• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda şəhid Əlisa Əliyevin anım mərasimi keçirilib

    Masallıda şəhid Əlisa Əliyevin anım mərasimi keçirilib

    Masallıda şəhid Əlisa Əliyevin anım mərasimi keçirilib 

    Noyabrın 7-də Masallı rayonunun Qızılağac kəndində 44 günlük Vətən müharibəsinin şəhid əsgəri Əlisa Arif oğlu Əliyevin il mərasimi təşkil edilmişdir.
    Mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, Milli Məclisin üzvləri Məşhur Məmmədov və Anar İsgəndərov, hüquq-mühafizə orqanları, müəssisə və təşkilatların rəhbərləri, SHXÇDX-nin rayon şöbəsinin, YAP rayon təşkilatının əməkdaşları, şəhid ailələri, qazilər, kənd sakinləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər.
     
    Yeniheyet.az xəbər verir ki, İcra başçısı Ş.Məmmədov geniş nitqində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbədən, ordu-xalq birliyindən, Əlisa Əliyev və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığından söhbət açaraq qeyd etmişdir ki, bu torpağın hər qarışı Vətəndir. Şəhidlər zirvədədir. Əlisalar ləyaqətimizi, qaürurumuzu qaytardılar. Heç kim şəhidlərin ruhunu incidə bilməz. Həqiqətin bir üzü var. Şəhidlər nümunəvi, yaxşı vətəndaş oldular Azərbaycanımıza. Təsəllimiz budur ki, Əlisa, təkcə Arifin yox, hamının övladıdır. Onun kədəri hamımızın kədəridir. Bizə Qələbə sevincini yaşadan şəhidlərimizin xatirəsi xalqımızın qəlbində daim yaşayacaq. Allah Əlisa balamıza, bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin…
    Ş.Məmmədov Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən müharibəsində yanımızda olan, bizə dost, dəstək və düşmən olan ölkələrdən danışmışdır.
    İcra başçısı həmçinin şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün yenidən qurulan Masallı şəhər Qəhrəmanlar Parkındakı görülən işlər haqqında məlumat verərək, buranının əsl ziyarətgah yerinə çevrilməsi üçün əməyini əsirgəməyən Milli Məclisin deputatı Məşhur Məmmədova minnətdarlıq ifadə etmişdir. Rayon rəhbəri demişdir:
    -Bütün şəhidlərin hüzr məclislərində iştirak etmişəm. Onların ruhu mənimçün hər şeydən əzizdir. O Qələbəyə, o Zəfərə xələl gətirmək olmaz. Şəhidlər elə bir zirvə qazanıblar ki… Məhz onların şərəfinə ucaldılan Masallı şəhər Qəhrəmanlar Parkındakı xiyabanda hamısının şəkli asılıb. Ziyarət sabah səhər saat 10-dan başlanacaq. Axşam saatlarında Qələbə Günümüz münasibətilə şəhidlərin şərəfinə atəşfəşanlıq olacaq. Şəhid valideynləri onda qürurlanaclar ki, övladlarının xatirəsi əziz tutulur, onlar hər vaxt ziyarət olunur. Biz daha qüdrətli olacağıq. Allah xalqımızı, dövlətimizi, möhtərəm Prezidentimizi, Ali Baş Komandanımızı qorusun.
    İcra başçısı vacib məsələ sayılan pandemiyadan danışıb ölkə üzrə 7200 nəfərin dünyasını dəyişdiyi, Masallıda isə fəalların, mobil qrupların, həkimlərin sayəsində vaxtında qarşısı alındığından 230 minə yaxın əhalinin həyat sürdüyü rayonda bu rəqəm az itki ilə - 68 nəfərin ölümü ilə nəticələndiyini diqqətə çatdırmışdır.
    Şəhidin atası Arif Əliyev hər zaman onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandana, Respublikanın Birinci vitse-prezidentinə və rayon rəhbərliyinə minnətdarlığını bildirmişdir.
    İl mərasimində Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə qazısı Rəşid Talıbov, QMİ-nin səlahiyyətli nümayəndəsi Hacı Məftun Hüseynov, Hacı Nüsrət Nəsrullayev və başqaları “Qurani-Kərim”dən ayələr oxuyub, dualar etmişlər.
    Sonra mərasim iştirakçıları qəbiristanlıqda şəhid Əlisa Əliyevin məzarını ziyarət etmişlər.
    Şəhidin xatirəsi ehtiramla anılıb, məzarı üstünə təzə çiçəklər düzülmüşdür.
    Çıxışlarda şəhid barədə xatirələr söylənilib, Əlisanın vətənsevər, cəsarətli oğul olduğunu vurğulanıb.

    Məlumat üçün bildirək ki, Əlisa Arif oğlu Əliyev 8 yanvar 2000-ci ildə Qızılağac kəndində anadan olmuşdur.
    2006-2017-ci illərdə Qızılağac kənd 2 nömrəli tam orta məktəbində təhsil almışdır.
    Masallı şəhərindəki «Dostluq» MMC-də işləyirdi...
    2018-ci ildə həqiqi hərbi xidmətə yollanmış, «N» saylı hərbi hissədə həqiqi hərbi xidmətini uğurla başa vurmuşdur. Xidmətini yenicə bitirmişdi ki, Vətən müharibəsi başlandı.
    Azərbaycan Ordusunun əsgəri Əlisa Əliyev 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı döyüşlərdə iştirak etmişdir. Vətənini, xalqını canı qədər sevən igid əsgər 2020-ci il sentyabrın 29-da müharibəyə könüllü yollandı. Bir çox hərbi əməliyyatlarda iştirak edərək, Füzuli, Cəbrayıl, Hadrut, Xocavənd və Şuşa uğrunda gedən şiddətli döyüşlərdə şücaətlə vuruşdu. Noyabr ayının əvvəllərindən başlayan Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə, 6 noyabr 2020-ci il tarixdə Xocalı rayonunun Şuşakənd kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən minaatan mərmisinin dəyməsi nəticəsində şəhid olmuşdur.
    Şəhid Əlisa Əliyev Qızılağac kənd qəbiristanında izdihamla torpağa tapşırılmışdır.
    Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən Əlisa Arif oğlu Əliyev ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
    Subay idi.

    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    2. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    3. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    4. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    5. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    6. 12:28 Vətənə xidmətdə keçən ömür
    7. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    8. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    9. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    10. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    11. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    12. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    13. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    14. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    15. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    16. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    17. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    18. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    19. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    20. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    21. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    22. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    23. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    24. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    25. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    26. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    27. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    28. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    29. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    30. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    31. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    32. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    33. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    34. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    35. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    36. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    37. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    38. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    39. 11:15 DİQQƏT! DİQQƏT!
    40. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ