• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda Vətən Müharibəsi şəhidi, baş gizir İntiqam Abbasovun anım mərasimi

    Masallıda Vətən Müharibəsi şəhidi, baş gizir İntiqam Abbasovun anım mərasimi

    Masallıda Vətən Müharibəsi şəhidi, baş gizir İntiqam Abbasovun anım mərasimi 

    Sentyabrın 29-da Masallı rayonunun Köçəkli kəndində Vətən müharibəsinin şəhidi, baş gizir İntiqam Abbasovun ildönümü ilə bağlı anım mərasimi keçirilib.
    Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olmuş baş gizir İntiqam Abbasovun birinci ildönümü ilə bağlı anım mərasimi şəhidin anadan olduğu Köçəkli kəndində olub.
    Anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, Milli Məclisin deputatı Məşhur Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, kənd sakinləri və s. iştirak ediblər.
    İcra başçısı qeyd edib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasəti və tapşırığı sayəsində şəhid ailələri dövlət qayğısı ilə əhatə olunublar. Məhz bu gün ölkə rəhbərliyi tərəfindən aparılan siyasət şəhidlərimizə, Vətən Müharibəsi qəhrəmanlarına, qazi və şəhid ailələrinə sonsuz ehtiramın nümunəsidir. Şəhidlərimiz hər zaman bizim qəlbimizdə və əbədi yaddaşımızda yaşayacaqlar...
    Anım mərasimində 44 günlük Vətən müharibəsində və Birinci Qarabağ müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ruhuna dualar oxunub, onlara Allahdan rəhmət dilənib.
    Mərasimin sonunda Köçəkli kənd qəbiristanlığında uyuyan şəhid baş gizir İntiqam Abbasovun məzarı ziarət olunub, «Yasin» surəsi oxunub.
    Məlumat üçün bildirək ki, şəhid baş gizir İntiqam Abbasov 1978-ci il sentyabrın 21-də həmin kənddə anadan olmuş, burada böyümüş, orta təhsil almışdır. İntiqam məktəbdə xüsusən riyaziyyat fənnini yaxşı bilməsi ilə seçilmişdir...
    Müəllimləri, yaxınları, dostları İntiqamın riyaziyyat müəllimi olacağını düşünsələr də, o öz taleyini hərbi işə bağlayıb.
    Ailədə 4 qardaşdan biri olan İntiqam 1985-ci ildə Sədrəddin Rəhimov adına tam orta məktəbin 1-ci sinfinə gedib və 1996-cı ildə həmin məktəbi uğurla bitirib.
    1996-cı ildə hərbi xidmətə yollanan qəhrəmanımız 1999-cu ildə xidmətini başa vurub. İ.Abbasov əsgərlikdən sonra birillik hərbi kursda oxudu, müddətdən artıq hərbi qulluqçu kimi xidmətini davam etdirib.
    Uşaqlıqdan hərbiyə maraq bəslədiyi üçün 2000-ci ildən Naxçıvan Muxtar Respublikasında «N» saylı hərbi hissəsində gizir və tank komandiri olaraq işə başlayır.
    Aprel döyüşlərində də böyük şücaət göstərib. Uğurları, nailiyyətləri nəticəsində 2017-ci ildə baş gizir rütbəsini alıb. Dəfələrlə diplomlar, fəxri fərmanlar və medallarla təltif edilib.
    İntiqam ailəli idi. 2000-ci ildə ailə həyatı qurub. Bir oğlu və bir qızı yadigar qalıb.
    İ.Abbasov sentyabrın 29-da Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
    "Şəhidlər ölməz, Vətən bölünməz!”, "Qarabağ Azərbaycandır!” nidaları altında şəhidin böyük izdihamla keçirilən dəfn mərasimində tabutun büküldüyü bayraq Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov tərəfindən oğlu Əli Abbasova təqdim edilmiş və o da müqəddəs bayrağı öpərək gözlərinin üstünə qoymuşdur.
    Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamlarına əsasən Masallı rayonunun Köçəkli kəndindən olan Vətən müharibəsinin şəhidi baş gizir İntiqam Yavər oğlu Abbasov ölümündən sonra «Vətən uğrunda», «Hərbi xidmətlərə görə» və «Füzulinin azad olunmasına görə» medalları ilə təltif edilmişdir.

    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 19:34 Prezident İlham Əliyevin 3-cü Beynəlxalq Media Forumundakı Çıxışı: Yeni Reallıqlar və Qlobal Media Perspektivi
    2. 16:35 III  Şuşa Qlobal Media Forumu təkcə regional deyil, eyni zamanda, beynəlxalq əhəmiyyət daşıyan bir platforma kimi çıxış etdi
    3. 15:10 Masallının Yeyənkənd kəndində 23 iyul 2025-ci il tarixdə səyyar qəbul
    4. 15:05 Masallının Yeyənkənd ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 23.07.2025
    5. 11:05 III Şuşa Qlobal Media Forumu Qlobal baxışların kəsişdiyi strateji platformadır
    6. 23:30 Azərbaycan sağlam əməkdaşlığa hər zaman açıq olub
    7. 15:10 Masallıda 2025-ci ildə kartof məhsuldarlığı
    8. 14:36 Milli Mətbuat Günü ilə bağlı dəyirmi masa - MASALLIDA
    9. 13:58 Masallıda “Maariflənmə, müasirləşmə, ümummilli məqsədlərin təbliğində milli mətbuat və jurnalistikanın rolu” mövzusunda tədbir
    10. 12:03 Azərbaycan milli mətbuatının 150 illik yubileyidir
    11. 23:00 Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda çıxış etmişdir
    12. 17:30 Azərbaycan milli mətbuatının 150 illik yolu
    13. 23:30 22 İyul Milli Mətbuat Günü ilə əlaqədar
    14. 23:30 22 iyul Milli Mətbuat günü
    15. 10:06 Qəzet dövlət arxivi, dövlətçilik tarixidir
    16. 23:00 22 iyul Milli Mətbuat Günü 
    17. 16:16 AZƏRBAYCAN MƏTBUATI TARİXƏ İZ SALIB
    18. 15:48 Sığdaş kəndində əhalinin içməli su ilə təminatı yaxşılaşdırılır
    19. 14:18 Masallıda Mənzil Kommunal Təsərrüfatı İstehsalat birliyi tərəfindən genişmiqyaslı abadlıq işləri 
    20. 11:06 Azərbaycan mətbuatı – 150
    21. 09:05 Azərbaycan Milli mətbuatının davamlı inkişafı
    22. 18:19 150 yaşlı milli mətbuatımız və biz
    23. 16:47 Boradigah qəsəbəsində çay və suaparıcı kanallarda təmizlik işləri aparılır 
    24. 16:45 Rayonun Xıl-Sirəbil yolu təmir edilir
    25. 16:43 Masallı rayonunun Şərəfə kəndində mühüm infrastruktur yeniliklər
    26. 15:15 Masallıda rayon rəhbərinin 17 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    27. 22:16 Masallıda rayon rəhbəri Dəmirçi kənd məscidində aparılan əsaslı təmir işləri ilə tanış oldu
    28. 14:57 Masallının Bədəlan ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 16.07.2025
    29. 12:51 Masallının Bədəlan ərazisinin Aşurlu kəndində 16 iyul 2025-ci il tarixdə səyyar qəbul
    30. 12:47 Masallı rayon İcra Hakimiyyətinə baş məsləhətçi təyinatı
    31. 16:13 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 iyul 2025-ci il
    32. 16:12 Masallıda abadlıq və xeyriyyə işləri 01-15 iyul 2025
    33. 16:09 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 iyul 2025
    34. 16:08 Masallıda taxıl biçini başa çatdı
    35. 16:05 Masallıda “Qərbi Azərbaycan İrsi” kitabının I cildinin təqdimat mərasimi 
    36. 10:07 Rayon rəhbəri Ərəb kəndində şəhid övladını doğum günü münasibəti ilə evində ziyarət etdi
    37. 16:04 Yanğın nəticəsində zədələnən su kəməri təmir olunur
    38. 16:00 Masallıda şəhid Anar Novruzovun xatirəsi anılıb
    39. 15:45 Masallıda "Aprel döyüşləri şəhidlərinin qəhrəmanlığının tərənnümü" adlı tədbir
    40. 13:18 Rayon rəhbəri Masallı şəhərində şəhid məzarını və ailəsini ziyarət etdi
    «    İyul 2025    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    DÜNYA XƏBƏRLƏRİ