• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda şəhid Amid Salayevin anım günü

    Masallıda şəhid Amid Salayevin anım günü

    Masallıda şəhid Amid Salayevin anım günü qeyd edilib
     
    Masallıda Vətən müharibəsi şəhidi əsgər Amid Salayevin il mərasimi münasibətilə tədbir keçirilib.
    Mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, Milli Məclisin deputatı Məşhur Məmmədov, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilat rəhbərləri, YAP Masallı Rayon Təşkilatının fəalları, şəhid ailələri, qazilər, kənd sakinləri və s. iştirak ediblər.
    RİH başçısı qeyd edib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasəti və tapşırığı sayəsində şəhid ailələri dövlət qayğısı ilə əhatə olunublar. Şəhidlərimiz hər zaman bizim qəlbimizdə əbədi yaşayacaqlar...
    Anım mərasimində 44 günlük Vətən müharibəsində və Birinci Qarabağ müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi ehtiramla anılıb, onlara Allahdan rəhmət dilənib.
    Şəhidin məzarı ziyarət olunub, üzərinə tər çiçəklər düzülüb. Bildirilib ki, Azərbaycanın müzəffər ordusu 44 gün ərzində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında misilsiz hərbi zəfər qazandı, erməni ordusunu darmadağın etdi. Vətən müharibəsində şəhid olan hərbçilərimizin ailələrinin sosial problemlərinin hər zaman dövlətimiz tərəfindən diqqət mərkəzində saxlanıldığı vurğulanan anım mərasimində o da qeyd edilib ki, Azərbaycan xalqı Qarabağın azadlığı uğrunda tarix yazan qəhrəmanlarımızı daim fəxr və iftixarla anacaq.
    Şəhidin valideynləri göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bil diriblər.
    İl mərasimində Sığdaş kənd qəbiristanlığında uyuyan şəhid əsgər Amid Yadulla oğlu Salayevin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.

    Məlumat üçün bildirək ki, Amid Yadulla oğlu Salayev 10 fevral 2002-ci ildə Masallı rayonunun Sığdaş kəndində anadan olmuşdur.
    2019-cu ildə Sığdaş kənd tam orta məktəbini müvəffəqiyyətlə bitirmiş və 2020-cu ilin aprel ayında SHXÇDX-nin Masallı rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır.
    Hərbi xidmətə Ağcəbədi rayonunda, «N» saylı hərbi hissədə başlamışdır. Amid fiziki hazırlığına, idman göstəricilərinə, istedadına, biliyinə və bacarığına görə hərbi hissənin kəşfiyyat bölüyündə xidmətini davam etdirirdi...
    Düşmən Sentybrın 27-dən başlayan ordumuzun əks - hücumunun qarşısında tab gətirə bilmədi. Füzulinin, Cəbrayılın dağlıq ərazilərindəki yüksəkliklərindən müqavimət göstərməyə cəhd edirdilər. Ancaq başa düşmürdülər ki, torpaq, Vətən uğrunda döyüşən, ölümün gözlərinə gülə - gülə baxan, vətənpərvər bir ordunun qarşısını almaq çətindir.
    Amid də kəşfiyyatçı kimi Vətən torpaqlarının azad olunması uğrunda gedən döyüşlərdə iştirak edirdi. O, bir çox döyüş əməliyyatlarında qəhrəmanlıqla iştirak edir və böyük şücaət göstərirdi. Amid Vətən qarşısında əsgəri borcunu vicdanla, şərəflə yerinə yetirmiş və Füzuli rayonunun azad olunması uğrunda gedən döyüşlərdə son damla qanına qədər vuruşaraq qəhrəmancasına şəhid olmuşdur.
    Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamlarına əsasən Masallı rayonunun Sığdaş kəndindən olan Vətən müharibəsinin şəhid əsgəri Amid Salayev ölümündən sonra «Vətən uğrunda» və və «Füzulinin azad olunmasına görə» medalları ilə təltif edilmişdir.
    Şəhidin nəşi 4 oktyabr 2020-ci il tarixdə Sığdaş kənd qəbiristanında torpağa tapşırılıb.

     www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 17:29 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-30 iyun 2025-ci il
    2. 17:28 Masallıda 01-30 iyun 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    3. 17:27 Masallının yollarında təmir işləri davam etdirilir 01-30 iyun 2025
    4. 17:25 Masallıda abadlıq və xeyriyyə işləri 01-30 iyun 2025
    5. 12:40 Masallıda 2025-cü ilin iyul ayına olan səyyar-görüş qəbulları barədə
    6. 09:39 Strateji tərəfdaşlıq əlaqələri
    7. 23:30 “8 Noyabr” elektrik stansiyasının açılışı  enerji siyasətinin yeni mərhələsidir  
    8. 23:30 Elektrik enerjisində stratejik əməkdaşlıq
    9. 18:16 Masallının Çaxırlı ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 25.06.2025
    10. 18:14 Masallının Çaxırlı kəndində 25 iyun 2025-ci il tarixdə səyyar qəbul
    11. 18:08 Masallı rayon İcra Hakimiyyətinə 4 yeni təyinat
    12. 12:49 Sığdaş kəndində ziyarətgah yolu cari təmir olundu
    13. 08:41 Azərbaycan əsgərinin vətənpərvərlik ruhu  
    14. 08:37 Mütəşəkkil ordu böyük tarixi xidmətlərdən biridir
    15. 23:30 H.Əliyev və  ordu quruculuğu   
    16. 20:06 Masallıda Məhərrəm ayının başlanması ilə əlaqədar ümumrayon tədbiri
    17. 20:02 Masallıda "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş tədbir keçirilib
    18. 19:56 Qalıb Azərbaycan Ordusu
    19. 17:38 Rayon rəhbəri Xəstəxanada şəhid atasını ziyarət etdi
    20. 17:35 Masallının Dövlət qulluqçuları Ulu Öndərin abidəsi önünə gül dəstələri düzdülər
    21. 17:29 Masallıda Dövlət Qulluqçularının Peşə bayramı günü münasibətilə tədbir
    22. 11:29 ŞANLI AZƏRBAYCAN ORDUSU
    23. 11:24 Masallıda dövlət qulluqçularının sayı açıqlanıb - STATİSTİKA
    24. 23:30 26 İyun-Azərbaycan Respublikasının Silahlı Qüvələri Günüdür
    25. 23:30 Azərbaycan ordusu qələbənin, sülhün və suverenliyin dayağıdır
    26. 16:07 Masallı rayon İcra Hakimiyyətinin şöbə müdiri medalla təltif olundu
    27. 10:00 Peşəkar ordumuz
    28. 23:30 Güclü Ordu-Güclü Dövlətin təməlidir
    29. 21:16 Azərbaycan dövlətinin gücü və qüdəti daha da möhkəmlənir
    30. 21:11 Vətənə layiqincə xidmət edən Azərbaycan ordusu!
    31. 21:04 PEŞAKAR AZƏRBAYCAN ORDUSU
    32. 19:02 Ələşrəf Niftiyev 80
    33. 17:26 Masallıda rayon rəhbərinin 19 iyun 2025-ci il tarixli vətəndaş qəbulu
    34. 19:01 Masallının Göyəçöl kəndində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    35. 18:59 Masallının Göyəçöl kəndində 18 iyun 2025-ci il tarixdə səyyar qəbul
    36. 16:54 Masallıda şəhid Zeynal Şahhüseynlinin şəhadətinin 4-cü ildönümü anıldı
    37. 16:52 Rayon rəhbəri Böyük Kolatan kəndində I Qarabağ müharibəsi əlilinin yas mərasimində iştirak etdi
    38. 15:03 Şuşa Bəyannaməsi ilə Türkiyə-Azərbaycan  birliyinin tarixi manifesti yazıldı.
    39. 23:30 Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası  
    40. 11:48 Milli Qurtuluş fəlsəfəsinin banisi
    «    İyul 2025    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    DÜNYA XƏBƏRLƏRİ