• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Şəhid Elmir Akifzadə və Cəbrayıl Qasımovun anım mərasimləri

    Şəhid Elmir Akifzadə və Cəbrayıl Qasımovun anım mərasimləri

    Şəhid Elmir Akifzadə və Cəbrayıl Qasımovun anım mərasimləri 

    Oktyabrın 9-da Masallı rayonunda 44 günlük Vətən müharibəsinin şəhid əsgərləri Elmir Gündüz oğlu Akifzadənin (Banbaşı kəndində) və Cəbrayıl Baloğlan oğlu Qasımovun (Ərəb kəndində) anım mərasimləri keçirilib.
    Anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, Milli Məclisin deputatları Məşhur Məmmədov və Anar İsgəndərov, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilat rəhbərləri, YAP Masallı Rayon Təşkilatının fəalları, şəhid ailələri, qazilər və s. iştirak ediblər.
    İcra başçısı Şahin Məmmədov Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən Müharibəsində şəhid olan qəhrəman oğullarımızın döyüş yolundan danışıb.
    İl mərasimində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə canından keçən şəhid əsgərlərin adına ehsan verilib, ruhlarına dualar oxunub.
    Şəhid ailələri hər zaman onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya və icra başçısına dərin minnətdarlıq bildiriblər.
    Elmir Gündüz oğlu Akifzadə 1 sentyabr 1997-ci ildə Masallı rayonunun Banbaşı kəndində anadan olmuşdur.
    Ailənin tək oğlu olan Elmir 2004-cü ildə Banbaşı kənd Cavanşir Qasımov adına tam orta məktəbin birinci sinfinə getmiş, təhsilini Bakı şəhəri 246 nömrəli tam orta məktəbdə davam etdirmişdir.
    Daha sonra 2008-ci ildə yenidən Banbaşı kənd Cavanşir Qasımov adına tam orta məktəbinə qəbul olunmuş və 2015-ci ildə həmin məktəbin onbirinci sinfini bitirmişdir.
    2015-ci ilin oktyabr ayından Azərbaycan Silahlı Qüvvələrinin Qusar rayonunun “N” saylı hərbi hissəsində xidmət etməyə başlamışdır.
    Aprel döyüşlərində iştirakından sonra Fəxri Fərman və təşəkkürnamə ilə təltif olunmuşdur.
    Hərbi xidmətdən qayıtdıqdan sonra, 2018-ci ildə Rusiya Federasiyasının Kazan şəhərinə yollanan Elmir elə həmin ildə də Kazan Dövlət Universitetinin Maliyyə -İqisad fakültəsinə daxil olmuşdur.
    2020-ci ilin iyul aynda mənfur düşmənin ölkəmizə hücumu məruz qalan zaman Tovuz döyüşlərində iştirak emək üçün Kazan şəhərində, təhsil aldığı Univeristeti yarımçıq qoyub Azərbaycana geri dönərək Vətənini erməni faşizimindən azad etmək üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinə müraciət etmişdir.
     

    Sentyabrın 27-də səhər saatlarında Ermənistan yaraqlıları Azərbaycanın Füzuli, Cəbrayıl, Tərtər, Ağdərə istiqamətlərində Azərbaycan ordusunun mövqelərinə, kəndlərimizə iriçaplı silahlardan, ağır artilleriyadan istifadə edərək, genişmiqyaslı təxribatlara yol açmışlar. Azərbaycan silahlı qüvvələri təxribatın qarşısını almaq üçün əks-hücumla düşmənə ağır zərbələr endirmişlər.
    Cəsur gənc Elmir 2020-ci ilin sentyabr ayının 29-da məqsədinə nail olaraq II Qarabağ döyüşlərində qatılmış və Füzuli rayonun azad olunmasında böyük şücaət göstərmiş, düşmənin bir sıra mövqelərinə sarsıdıcı zərbələr endirmişdir.
    2020-ci il oktyabrın 7-də Xocavənd-Hadrut istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
    Qeyd edək ki, bu gün Xocavənd rayonunun Hadrut qəsəbəsinin Azərbaycanın mətin ordusu tərəfindən azad olunmasından bir il ötür...
    9 oktyabr 2020-ci il tarixdə Banbaşı kənd qəbiristanlığında böyük izdihamla torpağa tapşırılıb.
    Masallı rayonunun Banbaşı kəndindən olan Vətən müharibəsinin şəhid əsgəri Elmir Gündüz oğlu Akifzadə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2020-ci iul tarixli Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medallı ilə təltif edilmişdir.

     


     
    Cəbrayıl Qasımov 19 iyul 1996-cı ildə Masallı rayonunun Ərəb kəndində anadan olub.
    2002-ci ildə Masallı şəhər Birinci Qarabağ müharibəsi şəhidi Rafiq Əlihəsənov adına 1 nömrəli tam orta məktəbinin birinci sinfinə daxil olub.
    2013-cü ildə həmin məktəbi bitirib.
    Cəbrayıl orta təhsilini başa vurduqdan sonra 2014-cü ilin iyul ayında çağırışçı kimi hərbi xidmətə yollanıb. Əsgərliyini Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunda, “N” saylı hərbi hissəsində rabitəçi kimi davam etdirib. 2016-cı ilin yanvar ayında ordu sıralarından tərxis olunub.
    Sentyabrın 27-də səhər saatlarında Ermənistan yaraqlıları Azərbaycanın Füzuli, Cəbrayıl, Tərtər, Ağdərə istiqamətlərində Azərbaycan ordusunun mövqelərinə, kəndlərimizə iriçaplı silahlardan, ağır artilleriyadan istifadə edərək, genişmiqyaslı təxribatlara yol açmışlar. Azərbaycan silahlı qüvvələri təxribatın qarşısını almaq üçün əks-hücumla düşmənə ağır zərbələr endirmişlər.
     
    Füzulinin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə düşmənə qarşı böyük mərdliklə döyüşərək 24 yaşında şəhidlik zirvəsinə ucalıb.
    Şəhidin nəşi 9 oktyabr 2020-ci il tarixdə doğulduğu Ərəb kənd qəbiristanlığında izdihamla torpağa tapşırılıb.
    Masallı rayonunun Ərəb kəndindən olan Vətən müharibəsinin şəhid əsgəri Cəbrayıl Qasımov Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2020-ci iul tarixli Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medallı ilə təltif edilmişdir.

    www.yeniheyet.az

     

     

    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    2. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    3. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    4. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    5. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    6. 12:28 Vətənə xidmətdə keçən ömür
    7. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    8. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    9. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    10. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    11. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    12. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    13. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    14. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    15. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    16. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    17. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    18. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    19. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    20. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    21. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    22. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    23. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    24. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    25. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    26. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    27. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    28. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    29. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    30. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    31. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    32. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    33. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    34. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    35. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    36. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    37. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    38. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    39. 11:15 DİQQƏT! DİQQƏT!
    40. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ