• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda şəhid Sənan Seyfullayevin xatirəsinə abidə-bulaq kompleksi açılıb

    Masallıda şəhid Sənan Seyfullayevin xatirəsinə abidə-bulaq kompleksi açılıb

     
    Masallıda şəhid Sənan Seyfullayevin xatirəsinə abidə-bulaq kompleksi açılıb

    Yanvarın 12-də, Ərkivan qəsəbəsində Vətən müharibəsi şəhidi Sənan Seyfullayevin anım günündə adına inşa edilmiş bulağın açılışı olub.
    Bu münasibətlə keçirilən mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, Milli Məclisin üzvləri Anar İsgəndərov, Məşhur Məmmədov, hüquq- mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, qəsəbə sakinləri və ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
    Tədbir öncəsi şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

      Abidə-bulaq kompleksinin açılış mərasimində çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov 44 günlük Vətən müharibəsində Respublika Prezidenti, Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyilə müzəffər Ordumuzun əsgər və zabitlərinin, o cümlədən Sənanın timsalında Masallı döyüşçülərin qəhrəmanlığından danışıb: “Azərbaycan qəhrəmanlarının, Masallının igid övladlarının Vətən uğrunda göstərdikləri şücaətləri yüksək dəyərləndirən xalqımız şəhidlərimizi heç vaxt unutmayacaq…” Şəhidin cəbhə yoldaşı, ehtiyatda olan baş leytenant Ceyhun Qurbanov çıxışında Sənan Seyfullayevin həyat və döyüş yolundan, vətənə vurğunluğundan bəhs edib. Şəhidin atası Mətləb Seyfullayev, dayısı Taleh Sultanov onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə minnətdarlığını bildirib.
    Tədbirdə məktəblilər Vətənə, şəhidlərimizə həsr olunan şeirlər söyləyiblər.
      Rayon rəsmiləri, təşkilat nümayəndələri şəhidin ildönümü mərasiminə qatılıb, ailə üzvlərinə səbr diləyib, qayğıları ilə maraqlanıblar.
    Şəhidlərin əziz xatirələrinin qəlblərdə əbədi yaşayacağı, heç zaman yaddaşlardan silinməyəcəyi vurğulanıb.
    Şəhidin məzarı ziyarət edilərək üzərinə tər qərənfillər düzülüb, ruhuna dualar oxunub.
    Məlumat üçün bildirək ki, Sənan Mətləb oğlu Seyfullayev 26 sentyabr 1998-ci ildə Masallı rayonunun Ərkivan qəsəbəsində (Göllü küçəsində) anadan olub. 2015-ci ildə Cəfər Cabbarlı adına qəsəbə 1 nömrəli tam orta məktəbini bitirib. 2016-cı ilin oktyabr ayıında müddətli hərbi xidmətə yollanıb. Azərbaycan Silahlı Qüvvələrinin “N”saylı hərbi hissəsində kəşfiyyatçı əsgər kimi xidmət edib. 2017-ci ilin aprelində ordu sıralarından tərxis olunub.
    Vətən Müharibəsinin ilk günündən digər qəhraman oğullarımız kimi Sənan da vətən torpağını düşmən tapdağından azad etmək üçün könüllü olaraq müharibəyə yollanıb. O, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarının azad edilməsində böyük şücaət göstərib.
    30 oktyabr 2020-ci il tarixdə Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə, “Qanlı Təpə” yüksəkliyinin düşməndən azad edilməsində qəhrəmanlıqla şəhid olub. 71 gün itkin kimi axtarılan Sənan, 10 yanvar 2021-ci il tarixində şəhid olaraq tapılıb.
      
    Yanvarın 12-də Masallı rayonu igid oğlunu qarşılayıb izdihamla son mənzilə yola salıb. Vətən müharibəsində şəhid olan Azərbaycan Ordusunun əsgəri Sənan Seyfullayevin nəşi doğulduğu Ərkivan qəsəbəsində -  3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli şəhid mayor Anar Novruzovun, “Azərbaycan Bayrağı” ordenli baş leytenant Sahib Şirəliyevin məzarı yanında torpağa tapşırılıb.
    Respublika Prezidentinin müvafiq sərəncamlarına əsasən əsgər Sənan Mətləb oğlu Seyfullayev ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib.

    Akif AĞAYEV,
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:55 Azərbaycan Prezidentinə yazırlar
    2. 16:53 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:52 Azərbaycan Prezidentinə yazırlar
    4. 16:49 Azərbaycan Prezidentinə yazırlar
    5. 16:47 Azərbaycan Prezidentinə yazırlar
    6. 16:45 Azərbaycan Prezidentinə yazırlar
    7. 15:46 Ömrünü Masallının inkişafına həsr edən ata və oğulun  qısa, maraqlı tarixçəsi
    8. 15:36 Masallıda rayon rəhbərinin 18 sentyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    9. 10:38 Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi
    10. 10:34 30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU
    11. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    12. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    13. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    14. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    15. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    16. 12:28 Vətənə xidmətdə keçən ömür
    17. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    18. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    19. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    20. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    21. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    22. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    23. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    24. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    25. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    26. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    27. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    28. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    29. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    30. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    31. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    32. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    33. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    34. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    35. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    36. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    37. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    38. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    39. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    40. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ