm. Rəhbərlik etdiyim nümayəndə heyəti ilə görüşməyiniz mənim üçün böyük şərəfdir. Mən hər zaman Sizi əzmli, həqiqətən öz ölkəsi üçün mübarizə aparan, digərlərinə yol göstərən uzaqgörən liderlərdən biri kimi görmüşəm. Siz Qoşulmama Hərəkatının sədrisiniz. Sizin BMT Baş Assambleyasının sonuncu sessiyasındakı çıxışınıza istinad etmək istəyirəm, dediniz ki, Azərbaycan son 30 ildə 120-dən çox ölkəyə dəstək verib, çox sayda beynəlxalq forumlar təşkil edib. Bu, dünyaya böyük kömək deməkdir. Düşünürəm ki, bunun sayəsində Azərbaycan dünyada aparıcı ölkələr sırasındadır.
    Zati-aliləri, əmin olun ki, Azərbaycan hər zaman bizim üçün prioritet olub və olmağa davam edəcək. Biz Qələbəni qeyd etdik, çünki bu, bizim bir parçamızdır, Sizin Qələbəniz ICESCO-nun qələbəsinin bir parçasıdır. Bizim üzv dövlətlərimiz çox önəmlidir və biz kimliyindən asılı olmayaraq onları hər zaman dəstəkləyəcəyik. Mənimlə birlikdə ən önəmli insanlar gəlib. Mən onların baş verənlərin şahidi olmalarını və həmçinin Qələbəni qeyd etmələrini istəyirəm. Professor Rahil Qamar. O, elm və innovasiya sektorunun rəhbəridir və İslamabadda yerləşən COMSATS Universitetinin rektoru olub. Professor Məhəmməd Zeynalabdin. O, mədəniyyət üzrə baş katibdir və altı ay bundan əvvəl Tunisin mədəniyyət naziri idi. Səfir Xalid tərəfdaşlıq üzrə direktordur. Biz, həmçinin sivilizasiya dialoqu üzrə mərkəz də qururuq. O, Sudanın Mərakeş Krallığında səfiri və Sudanın sabiq Prezidentinin xüsusi müşaviri olub. Həmçinin cənab Sami. O, Misirin ən məşhur qəzetlərindən biri olan “Əl-Əhram”ın redaktoru olub. Beləliklə, görürsünüz ki, biz, ilk növbədə, Sizi təbrik etmək üçün buradayıq. Ölkənizə səfər edib Sizinlə görüşmək və bu mühüm Qələbənin qeyd edilməsində iştirak etməklə bağlı dəvətinizi yüksək qiymətləndiririk.
    Biz işğaldan azad edilmiş ərazilərə səfər etdik və əvvəllər heç vaxt görmədiyimiz bir faciəni gördük. Tamamilə dağıdılmış, yerlə-yeksan edilmiş şəhər, bu, tamamilə qeyri-insani əməldir və heç bir ölçüyə sığmır. Bu, bəşəriyyət əleyhinə cinayətdir. Lakin dünən yerli hakimiyyət rəhbərlərində və vətəndaşlarda yenidənqurma əzmi və istəyinin şahidi olduq. Mən nazirlə söhbətimdə dedim ki, sadəcə, hökumətin dəstəyi ilə həmin insanlar Qarabağı yenidən quracaq. Biz dünən görüşdüyümüz hər kəsdə məhz bunu hiss etdik. Bu cür istəyi görmək bizi qürurlandırdı.
    X X X
    Sonra Prezident İlham Əliyev ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik və nümayəndə heyətinin üzvləri ilə xatirə şəkilləri çəkdirdi.
    Daha sonra ICESCO-nun Baş direktoru Qələbə münasibətilə Prezident İlham Əliyevə xatirə hədiyyəsi təqdim etdi.
    Salim bin Məhəmməd əl-Malik: Bu, Qələbəni əks etdirir. Burada Bismillahir Rəhmanir Rəhim deyilir. Burada deyilir ki, biz Qələbəni qeyd edirik və burada Allahın Məhəmməd peyğəmbərə kəlamları var.
    Prezident İlham Əliyev: Çox sağ olun.
    Salim bin Məhəmməd əl-Malik: Burada Zati-aliləri Prezident İlham Əliyev üçün yazılıb, Dağlıq Qarabağda Qələbəni qeyd edirik, bu, bizim loqodur. Zati-aliləri, bu qılıncın 100-dən çox yaşı var.
    Prezident İlham Əliyev: Çox sağ olun. Bizim Qələbənin rəmzi dəmir yumruq idi, artıq bizdə qılınc var. Təşəkkür edirəm.

     

    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 12:28 Vətənə xidmətdə keçən ömür
    2. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    3. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    4. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    5. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    6. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    7. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    8. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    9. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    10. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    11. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    12. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    13. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    14. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    15. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    16. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    17. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    18. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    19. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    20. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    21. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    22. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    23. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    24. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    25. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    26. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    27. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    28. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    29. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    30. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    31. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    32. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    33. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    34. 11:15 DİQQƏT! DİQQƏT!
    35. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    36. 13:51 Masallı rayonunun 95-ci ili
    37. 13:48 Masallı rayon İcra Hakimiyyəti başçısının təbriki
    38. 17:16 Masallıda rayon rəhbərinin 07 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    39. 17:33 Masallının Şıxlar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 06.08.2025
    40. 17:30 Masallının Şıxlar kəndində 06 avqust 2025-ci il tarixdə səyyar qəbul
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ