• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallının Mahmudavar kəndində şəhidlərin xatirəsinə ucaldılmış abidənin açılışı olub

    Masallının Mahmudavar kəndində şəhidlərin xatirəsinə ucaldılmış abidənin açılışı olub

    Masallının Mahmudavar kəndində şəhidlərin xatirəsinə ucaldılmış abidənin açılışı olub 

    Masallı rayonunun Mahmudavar kəndində 1941-1945-ci illər Böyük Vətən müharibəsi, Birinci Qarabağ müharibəsi və 44 günlük Vətən müharibəsində şəhid olmuş kənd sakinlərinin xatirəsinə ucaldılan «Şəhidlər abidəsi»nin açılışı olub.
    Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatının, hüquq-mühafizə orqanlarının rəhbərlərinin, SHXÇDX-nin rayon şöbəsinin, Gənclər və İdman idarəsinin və Gənclər evinin kollektivinin, şəhid ailələri, qazilər, hərbçilər və müharibə iştirakçılarının, ictimaiyyət nümayəndələrinin, şəhidlərin yaxınları, kənd sakinlərinin iştirak etdiyi anım tədbirindən öncə Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən oğulların xatirəsi ehtiramla yad edilib.
    Sonra tədbir iştirakçıları şəhidlər abidəsini ziyarət edib, abidə önünə gül-çiçək dəstələri düzüblər.
    Tədbirdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, Milli Məclisin deputatları – Məşhur Məmmədov, Anar İsgəndərov, şəhid ailələri -Famil Məmmədov və Akif Qasımov, Qüdrət Babayev adına Mahmudavar kənd ümumi orta məktəbinin müəllimi Elşad Nəsirov, Mahmudavar kənd tam orta məktəbinin direktoru Kinəxanım Əliyeva və başqaları Azərbaycan Ordusunun qüdrətindən, hərbçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, xalqla ordunun birliyindən geniş danışıblar.
    Çıxışlarda 44 günlük Vətən müharibəsində Zəfər qazanan Azərbaycan Ordusunun şəhidlərin qanını yerdə qoymadığı, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyi və qazanılan Böyük Qələbənin tarixi əhəmiyyəti xüsusi vurğulanıb. Həmçinin qeyd edilib ki, Şanlı Zəfər tarixini yazan Vətən oğulları Azərbaycan xalqının, hər bir vətəndaşının hər zaman qəlbində yaşayacaq.
    Sakinlər şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
    Qeyd edək ki, bu kənddən olan 1941-1945-ci illər Böyük Vətən müharibəsi, Birinci Qarabağ müharibəsi və 44 günlük Vətən müharibəsində şəhid olmuş kənd sakinlərinin adları, soyadları, atalarının adları yazılmış və şəkilləri təsvir olunmuş «Şəhidlər abidəsi»nin ərsəyə gəlməsində Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yaşayan sahibkar, əslən mahmudavarlı Əliabbas Kərəm oğlu Nəsirov və kənd sakini Maarif Seyfulla oğlu Nəbiyevin xüsuci əməyi vardır.
    Anım mərasimində Mahmudavar kənd uşaq bağçasının balaca fidanlarının ifasında Vətənə məhəbbət hissilə yoğrulmuş poeziya buketi təqdim olunub.





     
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    2. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    3. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    4. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    5. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    6. 12:28 Vətənə xidmətdə keçən ömür
    7. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    8. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    9. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    10. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    11. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    12. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    13. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    14. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    15. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    16. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    17. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    18. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    19. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    20. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    21. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    22. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    23. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    24. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    25. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    26. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    27. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    28. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    29. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    30. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    31. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    32. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    33. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    34. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    35. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    36. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    37. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    38. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    39. 11:15 DİQQƏT! DİQQƏT!
    40. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ