Masallı Gənclər və İdman İdarəsinin kollektivi şəhid ailəsini ziyarət edib
- 9-03-2021, 20:04
- Siyasət
- 0
- 691
Masallı Gənclər və İdman İdarəsinin kollektivi şəhid ailəsini ziyarət edib
Martın 9-da Masallı rayon Gənclər və İdman İdarəsinin kollektivi Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə yüksələn Sultanzadə Niyaməddin Hüsaməddin oğlunun ailəsini ziyarət edib.
Ziyarət zamanı şəhidin ailəsinin qayğıları dinlənilb.
Ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Məlumat üçün bildirək ki, Niyaməddin Hüsaməddin oğlu Sultanzadə 10 sentyabr 1998-ci il tarixdə Masallı şəhərində anadan olub. 2005-2016-cı illərdə şəhər 1 nömrəli tam orta məktəbində təhsil alıb. Orta təhsilini başa vurduqdan sonra 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində, «N» saylı hərbi hissədə xidmət etməyə başlamışdır.
10 oktyabr 2018-ci il tarixindən 3 saylı Regional Su Kanal İdarəsinin Masallı su kanal sahəsində xlorator-sutəmizləyici qurğularının operator peşəsi üzrə çalışırdı...
Azərbaycan Dövlət Aqrar Universitetinin aqronomluq fakültəsinin (qiyabi) ikinci kurs tələbəsi idi.
Azərbaycan Ordusunun könüllü əsgəri olan Niyaməddin Sultanzadə 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli və Cəbrayıl rayonları uğrunda gedən döyüşlərdə düşmənlərə qarşı böyük mərdliklə vuruşmuş və Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 22 noyabr 2020-ci il tarixdə Masallı şəhər Dadva qəbiristanlığında izdihamla dəfn olunub. Subay idi...
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Niyaməddin Hüsaməddin oğlu Sultanzadə ölümündən sonra «Vətən uğrunda» medalı ilə təltif edilib.
www.yeniheyet.az