• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallının Boradigah qəsəbəsində şəhidlər abidəsinin açılışı olub

    Masallının Boradigah qəsəbəsində şəhidlər abidəsinin açılışı olub

    Masallının Boradigah qəsəbəsində şəhidlər abidəsinin açılışı olub
     
    Masallı rayonunun Boradigah qəsəbəsində, “Boradigah şəhidlər abidəsi” adlı Birinci Qarabağ və Vətən müharibəsi döyüşlərində şəhid olmuş qəsəbə oğullarının, Azərbaycanın Milli Qəhrəmanları Polad Həşimov və Mübariz İbrahimovun xatirəsinə inşa edilən abidənin açılışı mərasimi keçirilib.
    Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, Milli Məclisin deputatları Məşhur Məmmədov və Anar İsgəndərov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Tovuz döyüşlərinin qəhrəmanı, şəhid general-mayor, Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun anası Səmayə xanım, şəhid ailələri və qazilərin yaxınları, döyüş yoldaşları, hərbi qulluqçular, müharibə veteranları, ziyalılar, ağsaqqallar və gənclər, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
    Qəsəbə sakinləri və qonaqlar “Boradigah şəhidlər abidəsi”nı ziyarət edib, abidə önünə çiçək dəstələri düzüb, Vətən uğrunda şəhid olan oğulların xatirəsini ehtiramla anıblar.
    Ara məsafəsi gözlənilməklə tədbirdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov geniş nitqində bildirib ki, hər birimiz üçün əziz və müqəddəs olan 15 iyun tarixi müasir Azərbaycanın milli müstəqilliyinin, hüquqi dövlət quruculuğunun başlanğıcıdır. Daxili çəkişmələr, iqtisadi böhran içərisində çalxalanan Azərbaycanın xilas yolunu müəyyənləşdirən Ulu Öndər Heydər Əliyevin 15 iyun 1993-cü ildə Ali Sovetin sədri seçilməsindən sonra respublikada siyasi sabitlik təmin olunmaqla iqtisadi, siyasi, sosial inkişafın keyfiyyətcə yeni mərhələsi başlanıb. Hakimiyyətə qayıdışı ilə müstəqilliyimizin əbədi qarantı kimi həm də iqtisadi inkişafımızın strategiyasını müəyyənləşdirən Heydər Əliyev qətiyyəti sayəsində Azərbaycan yenidən dirçəlib, bəlkə də heç bir liderin, dövlət başçısının yerinə yetirə bilmədiyi bir missiyanı reallaşdıran Dahi Heydər Əliyev “Əsrin müqaviləsi” kimi əfsanəvi bir kontraktın imzalanmasını gerçəkləşdirməklə tarixi şəxsiyyət kimi tanınıb. Elə 44 günlük Vətən müharibəsi də Ulu Öndərin vəsiyyətlərinin, onun syasi varisi, Azərbaycan Prezidenti, Ali Baş Komandan möhtərəm İlham Əliyevin xalq üçün etdiyi, yaratdığı yeni tarixdir.
    Tovuz döyüşlərinin qəhrəmanı, şəhid general-mayor, Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun anası Səmayə xanım şəhidlərin keçdiyi şərəfli döyüş yolundan, ordumuzun Vətən müharibəsində yazdığı tarixi salnamədən, ərazi bütövlüyümüz uğrunda şəhid olanların qisasının düşməndən layiqincə alındığından danışıb. Vətən müharibəsinə gedən yol məhz Polad Həşimov kimi oğulların şəhidliyindən keçirdi. Qəhrəman döyüşçülərimiz kəndləri, şəhərləri, qəsəbələri bir-birinin ardınca azad etdikcə, düşmənləri məhv etdikcə, şəhidlərimizin intiqamını qat-qat artıqlaması ilə aldıqca qələbəyə daha da yaxınlaşırdılar. Döyüşçülər idarə etdikləri tank və digər zirehli texnikanın üzərinə Həzi Aslanov, Mübariz İbrahimov, Albert Aqarunov adları ilə yanaşı, general Polad Həşimovun da adını yazırdılar. Torpaqlarımızın işğaldan azad edilməsi, respublikamızın ərazi bütövlüyünün təmin olunması qəhrəmanlıq simvoluna çevrilmiş general Polad Həşimovun arzusu idi...
    Şəhid generalın anası Səməayə xanım Boradigahda oğlunun xatirəsinə göstərilən ehtirama görə ölkə rəhbərinə, qədirbilən xalqımıza minnətdarlığını bildirib. Əlbəttə, Səmayə ananın qəsəbəyə qonaq gəlməsi təsadüfi hal deyil. “Boradigah şəhidlər abidəsi”nin solunda onun oğlu, general Poladın ayaqüstü portreti canlanıb. Ana Qəhrəman oğlunun həmin rəsminə baxaraq, köks ötürdü…
    Abidənin sağ tərəfində isə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun ayaqüstə portreti, ortada isə qəsəbənin Birinci Qarabağ və Vətən müharibəsində şəhid olan 10 nəfər övladının portreti həkk olunmuşdur.
    Sonra Vətən müharibəsi şəhidi İbrahim Rükabzadənin əmisi Gülhüseyn Talıbov çıxış edərək bildirib ki, İbrahim sgərliyini Goranboy rayonunun Aşağı Ağcakəndinin “N” saylı hərbi hissəsində davam etdirdi. 2019-cu il iyun ayının 2-də Xüsusi Təyinatlı Qüvvələrə qatılmışdır. Ötən ilin 27 sentyabrda başlanan müharibədə iştirak etmişdir. O, Cəbrayıl şəhərinin, Zəngilan, Qubadlı və Xocavəndin alınmasındada iştirak etmişdir. 21 oktyabr Xocavənd rayonunda şəhid olur. Oktyabr ayının 23-ü şəhid Boradigah qəsəbəsində böyük izdihamla dəfn edilmişdir.
    Şəhidlərin yaxınları abidənin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürlərini bildirərək dövlət tərəfindən yüksək diqqət və qayğı ilə əhatə olunduqlarını qeyd ediblər.
    Qeyd etmək yerinə düşər ki, “Boradigah şəhidlər abidəsi”ni qəsəbə tam orta məktəbini 2001-ci ildə bitirən məzunları hazırlamışlar.
    Sonda məktəblilər şəhidlərin xatirəsinə həsr olunan şeirlər söyləyiblər.



     
    www.yeniheyet.az

     

     

     шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:55 Azərbaycan Prezidentinə yazırlar
    2. 16:53 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:52 Azərbaycan Prezidentinə yazırlar
    4. 16:49 Azərbaycan Prezidentinə yazırlar
    5. 16:47 Azərbaycan Prezidentinə yazırlar
    6. 16:45 Azərbaycan Prezidentinə yazırlar
    7. 15:46 Ömrünü Masallının inkişafına həsr edən ata və oğulun  qısa, maraqlı tarixçəsi
    8. 15:36 Masallıda rayon rəhbərinin 18 sentyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    9. 10:38 Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi
    10. 10:34 30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU
    11. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    12. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    13. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    14. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    15. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    16. 12:28 Vətənə xidmətdə keçən ömür
    17. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    18. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    19. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    20. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    21. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    22. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    23. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    24. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    25. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    26. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    27. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    28. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    29. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    30. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    31. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    32. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    33. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    34. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    35. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    36. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    37. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    38. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    39. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    40. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ