• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallının Hüseynhacılı kəndində “Şəhidlər bulağı” istifadəyə verilib

    Masallının Hüseynhacılı kəndində “Şəhidlər bulağı” istifadəyə verilib

    Hüseynhacılılı şəhid Elçin Novruzovun ad günündə “Şəhidlər bulağı” istifadəyə verilib

    Avqustun 9-da Masallı rayonunun Hüseynhacılı kəndində şəhid Elçin Novruzovun xatirəsinə ucaldılan abidənin açılışı olub. Əlamətdar gün şəhid Elçin Novruzovun doğum gününə təsadüf edib.
    “Şəhidlər bulağı” abidə kompleksi Hüseynhacılı kəndində inşa olunub. Abidə kompleksi Vətən müharibəsində canını fəda edən kəndin qəhrəman oğlu Elçin Qismət oğlu Novruzovun xatirəsinə tikilib.
    “Şəhidlər bulağı”nın açılışında Masallı Rayon İcra Hakmiyyətinin başçısı Şahin Məmmədov və aparatı, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların nümayəndələri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, kənd ictimaiyyəti iştirak edib.
    Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
    Masallı RİH başçısı Ş.Məmmədov geniş nitqində qəhrəman oğullarımızın şücaətindən bəhs edib, 44 günlük Zəfər yürüşündə qəhrəman oğulların igidliyindən söhbət açıb. Bildirilib ki, Ulu Öndərin siyasi varisi, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və qüdrətli Azərbaycan Ordusunun şücaəti nəticəsində ölkəmizin ərazi bütövlüyü təmin edildi. Həmçinin şəhidlərimizin qisası alındı. Əyilən belimiz dikəldi. Başımız dik oldu… Bunları bizə şəhidlər yaşatdı, qəhrəmanlıqlarını nəsillərdən-nəsillərə əbədi ötürdülər...
    Çıxış edən Hüseynhacılı kənd ümumi orta məktəbinin direktoru Yadigar Şəmmədov bildirib ki, Vətənin qəhrəman oğulları Ali Baş Komandanın rəhbərliyi ilə düşmənə qarşı döyüşərək torpaqlarımızı azadlığa qovuşdurdu. Elçinin də ən böyük arzusu torpaqlarımızı azad görmək idi. -O, 1996-cı ildə Hüseynhacılı kənd ümumi orta məktəbinin birinci sinfinə daxil olub. 2005-ci ildə həmin məktəbin doqquzuncu sinfini bitirib. 2005-ci ildə Ə.Məmmədov adına Öncəqala kənd tam orta məktəbin onuncu sinfinə daxil olub və 2007-ci ildə həmin məktəbi bitirib. Orta təhsilini başa vurduqdan sonra, çağırışçı kimi 2007-ci ilin oktyabr ayında Bakının Qaradağ rayonunun Şıxov qəsəbəsində, «N» saylı Hava Hücumundan Müdafiə hissəsinə hərbi xidmətə yollanıb və həmin hərbi hissədən tərxis olunub, — deyə Yadigar müəllim qeyd edib.
    Qeyd edək ki, Azərbaycan Ordusunun könüllü əsgəri Elçin Novruzov 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Ordusunun düşmənin hücumlarının qarşısını almaq üçün həyata keçirdiyi əks-həmlə əməliyyatları zamanı könüllü əsgər kimi döyüşlərdə iştirak etmişdir. Füzuli istiqamətində düşmən səddinin yarılmasında Elçin və döyüşçü yoldaşları qəhrəmanlıqları ilə seçilib. Həmin döyüşlərdə düşmənə qarşı böyük mərdliklə döyüşərək şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
    Tədbirə toplaşan şəhid anaları adından çıxış edən Viləş kənd sakini, iki şəhid anası Ziba Əsgərova isə dövlət qayğısına və övladlarının qəhrəmanlıqlarını yüksək qiymətləndirdiklərinə görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya və Masallı icra başçısına minnətdarlıq bildirib.
    Hüseynhacılı kənd məktəbinin şagirdləri Çingiz, Səlahətdin, Bəsti, Çinarə, Türkanə və Xədicə şəhidləri vəsf edən şeirlər söyləyiblər.
    Masallı RİH başçısı Ş.Məmmədov tədbirdə iştirak edən əsgər və qazilərlə görüşüb, onların qayğıları ilə maraqlanıb.
    Tədbir iştirakçılar “Şəhidlər bulağı” abidəsini ziarət edib, üstünə təzə-tər çiçək dəstələri düzüblər.
    Mərasimin sonunda 16 noyabr 2020-ci il tarixdən kənd qəbiristanlığında uyuyan Elçinin məzarı ziyarət olunub.

     
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 10:59 Xankəndi,Xocalı,Xocavənd və Ağdərədə quruculuq-abadlıq işləri böyük coşqu ilə həyata keçirilir
    2. 10:57 20 Sentyabr –Dövlət Suverenliyi Günü
    3. 16:55 Azərbaycan Prezidentinə yazırlar
    4. 16:53 Azərbaycan Prezidentinə yazırlar
    5. 16:52 Azərbaycan Prezidentinə yazırlar
    6. 16:49 Azərbaycan Prezidentinə yazırlar
    7. 16:47 Azərbaycan Prezidentinə yazırlar
    8. 16:45 Azərbaycan Prezidentinə yazırlar
    9. 15:46 Ömrünü Masallının inkişafına həsr edən ata və oğulun  qısa, maraqlı tarixçəsi
    10. 15:36 Masallıda rayon rəhbərinin 18 sentyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    11. 10:38 Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi
    12. 10:34 30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU
    13. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    14. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    15. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    16. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    17. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    18. 12:28 Vətənə xidmətdə keçən ömür
    19. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    20. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    21. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    22. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    23. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    24. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    25. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    26. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    27. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    28. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    29. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    30. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    31. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    32. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    33. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    34. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    35. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    36. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    37. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    38. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    39. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    40. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ