Masallıda qazilərlə görüş keçirilib
- 8-06-2021, 16:22
- Siyasət
- 0
- 1 087

İyunun 8-də Masallı şəhər “Cümə” məscidində qazilərlə görüş keçirilib.
Məscid rəhbərliyinin təşəbbüsü ilə təşkil olunan görüş öncəsi ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Masallı RİHB aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, millət vəkili Məşhur Məmmədovun köməkçisi Mirnizam Vahabov 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm qələbədə Ali Baş Komandan İlham Əliyevin və rəşadətli Azərbaycan Ordusunun müstəsna rolunun olduğunu qeyd ediblər.

Görüşdə qazilərə hədiyyələr təqdim edilib.
Sonda Masallı şəhərindəki Qəhrəmanlar abidəsi ziyarət edilib, şəhidlərin ruhuna dualar oxunub.



Akif AĞAYEV,
“Yeni həyat”,
www.yeniheyet.az