Masallı RİH başçısı şəhərdəki abadlıq-quruculuq işləri ilə tanış olub
- 5-11-2021, 22:32
- Siyasət / İqtisadiyyat
- 0
- 493

Masallı RİH başçısı şəhərdəki abadlıq-quruculuq işləri ilə tanış olub
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov şəhərin prospekt və küçələrində görülən son abadlıq-quruculuq işləri ilə tanış olub.
Heydər Əliyev, Zərifə Əliyeva, Fuad Novruzov, Füzuli, Səməd Vurğun, Elşad Hüseynov, Teymur Bayraməlibəyov adına küçə və prospektlər, eləcə də məhəllərarası yollardakı yenidənqurma abadlıq-quruculuq işləri ilə yerində tanış olan rayon rəhbəri məsul şəxslərə tapşırıq və tövsiyələrini verib, 4 məhəllələrarası yolun asfaltlanması işini gündəmə gətirib.

Qeyd edilib ki, ötən il Masallı şəhərində 22 küçəyə, cari ildə 20-yə yaxın küçəyə standartlara uyğun və keyfiyyətli asfalt örtüyü döşənib.


Şəhər sakinlərindən Təhmasib İsayev və başqaları görülən abadlıq-quruculuq işlərinə görə ölkə rəhbərinə, icra başçısına, eləcə də yol inşaatçılarına minnətdarlığını bildiriblər.
İnşaatçılarla görüşən rayon rəhbəri onlara bəzi tövsiyə və tapşırıqlarını verib.
www.yeniheyet.az