Prezident İlham Əliyev Türkiyə Respublikasına səfərə gəlib
- 11-11-2021, 21:03
- Siyasət
- 0
- 430

Yeniheyet.az president.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə görüşündə iştirak etmək üçün Türkiyə Respublikasına səfərə gəlib.
Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının dalğalandığı Atatürk Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
