• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda Xocalı soyqırımı ilə bağlı anım tədbirləri keçirilib

    Masallıda Xocalı soyqırımı ilə bağlı anım tədbirləri keçirilib


    "Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir" mövzusunda videokonfrans 

    25.02.2021-ci il tarixində Masallı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Masallı Dövlət Regional Kollecinin müəllim və tələbələrinin iştirakı ilə  
    "Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı törədilmiş cinayət" mövzusunda videokonfrans keçirilib.
    İlk öncə tədbir iştirakçıları vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
    Sonra Mərkəzin direktoru Dilbər İbayeva çıxış edərək bildirib ki, XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədi nə idi? Bu bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən ümumiyyətlə Xocalını yer üzündən birdəfəlik silmək məqsədi idi. Çünki Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Bu xüsusi mədəniyyət tarixə Xocalı-Gədəbəy mədəniyyəti kimi düşmüşdür. Xocalının kurqanları və digər abidələri, həmçinin müxtəlif növ məişət əşyaları insan cəmiyyətinin inkişaf dinamikasını özündə əks etdirən maddi mədəniyyət nümunələridir. Erməni işğalından sonra bütün bu maddi mədəniyyət abidələrinin məhv edilməsi və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının texnika vasitəsiylə darmadağın edilməsi erməni vandalizminin bariz nümunəsi olmaqla yanaşı dünya mədəniyyətinə qarşı zorakılıq aktıdır.
    Masallı Dövlət Regional Kollecinin direktor müavini Dilarə Hüseynova çıxışına Ulu Öndər Heydər Əliyevin bu sözləri ilə başlayıb: "Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir." O, qeyd edib ki, bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırıma siyasi-hüquqi qiyməti ilk dəfə ümummilli lider Heydər Əliyev vermişdir.
    Masallı Dövlət Reginal Kollecinin müəllimi Günay Məmmədova isə bildirib ki, Azərbaycanın ən yeni tarixini yazan, xalqımızın şərəfini, şanını, uca tutan, onun namusu və qeyrəti yolunda yorulmaz mübarizə aparan sevimli sərkərdəmiz - Ali Baş Komandanımız cənab İlham Əliyev 2020-ci ilin sentyabr ayının 27-dən noyabr ayının 9-na kimi apardığı 44 günlük müharibə meydanında erməni cəlladlarından Xocalı faciəsinin intiqamını aldı, xalqımıza baş ucalığı gətirdi. Bununla da yenilməz sərkərdəmiz nəinki Xocalı faciəsinin, hətta bütün işğal olunmuş Azərbaycan torpaqlarının intiqamını aldı. Xalqımız heç bir vaxt bəşər tarixinin ən ağır və amansız cinayəti olan Xocalı faciəsini unutmayacaqdır. 44 günlük müharibə ərzində şəhid olan, vətən torpaqlarını öz müqəddəs qanları ilə yuyan 2855 nəfər şəhid oğullarımızı həmişə qəlbimizdə saxlayacaq, onları şərəflə yad edəcəyik.
    Yekunda tələbələrdən Səbinə Mirzəyeva və Arzu Tağıyeva mövzu ilə bağlı çıxış ediblər.


    Masallı Xalq Teatrının "Xocalıya gəlirik" adlı virtual tamaşası

      
    Fevralın 24-də Masallı Xalq Teatrının Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş "Xocalıya gəlirik" adlı virtual tamaşası oynanılıb.
    Sosial şəbəkələr vasitəsilə izləyicilərə canlı təqdim olunan tamaşada erməni millətçilərinin qaniçən və quldur xisləti aktyorların parlaq səhnə işilə ortaya qoyulub. Eyni zamanda, tamaşada Xocalıya qayıdış və işıqlı gələcəyə olan güclü inam obrazların timsalında ustalıqla ifadə olunub.
    Virtual tamaşada teatrın rejissoru Cəmaləddin Əliyev, istedadlı gənc aktyorlar Cavid Quliyev və Mərhəmət Lələyev, bədii qiraətçi Ziyafət Hüseynov iştirak ediblər.

     

    Masallı Elektrik Şəbəkəsində Xocalı faciəsinin 29-cu il dönümünə həsr olunmuş tədbir

     

    25 fevral 2021-ci il tarixdə Masallı Elektrik Şəbəkəsinin inzibati binasında Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar olaraq şəbəkə rəisi Səfərov Gündüz, Masallı EŞ-nin Balans-uçot şöbəsinin rəisi Famil Yaqubov, Baş mühəndis Səfər İslamov, mühasib Ceyhun Əhədov, texnik Maarif Salayev və digər işçilərinin iştirakı ilə anım tədbiri keçirilib.
    Masallı Elektrik Şəbəkəsinin rəisi Gündüz Səfərov çıxış edərək bildirib ki, Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106 qadın, 70-i qoca olmaqla 613 Xocalı sakini qətlə yetirilmişdir. O, Xocalı soyqırımının Azərbaycan tarixinə ən dəhşətli faciəli hadisələrdən biri kimi daxil olduğunu, bu soyqırımın eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayət olduğunu və bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş, ağılasızmaz qəddarlığı bəşər tarixində bir vəhşilik aktı olduğunu qeyd edib.
    Balans-uçot şöbəsinin rəisi Famil Yaqubov çıxışında vurğulayıb ki, Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərdən, müasir dövrə qədər tarix və mədəniyyət əsərlərini özündə əsk etdirirdi. Erməni işğalından sonra bütün bu maddi-mədəniyyət abidələrinin məhv edilməsi, dünyanın ən qədim qəbiristanlığı olan Xocalı qəbristanlığının texnika vasitəsi ilə darmadağın edilməsi, erməni vandalizmininin bariz nümunəsi olmaqla dünya mədəniyyətinə qarşı zorakılıqdır.
    Masallı Elektrik Şəbəkəsinin texniki Maarif Salayev isə Xocalı soyqırımını Azərbaycan tarixində ən dəhşətli faciəli hadisələrdən biri kimi xarakterizə edərək, bu soyqırımın eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayət olduğunu diqqətə çatdırıb.


    Masallı Regional Meşə Təsərrüfatı Mərkəzində Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilmiş anım tədbiri

     Fevralın 25-də Masallı Regional Meşə Təsərrüfatı Mərkəzində Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilmiş anım tədbiri keçirliib.
    Mərasimdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Girş sözü ilə çıxış edən Mərkəzin direktoru Adəm İsmiyev Xocalı soyqırımının XX əsrin ən dəhşətli və qəddarcasına törədilmiş faciəsi olduğunu bildirib. O, deyib ki, Azərbaycan xalqı və dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaq.


    Masallı rayon Baytarlıq idarəsində Xocalı soyqırımına həsr olunmuş anım mərasimi

     
    25.02.2020-ci il tarixində Masallı Rayon Baytarlıq İdarəsində Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
    Mərasimi Masallı Rayon Baytarlıq idarəsinin rəisi Azər Məmmədov açıb. Sonra faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Anım tədbirində Baytarlıq idarəsinin rəis müavini Dədəmir Təhməzov, aparıcı baytar həkimlər Şəfaət Ağayev və Məmmədağa Əliyev faciə ilə bağlı fikirlərini bölüşüblər.
    İdarənin kompüter operatoru Şəfəq İbrahimzadə faciənin tarixi haqqında məlumat verib.
    Sonda Xocalı soyqırımına həsr edilmiş slayd nümayiş edilib.

     

    Tarix-Diyarşünaslıq Muzeyində "Xocalı harayı" mövzusunda onlayn tarix dərsi

     
    Fevralın 24-də R.Tağıyev adına Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş “Xocalı harayı” mövzusunda növbəti onlayn tarix dərsi keçirilib.
    Onlayn dərsdə Masallı şəhər 2 saylı tam orta və rayonun Dəmirçi kənd ümumi orta məktəblərinin müəllim və şagirdləri iştirak ediblər.
    Onlayn dərsdən əvvəl məktəblilərin ifasında dövlət himnimiz səsləndirilib.
    Sonra vətən uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
    Muzeyin direktoru Əntiqə Tağıyeva tarix dərsi ərzində Xocalı faciəsi haqqında məktəblilərə təfərrüatlı məlumatlar verib. Əməkdar mədəniyyət işçisi bildirib ki, faciənin törədildiyi gecə 613 dinc Xocalı sakini xüsusi amansızlıqla qətlə yetirilib, 1275 sakin isə girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin aqibəti bugünədək məlum deyil. Bütün bunlar erməni terrorçuları tərəfindən öncədən düşünülmüş, planlaşdırılmış və ağlasığmaz üsullarla həyata keçirilmişdir.
    Ə. Tağıyeva Azərbaycan tarixinə faciəli səhifələrdən biri kimi daxil olmuş Xocalı soyqırımını təkcə xalqımıza qarşı deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş ən qanlı cinayət aktlarından biri kimi xarakterizə edib. O, həmçinin onlayn dərs əsnasında soyqırımla bağlı digər faktları da dinləyicilərin nəzərinə çatdırıb.
    Onlayn tarix dərsindən sonra məktəblilər Xocalı soyqırımına həsr olunmuş şeirlər ifa ediblər.
    Mövzu ətrafında müzakirələr aparılıb, məktəblilərin sualları cavablandırılıb.


    Xocalıya həsr olunmuş akvarellə çəkilmiş əsərlərin nümayişi

      
    Masallı Rayon Dövlət Rəsm Qalereyasında Xocalı soyqırımıilə bağlı Masallı onbirillik İncəsənət Məktəbinin şagirdlərinin rəsm əsərlərindən ibarət sərgi təşkil olunub.
    Sərgidə Həşimova Zeynəb, Məmmədova Aysel, Kazımzadə Turan, Dadaşova Günay, Zeynalova Zeynəb, Babazadə Aytac, Kazımova Mirzeynəb, Səlimova Dilbər və İsayeva Nurayın akvarellə çəkdikləri əsərlər nümayiş edilib.
    Uşaqlar Xocalıda baş verən dəhşətli hadisələri fırçanın dili ilə çatdırmağa çalışıblar.
    Məlumat üçün bildirək ki, sərgi fevralın 27-nə kimi davam edəcək.

    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 17:26 Masallıda rayon rəhbərinin 19 iyun 2025-ci il tarixli vətəndaş qəbulu
    2. 19:01 Masallının Göyəçöl kəndində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    3. 18:59 Masallının Göyəçöl kəndində 18 iyun 2025-ci il tarixdə səyyar qəbul
    4. 16:54 Masallıda şəhid Zeynal Şahhüseynlinin şəhadətinin 4-cü ildönümü anıldı
    5. 16:52 Rayon rəhbəri Böyük Kolatan kəndində I Qarabağ müharibəsi əlilinin yas mərasimində iştirak etdi
    6. 15:03 Şuşa Bəyannaməsi ilə Türkiyə-Azərbaycan  birliyinin tarixi manifesti yazıldı.
    7. 23:30 Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası  
    8. 11:48 Milli Qurtuluş fəlsəfəsinin banisi
    9. 23:30 15 İyun - Milli Qurtuluş Günü
    10. 23:30 İşğaldan azad olunmuş ərazilərin yeni infrastrukturun yaranması bərpası, yenidənqurma işləri
    11. 23:30 Mötəbərliyin, qarşılıqlı etimadın, əmanətin tərənnümü
    12. 23:30 Tarixi qələbəyə aparan yol
    13. 23:30 Real təhdidlər qarşısında qalmış suverenlik
    14. 19:21 Rayon rəhbəri I Qarabağ müharibəsi əlilinin yas mərasimində iştirak etdi
    15. 19:18 Masallıda “Qurtuluşa gedən yol” mövzusunda konfrans
    16. 18:11 Masallıda taxıl biçini xeyriyyə aksiyası ilə başladı
    17. 18:09 Daşınmaz əmlakın sığortalanmasının faydası
    18. 18:08 Masallıda rayon rəhbərinin 12 iyun 2025-ci il tarixli vətəndaş qəbulu
    19. 18:05 Masallıda Gənclər və idman naziri vətəndaşları qəbul etdi
    20. 12:45 15 iyun Milli Qurtuluş günü - milli qurtuluş ideologiyasının təntənəsidir  
    21. 12:17 ULU ÖNDƏR VƏ YOX OLMAQDAN QURTULAN AZƏRBAYCAN..
    22. 21:00 Böyük xilkaskar - Masallıda tədbir
    23. 16:56 Masallının Təzəkənd kəndində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 11.06.2025
    24. 16:25 Masallının Təzəkənd kəndində 11 iyun 2025-ci il tarixdə səyyar qəbul
    25. 15:36 15 İyun – Milli Qurtuluş Günü: Azərbaycanın Tarixində Dönüş Nöqtəsi  
    26. 11:31 Masallıda Qurban bayramı - 2025
    27. 17:17 Masallıda 5 iyun – Su Təsərrüfatı və Meliorasiya işçilərinin peşə bayramı qeyd edildi
    28. 17:14 Masallıda ət kəsim məntəqələrində dezinfeksiya işləri aparılır
    29. 14:07 Masallıda rayon rəhbəri 1 yaşlı şəhid qardaşının doğum günündə
    30. 14:05 Masallıda rayon rəhbərinin 05 iyun 2025-ci il tarixli vətəndaş qəbulu
    31. 15:12 “Sağlam Məktəbli” layihəsi uğurla davam etdirilir
    32. 14:15 Masallının Hişkədərə ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    33. 14:11 Masallının Hişkədərə kəndində 04 iyun 2025-ci il tarixdə səyyar qəbul
    34. 13:55 Azərbaycan bu gün qlobal səviyyədə aparıcı dövlətə çevrilmişdir
    35. 12:55 Azərbaycanda yaşıl enerjinin həyata keçməsi istiqamətində mühüm işlər həyata keçrilməkdədir
    36. 23:00 Ölkəmizin təbii sərvətlərinin dünya iqtisadiyyatındakı yeri və rolu  
    37. 22:09 Masallıda rayon rəhbəri qalib futbolçuları qəbul edib
    38. 19:43 Masallıda “3 İyun-Ümumdünya Velosiped Günü” münasibəti ilə veloyürüş
    39. 19:39 Rayon rəhbəri Kolatan ərazisindəki əkin sahələrində
    40. 23:00 Azərbaycanın müasir enerji strategiyası-Xəzər Neft və Qaz Sərgisi
    «    İyun 2025    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    DÜNYA XƏBƏRLƏRİ